Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “sualı” - HƏFTƏ-REYTİNQ
Tarix: 06.10.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Nəyə görə yağın 1 kiloqramı 12 manatdan 18 manata yüksəlib?”. Bu sualı deputat Çingiz Qənizadə Milli Məclisin payız sessiyasının ilk iclasında səsləndirdi: “8 aydır, manatın dəyəri xarici valyutaya nisbətən 4 faiz möhkəmlənib. Nəyə görə yağın bir kiloqramı 12 manatdan 18 manata qalxıb? Kimsə pul qazanmaq istəyirsə, halal yolla qazansın, əhalidə narazılıq yaratmasın!.. Eyni zamanda ətin qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə, digər qurumlara müraciət edirəm, qiymətlərə nəzarət olunsun!.. Niyə ölkəmizdə istehsal olunan malların qiyməti xaricdən gətirilən mallardan bahadır?..”.

 

 


Həftənin “qanverənləri”


Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibətilə könüllü qanvermə aksiyası keçirildi. QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə, dini icma rəhbərləri qan verdilər.


Həftənin “kreditşünası”


Parlamentin payız sessiyasının ilk plenar iclasında deputat Vahid Əhmədov bank sistemindəki durumu tənqid etdi, vaxtı keçmiş kreditlərin çoxluğundan şikayətləndi: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda biz hesab edirdik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Amma çox təəssüflər, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Ona görə də təklif edirəm ki, bank sistemi rəhbərliyi ilə Milli Məclisdə görüş keçirilsin... Birgə müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var. Bu gün bank sistemində faizlər 28-30 faizdən aşağı düşmür...”.


Həftənin “sözəbaxanı”


ARB TV-nin “Ömrün fəsilləri” proqramının növbəti qonağı deputat, yazıçı Aqil Abbas oldu. O, ilk olaraq atasına verdiyi sözə əməl etmədiyini vurğulayıb: “Heç vaxt atamın sözündən çıxmamışam. Bir içki məsələsində. Atam rəhmətə gedəndə 45 yaşım var idi. Rəhmətə gedənə qədər içdiyimi bilmədi”. Daha sonra Aqil Abbas öz övladlarından danışıb: “Övladlarımın biri nə içki içir, nə də siqaret çəkir. Digəri də mənim indiki vaxtıma oxşayır. İkisi də çox mütaliəli, çox savadlıdır. Məndən bir fərqləri var ki, mən bir Azərbaycan dilini bilirəm, rus dilini də yüksək səviyyədə bilmirəm. Ancaq övladlarım bir neçə dil bilir. Biri polisdir, biri də hərbçi...”.


Həftənin “ağbirçək məsləhəti”


Akademik Milli Dram Teatrının iki xalq artisti - Məleykə Əsədova və Ramiz Məlik arasında gedən və ictimaiyyətdə müzakirələrə yol açmış “şortik” qalmaqalından sonra, jurnalistin Azərbaycan aktrisasının, sənət adamının necə geyinməli olması ilə bağlı sualına teatrşünas, sənətşünaslıq doktoru professor Məryəm Əlizadə velə cavab verdi: “İnsanlar həmişə dəbdə olanı geyinmək istəyir. Bunu onlara nöqsan tuta bilmərik. Eyni zamanda aktrisalar da dəblə geyinməlidir. Hesab edirəm ki, dəblə geyinməkdə bir xəta yoxdur...”.


Həftənin “məhkəməsi”


Millət vəkili Çingiz Qənizadənin eks-deputat Qalib Salahzadəyə qarşı qaldırmış olduğu iddia ərizəsi üzrə işə başlamalı olan məhkəmə təxirə salındı. Xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası cümə günü hakim Ziya Şirinovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsində başlamalıydı. Lakin Q.Salahzadə gəlmədiyi üçün iclas oktyabrln 12-ə keçirilib. Xatırladaq ki, Q.Salahzadənin oğlu “Azərsu” əməkdaşını döydüyü üçün həbs edilib. Q.Salahzadə isə bu işdə baş prokuror Zakir Qaralovu günahlandırıb. Ç.Qənizadə də Hacı Qalibi bu açıqlamasına görə sərt tənqid edərək, onu “məntiqsiz” adlandırmışdı. Ardınca Q.Salahzadə Çingiz Qənizadəni rüşvət almaqda və əqidəsiz olmaqda suçlamışdı. Bu açıqlamadan sonra Ç.Qənizadə Q.Salahzadəni məhkəməyə verib.


Həftənin “yararsızı”


ARB TV-nin “Səhər-səhər” proqramının qonağı olan aktyor, rejissor Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Səfərli haqda bunları dedi: “Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin...Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək, ona baxmaz. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub. Sadəcə olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin...”.

 

Həftənin “qabyuyanı”


ARB TV-nin “Günə davam” verilişində müğənni Röya Ayxanın imza günü və eyni zamanda, 15 illik səhnə geyimlərinin sərgisi haqdakı süjetdə sənətçi evdə qab yumasından da danışdı: “2010-cu ildə keçirilən “Sürpriz” konsertimdəki lələkli geyimdə mən artıq ana idim. Hamı elə bildi ki, yekə arvad olacam, ətli-mətli, evdə kartof qızardacağam. Düzünü desəm, edirəm də. Qab yuyuram, ev süpürürəm. Mənə deyirlər ki, sən axı qadınsan, qabyuyan deyilsən. Ancaq qab yumaq üçün ölürəm, bir toyun qabını yuyaram...”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017