Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qərbin özündə söz azadlığı pozulur, bizi də bunda ittiham edir - MÜNASİBƏT
Tarix: 09.10.2017 | Saat: 16:23:00
Bölmə:Siyasət | çapa göndər

Bir müddətdir ki, Avropada bəzi dairələr, bir sıra təşkilatlar Azərbaycanı “söz azadlığının boğulması”nda, ölkədə sərbəst toplaşmaq haqqında qanuna əməl edilməməsində ittiham edir. Hətta bu işə Qərb mediası da qoşulub. Həmin nəşrlər rəsmi Bakını, hakimiyyəti azad medianı “sıxışdırmaqda”, fikirlərin sərbəst ifadəsinə “imkan verməmək”də qınayır.

Bu arada qeyd edək ki, son iki həftədə Demokratik Qüvvələrin Milli Şurası (Milli Şura) iki dəfə Məhsul stadionunda mitinq keçirib. Üstəlik, müxalif düşərgənin razılaşdırılmış mitinqi zamanı polislə, asayişi təmin edən digər qüvvələrlə problem yaşanmayıb. Toqquşmalar da qeydə alınmayıb. Müsavat Partiyasının da yaxın günlərdə yürüş keçirəcəyi bəllidir.

Bəs Qərbin məhz belə bir məqamda uğursuz cəhd edərək Azərbaycanı mitinq mövsümü dövründə “söz azadlığının pozulmasında” ittiham etməsi nədən qaynaqlanır?

Millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında deyib ki, Qərbdəki bəzi dairələr ömür boyu Azərbaycana qarşı ikili standartlardan “bəhrələniblər”. Xüsusən də ölkəmizə qarşı bundan təhdid məqsədi ilə istifadə edilib:

“Həmişə Avropadan Azərbaycanla bağlı doğru olmayan, həqiqəti əks etdirməyən informasiyalar ötürülür. Hər kəs görür ki, mitinqlər keçirilir. Hər kəs öz fikrini sərbəst ifadə edə bilir. Mediada da bu belədir. Kim istəyirsə sayt yaradır, qəzet çıxarır. Ümumi götürdükdə isə problem olmayan dövlət yoxdur. Hər ölkədə müəyyən problemlər var. Həmin problemi həll etmək üçün oturub fikirləşirlər, həll yolunu tapırlar. Azərbaycanda da mövcud problemləri həll etmək üçün cənab prezident tərəfindən həmişə müsbət addımlar atılır. Ölkə prezidenti də bildirib ki, Avropanın özündə insanları söz azadlığına görə təhdid edirlər. Mintinqə çıxanları döyürlər, təhdid edirlər. Hesab edirəm ki, Qərbin Azərbaycana qarşı bu cür mövqe sərgiləməsi qısqanclıqdan doğur. Həmin mövqedən çıxış edənlər ölkəmizin inkişafını görmək istəməyən qüvvələrdir. Yenə də deyirəm, dünyanın hər yerində nöqsan var. Nöqsan olmayan dövlət yoxdur. Onların həll olunma yolları var və bu da həll edilir. Azərbaycan cəmi 26 ildir ki, müstəqildir. Bizim digər ölkələr kimi müstəqillik tariximizin yaşı 200 il deyil. Vaxtı gələndə hər şey öz yerini tapacaq”.

Millət vəkili bu cür təhdidlərin Azərbaycan üçün mənfi nəticələrə gətirib çıxarması ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib:

“Guya deyirlər ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyirlər. Avropa Şurasında bizə qarşı müəyyən qərarların qəbul ediləcəyi ilə bağlı söz-söhbətlər gəzir. Bir şeyi unutmayaq ki, Azərbaycan Avropa üçün lazımdır. Çünki ölkəmiz neft-qaz ixracatçısıdır. Qərb bu istiqamətdə dövlətimizlə ikitərəfli yüksək sazişlər imzalayıb. Düşünürəm ki, Avropa ilə ciddi fikir ayrılığımız yoxdur. Bilirsiniz, hər kəs istəyir ki, Azərbaycanda hökmran olsun. Bu da mümkün olacaq bir məsələ deyil. Şimal qonşumuz bir tərəfdən, Amerika və Qərb bir tərəfdən bu cür istəklərini mütəmadi yollarla ifadə etməyə çalışır. Ölkəmiz müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Bu da çoxunun xoşuna gəlmir. Ona görə də “söz azadlığının boğulması” kimi həqiqətəuyğun olmayan məsələlərlə bizə təzyiq etməyə cəhd edirlər”.

Digər millət vəkili Musa Quliyevin sözlərinə görə, Qərbin Azərbaycanı sevməməsi, ölkəmizə qarşı həmişə ikili standartlarla çıxış etməsi, daim dövlətimizə təhdid və basqı göstərmək istəməsi yeni və ciddi bir şey deyil. Avropada bizə qarşı ikili standartlar var. Bu da xristian amilindən qaynaqlanır:

“Həmin qüvvələr sürətlə inkişaf etməkdə olan müsəlman və türk dövlətini gözü götürmür. Bütün bunların hamısının fonunda erməni faktoru dayanır. Bu da Qərbdəki müəyyən dairələrin Azərbaycana qarşı daima ikili standartlarla çıxış etməsinə səbəb olur. Yeri gəldi-gəlmədi ölkəmizi müxtəlif dairələrdə qınaq obyektinə çevirməyə, tənqid etməyə, nüfuzdan salmağa çalışırlar. Bu təzə deyil. Hələ bundan sonra da biz bu basqıları görəcəyik. Bir müddət bu cür basqılar davam edəcək”.

Millət vəkili onu da qeyd edib ki, Qərbin son dövrlərdə Türkiyəyə və Azərbaycana qarşı fəallaşması postneft dövründə bizim iqtisadiyyatımızın uğurlu inkişafı ilə bağlıdır. Azərbaycan postneft böhranından çox uğurla çıxdı. Öz qeyri-neft sektorunu çox sürətlə qurdu. İndi ölkəmiz iqtisadi-sosial nəticələr əldə etməkdədir:

“Digər tərəfdən, bu yaxınlarda biz “Əsrin müqaviləsi”nin ikinci hissəsini reallaşdırmağa başladıq. Azərbaycan üçün daha uzunmüddətli və daha əlverişli şərtlərlə 2050-ci ilə qədər kontraktın müddətini uzatdıq. Bu da Qərbdə müəyyən dairələri qıcıqlandırır. Eyni zamanda, erməni lobbisinin fəaliyyəti də burada göz önünə alınmalıdır. Bütün bunların Azərbaycan üçün, xalqımız üçün heç bir təsiri yoxdur. Çünki xalq öz iqtidarını və müxalif düşərgəni yaxşı tanıyır. Bu xalq 1993-cü ildə hər şeyi görüb".

Millət vəkili onu da qeyd edib ki, gələn il prezident seçkiləridir. Bu amil də Avropadakı həmin dairələri narahat etməyə başlayıb. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev