Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kərə yağlarının qiyməti şirniyyatları da bahalaşdırdı
Tarix: 09.10.2017 | Saat: 17:07:00
Bölmə:Sosial | çapa göndər

Bir neçə gün öncə Milli Məclisin iclasında parlamentin üzvü Çingiz Qənizadə kərə yağının 18 manata qədər bahalaşmasına etiraz etdiyini dedi. O, seçicilərinin bahalaşma ilə bağlı sualları önündə aciz qaldığını vurğuladı. Onların müvafiq sualları qarşısında söz tapa bilmədiyini ifadə etdi. Bu məsələnin ictimai müzakirəsi genişləndikcə ayrı-ayrı dövlət qurumları da ixrac edilən kərə yağının qiymətinin bahalaşması ilə bağlı açıqlamalar vermək məcburiyyətində qaldılar.

Həftənin əvvəli olduğunu nəzərə alaraq bir daha etirazlardan sonra yağın qiymətləri ilə bağlı market və mağaza şəbəkələrində qısa araşdırma apardıq. Qiymət artımlarının səbəblərini öyrənməyə çalışdıq. Satıcılar hafta.az-a bildirdilər ki, əsasən xaricdən gətirilən yağlarda bahalaşma qeydə alınıb. Buna da səbəb topdan və pərakəndə satış köşklərində kərə yağlarının qiymətində ani qiymət artımlarının baş verməsidir.

Satıcıların sözlərinə görə, son on-on iki gün ərzində xaricdən idxal edilən kərə yağlarının qiymətində 3-8 manat arası fərq müşahidə edilir.

Digər tərəfdən, kərə yağlarının qiymətində müşahidə olunan artımlar şirniyyat və şirniyyat məhsullarına – xüsusən də tortlara birbaşa təsir göstərib. Belə ki, şirniyyat müəssisələri mərasim tort və şirniyyatlarının bir kiloqramında 1,5 – 2 manat arasında fərq olduğunu bildirib. Yəni, 10 manata alınan karamelli tortlar indi alıcılara 11-12 manata təklif olunur.

Bəs xaricdən gətirilən yağların qiymətləri indi hansı intervalda dəyişir?

Mövcud qiymətlər:

“Best Cow” yağları – 1kq – 16.32 azn (3 manat 80 qəpik bahalaşıb)

“Russkiy maslo” 1 kq – 15.30 (1 manat 40 qəpik bahalaşıb)

“47 – Yeni Zelandiya” – 15.90 azn (2.30 bahalaşıb)

“Alpina” – 4.90 azn  (60 qəpik bahalaşıb)

“Zoloto Polesya-Maslo”  1 kq- 17.45 (3 manat 50 qəpik bahalaşıb).

“French Cow” 1kq - 19,95 azn (2 manat 10 qəpik bahalşıb)

“Westgold” 1kq – 17, 50 azn

“Golden Cow  - 17.90 azn


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017