Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qalmaqallı “26” kafesindən son xəbər: “…qərar qəbul olunmayıb”
Tarix: 09.10.2017 | Saat: 11:58:00
Bölmə:Gündəm | çapa göndər

Bir ay əvvələ  qədər Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən və sonradan cəmiyyətin “26 Bakı komissarı”nın adı ilə əlaqələndirilən “26” kafesinin bundan sonrakı fəaliyyəti haqqında məlumat əldə etməyə çalışdıq.

Bir müddət əvvəl “26” kafesinin yenidən fəaliyyətə başlayacağı ilə bağlı məlumat əldə etmişdik. Hətta qeyd olunurdu ki, söhbət AYB-nin binasını qurumdan “qoparmağa” çalışanlar bu cür yola əl atıblar. Artıq nəticə ortadadır. Sahiblərinin hər nə qədər kafenin bolşevik komissarlarla əlaqəsinin olmadığını desə də, kafe söküldü.

Məsələyə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza hafta.az-a açıqlamasında deyib ki, “26” kafesi ilə bağlı söz-söhbətlər artıq bitib:

“Kafenin o cür adlandırılmasının bizimlə heç bir əlaqəsi yox idi. Kim səbəbkar və ya günahkar idisə, qanunla cəzasını çəkəcək. Həmin yer Azərbaycan Yazıçılar Birliyinindir. Oranın bundan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəyini AYB müəyyənləşdirəcək. AYB-nin nəzdində inzibati fəaliyyət göstərəcəyi və ya icarəyə veriləcəyi hələlik məlum deyil. Bununla bağlı hər hansı qərar qəbul olunmayıb”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017