Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ərəb koalisiyası bəyanat yaydı
Tarix: 09.10.2017 | Saat: 16:35:00
Bölmə:Dünya | çapa göndər

Yəməndə qanuni hakimiyyəti bərpa edən koalisiya BMT baş katibinin oktyabrın 6-da dərc olunan "Uşaqlar və silahlı münaqişələr" haqqındakı illik hesabatı ilə tanış olub. Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, hesabatda, koalisiya uşaqların qorunmasını gücləndirmək üçün tədbirlər görən təşkilatlar və dövlətlər siyahısına salınaraq, onun bu sahədə BMT ilə əməkdaşlığı təqdir olunur. Koalisiya, onun bu sahədə atdığı mühüm addımların BMT baş katibi tərəfindən təqdir olunmasını, həmçinin baş katibin uşaqların qorunmasını gücləndirmək üçün koalisiya ilə BMT-nin əməkdaşlığının davam edəcəyi ümidini bildirməsini yüksək dəyərləndirir.

“BMT baş katibinin koalisiya tərəfindən atılan mühüm addımları qeyd etməsini razılıqla qarşılayıb, dəyərləndirməklə yanaşı, hesabatındakı yanlış məlumat və faktları da rədd edirik. Koalisiya hesab edir ki, bu cür məlumatların hesabatda yer alması, həmin BMT hesabatlarının etibarlılığına kölgə sala bilər. Bundan əlavə, koalisiya BMT qurumlarının bu cür yanlış və düzgün olmayan çaşdırıcı məlumatlarla təmin olunma yollarını da rədd edir. Bu cür məlumatların məqsədi, əsas diqqəti husilərin və sabiq prezident Əli Saleh tərəfdarlarının cinayətlərindən yayındırmaqdır. Koalisiya vurğulayır ki, mülki əhalinin qorunması üçün beynəlxalq norma və qanunlara riayət edilməsinə ciddi cəhd göstərir, mülki əhalinin zərər çəkməməsi üçün ən yüksək səviyyədə ehtiyat tədbirləri həyata keçirir. Koalisiya bildirir ki, bu münaqişənin təəssüf doğuran nəticələrinin səbəbkarı, husilər və sabiq prezident Əli Salehə tabe olan silahlı qüvvələrin cinayətlərə, qeyri əxlaqi və qeyri qanuni vasitələrə əl atmasıdır. Onlar mülki əhalidən, o cümlədən uşaqlardan canlı sipər kimi istifadə edərək, uşaqları öz silahlı quruplarına qoşur, özlərinin qanundankənar hədəf və məqsədlərinə çatmaq üçün, insan həyatına əhəmiyyət vermədən beynəlxalq normaları və insan hüquqlarını kobud surətdə pozurlar” bəyanatda deyilir.

Bəyanatda daha sonar qeyd edilir ki, koalisiya beynəlxalq humanitar qaydalara uyğun olaraq mülki əhalinin qorunması və zərərli kənar təsirləri azaltmaq üçün hərtərəfli və mühüm tədbirlər görüb. Həmçinin xatırladılır ki, İranın Yəmənə müdaxilələri olmasaydı, husilər və sabiq prezident Əli Salehə tabe olan silahlı qüvvələrin Yəməndə qanuni hakimiyyəti devirməsəydi və bununla da Yəmənə qonşu dövlətlər, eləcə də bütün regiona birbaşa və ciddi surətdə təhlükə yaratmasaydı, Yəməndə bu münaqişə də meydana gəlməzdi. Bundan əlavə İran və Hizbullah tərəfindən dəstəklənən husilər Krallıq tərəfə 76-dan çox ballistik raket, habelə mərmi atmışdır ki, bunun nəticəsində də mülki əhali arasında ölən və yaralananlar olub. Koalisiya vurğulayır ki, onlar regionda təhlükəsizlik və sabitliyin qoruması üçün əllərindən gələni edəcəklər.

Bəyanatın sonunda deyilir: “Yuxarıda deyilənləri nəzərə alaraq, koalisiya onunla bağlı hesabatda yer alan yanlış məlumatlarla bağlı izahat verilməsini və adının oradan çıxarılmasını istəyir. Həmçinin BMT-nin əlaqədar orqanlarından tələb edir ki, uşaqların qorunması və salamatlığı üçün görülən tədbirləri gücləndirmək üçün koalisiyaya üzv dövlətlərlə əməkdaşlığı davam etdirsin, Yəməndə uşaqların məruz qaldığı qanun pozuntularına görə məsuliyyəti husilər və sabiq prezident Əli Salehə tabe olan silahlı qüvvələrin üzərinə qoysun”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev