Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"PKK-nın Qarabağda 12 təlim düşərgəsi var
Tarix: 09.10.2017 | Saat: 14:45:00
Bölmə:Siyasət | çapa göndər

Qondarma Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəyin Qarabağda PKK düşərgələrinin olması ilə bağlı fikirləri Türkiyədə yayımlanan "Haber7" portalında çap olunub. Məqalədə deyilir ki, bu gün PKK-PEJAK terror təşkilatına aid çox sayda təlim düşərgələri və sığınacaqlardan Türkiyə, Azərbaycan və İrana qarşı təxribatların hazırlanmasında, eləcə də bir sıra püskürdücü aksiyalarda istifadə edilməkdədir.

Məqalədə deyilir ki, PKK-nın Ermənistandakı ən böyük düşərgələrindən biri Sevan gölü ətrafında yerləşən Vardenesdir. Bununla yanaşı, günümüzdə Ermənistanın işğal etdiyi Qarabağ və ətraf rayonlarda PEJAK/PKK terror təşkilatının 12 təlim düşərgəsi və sığınacağı mövcuddur. Məqalədə daha sonra deyilir: “Ermənistan bölgədəki terror təşkilatlarının bəsləndiyi və təlim keçdiyi ölkə funksiyasını yerinə yetirir. 1984-cü ildə erməni terror təşkilatı olan ASALA özünü buraxdıqdan sonra Türkiyə, Azərbaycan və İranda qərarlaşan PKK/PEJAK terrorçularını dəstəkləyərək onları dolayısıyla böyük Ermənistan xəyallarına xidmət edən təşkilatlara çevirib. 2016-cı ilin aprelində Azərbaycanla Ermənistan arasında yaşanan hərbi toqquşmalarda Qarabağda döyüşsünlər deyə Suriyadan gətirilmiş 400 nəfərdən ibarət PKK/PYD/YPG terrorçularının 150 nəfəri suriyalı erməni, 250-si isə Suriya, Türkiyə, İran və Iraq kürdləri arasından seçilmişdi. Həmin terrorçular Türkiyənin Ağrı-Tendürək ərazilərindən keçərək Ermənistanın Sevan gölü ətrafındakı Vardenes düşərgəsinə çatıblar. İndi orada həmin terrorçuların sayı 80-dir” yazılan məqalədə daha sonra qeyd edilir ki, onların Türkiyədən keçmələrinə təşkilatdakı erməni əsilli terrorçuların yaratdığı “Ağrı qartalları” adlı birliyin Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı üç terrorçusu yardımçı olub.

ASİMDER sədri qəzetə deyib ki, həmin terror qrupunun Ermənistandan Qarabağa gedişini əks etdirən videomaterial onlara verilib və yaxın vaxtlarda onu geniş ictimaiyyətin diqqətinə çatdıracaqlar.

Məqalədə yazılır ki, Ermənistan müharibənin şərtlərini və əsirlərlə rəftar barədə beynəlxalq anlaşmanı kobud şəkildə pozur və ya ümumiyyətlə, nəzərə almır. “Ermənilərin 1992-ci ildə əsir aldığı 2700 azərbaycanlı türk qadını zorla kimlərəsə verib və ya təcavüz etdikləri dünya ictimaiyyətinə məlumdur. Bu gün həmin qadınlardan doğulan uşaqları yetimxanalarda Türkiyə və Azərbaycan düşməni olaraq yetişdirərək Ermənistan ordusuna götürürlər. Sonra isə həmin uşaqlar PKK/PEJAK/PYD/YPG terror təşkilatının üzvləri ilə birlikdə Azərbaycana qarşı döyüşürlər. Ermənistan dünyanın gözü qarşısında insan haqlarını pozur. Yəni terror təşkilatlarına dəstək verir və müharibə əsirlərini hər cür işgəncə və təhqirlərə məruz qoyur” deyilən məqalənin sonunda ASİMDER sədri dünya birliyindən Azərbaycana qarşı təxribat törədən və bəzən açıq döyüşlərdə iştirak edən həmin terrorçuların Ermənistanda bəslənilməsi faktını araşdırmağı tələb edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind