Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Modelyerin "Sirr-2017" geyim kolleksiyası təqdim edildi
Tarix: 10.10.2017 | Saat: 11:16:00
Bölmə:Şou-biznes | çapa göndər

Modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.

 

Modelyerin Hafta.az-a verdiyi məlumata görə, modelyerin “Sirr-2017” adlı kolleksiyasının fotoları dəniz kənarında çəkilib. F.Əliyev yeni kolleksiyası haqqında danışarkən bunları bildirib:

“Yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar və mən də yeni əl işlərimi fərqli üsulda nümayiş etdirmək istədim. Payız olmasına baxmayaraq mən daha çox rəngli parçalara üstünlük verdim. Bu işimdə payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmaya çalışdım. Çünki qadınlarımızın bu aylarda gözoxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istəyirəm. Onu da bildirim ki, bu il payız-qış aylarında gözoxşayan rənglər trend olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer xarici ölkələrdə də öz geyim kolleksiyaların təqdim edib.

Qeyd edək ki, fotoqraf Eko Səfərlinin fotosessiyasında modelər Seymur İlhan, Nuranə Abasova, Səxavət və Şahnaz çəkilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017