Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Millimiz Almaniya yığmasına məğlub oldu - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 09.10.2017 | Saat: 20:00:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Oktyabrın 9-da sosial şəbəkə istifadəçiləri bir çox maraqlı məlumatlar və statuslar paylaşdılar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.


Millimiz Almaniya yığmasına məğlub oldu


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Almaniya yığması ilə qarşılaşıb. Oyunda hesabı 9-cu dəqiqədə meydan sahibləri açıb, fərqlənən Leon Qoretska olub. Ramil Şeydayev 34-cü dəqiqədə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesablı bərabərliklə yekunlaşıb. İkinci hissə Almaniya yığmasının üstünlüyü ilə başladı. Bunun nəticəsi olaraq, 54-cü dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqləndilər, 66-cı dəqiqədə isə Leon Qoretska dubla imza atdı - 4:1. 15 dəqiqə sonra hesab dəyişdi - 5:1. Fərqlənən Almaniya yığmasının türkəsilli futbolçusu Emre Can oldu. Oyun 5:1 hesabı ilə Almaniya yığmasının xeyrinə başa çatıb.
Asif Quliyev: "Biz yaxşı qurtardıq, Norveç elə birinci hissədə 4 top buraxdı".


Trampa etiraz edərək soyundu


Britaniyalı supermodel Emili Rataykovski İnstagram-dakı profilində yeni, yarıçılpaq fotosunu paylaşıb. Milli.Az The Sun-a istinadən bildirir ki, 26 yaşlı supermodel bu minvalla ABŞ prezidenti Donald Trampın son qərarına etirazını bildirib. Trampın imzaladığı son fərmana görə, ABŞ-dakı biznes strukturları və sığorta şirkətləri qadın əməkdaşları ilə müştərilərinin kontrasepsiya xərclərini ödəməkdən azad edilirlər. Ağ Ev bəyan edir ki, yeni qanun təqribən 12 min qadına şamil olunacaq. Hüquq müdafiəçiləri isə bildirirlər ki, qanun 55 milyon qadının hüquqlarını pozur.
Samirə Cavadova: "Etiraz edib hüquqlarını tələb etmək olar, amma belə də yox".


500 minlik üzüklə xəyanəti bağışladı


Gecə klubunda iki qızla əylənərkən görüntülənən “Qalatasaray"lı futbolçu Selcuk İnan həyat yoldaşı Cemrenin könlünü ələ ala bilib. Hafta.az axşam.az-a istinadən bildirir ki, xəyanət xəbərinin mediada yayılmasından sonra, Cemre xaricdəki tətilini yarımçıq qoyaraq İstanbula qayıdıb. Cütlüyün arasında yaşanan mübahisədən sonra ailələri məsələyə müdaxilə ediblər. Nəticədə, Cemre ərinin səhvini bağışlamalı olub. Əvəzində isə Selcuk ona 500 min lirəlik (təxminən, 250 min manat) brilyant üzük bağışlayıb.
Afət Əliyeva: "Qürurlu qadının hərəkəti deyil".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind