Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bütün qaçqınların geri göndərilməsi mümkün deyil” – Emin Bozoğlan
Tarix: 10.10.2017 | Saat: 16:21:00
Bölmə:Müsahibə | çapa göndər

Nəhayət, uzun sürən danışıqlardan sonra Astana danışıqlarının qərarına uyğun şəkildə türk ordusu Suriyanın ən qaynar bölgəsinə - İdlibə daxil oldu. Rusiya və İran ordusu da adıçəkilən vilayətin sərhədləri kənarında yerləşəcək. Bəs bütün bu yerləşmə türkiyəyə nə verir və ümumiyyətlə, İdlibin timsalında Suriyaya sülh gətirəcəkmi? Suallarıı Suriya Türkmən Məclisinin sədri Emin Bozoğlana yönləndirib, cavab almağa çalışdım. Nə dedi, birlikdə baxaq: 

- Məlum olduğu kimi, Türkiyə Astana danışıqlarında Suriyada təhlükəsizlik bölgələrinin yaradılması məsələsində öz üzərinə böyük yük götürüb. Məhz Astanada əldə edilmiş razılığa əsasən, İdlib bölgəsində Türkiyə ordusu atəşkəsin qorunmasına nəzarət edəcək. Türkiyənin məhz İdlib kimi önəmli və strateji bir bölgədə nəzarəti ələ keçirməsi, xüsusilə buradakı mülki əhali üçün əlverişlidir. Çünki illərlə davam edən döyüşlərdən sonra onlar, nəhayət, sakit və təhlükəsiz yaşaya biləcəklər. Türkiyənin müdaxiləsi ilə mülki vətəndaşlar arasında ölüm hallarının qarşısının alınacağını və yeni köç dalğalarının minumuma endiriləcəyini düşünürük.

- Bir anlıq xəritəyə nəzər salaq: türk ordusu İdlibə ya sərhədi Hataydan aşaraq, ya da “Fərat qalxanı” - Azez-Cerablus bölgəsindən Əsəd-PYD koridorunu kəsib keçməklə gedə bilər. Sizcə bu iki istiqamətdən hansı Türkiyənin maraqları baxımından daha sərfəlidir? Əlbətdə, nə kimi maraqlar ola bilərdi?..

- Türkiyə tərəfinin rəsmi açıqlamasına əsasən, ordu İdlibə Hatay viləyitindən sərhədi keçərək gedib. Məncə türk ordusunun İdlibə hansı yoldan getməsindən daha çox, yerləşdiyi ərazilərdəki hərbi-siyasi vəziyyət, strategiya daha önəmlidir.

- Türk ordusunun İdlibdə olması Suriyanın bu günü və gələcəyi üçün nə deməkdir? Təbii ki, türkmənlər baxış bucağından yanaşsaq türk ordusunun İdlibdə olması hansı nəticələri verə bilər?

- Türk ordusunun İdlibdə olması, birmənalı şəkildə bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyi üçün vacibdir. Məhz türk ordusunun yaratdığı sabitlikdən istifadə edərək insanlar humanitar yardım paylanacaq, indiyədək baş verən ölüm hallarının qarşısı alınacaq. Bu prizmadan yanaşsaq, ümumiyyətlə, Suriyanın hər yerində illərdir davam edən müharibənin dayandırılması və problemlərin sülh danışıqları yolu ilə aradan qaldırılması üçün Türkiyə ordusunun bu ölkədə olması vacibdir.

- Məni şəxsən maraqlandıran bir sual var: bu gün təxmini demək olarmı ki, “Fərat qalxanı” bölgəsində, bundan əlavə İdlibdə neçə türkmən kənd və ya qəsəbəsi var, eləcə də nə qədər türkmən yaşayır? Əlbəttə, türkmənlərlə yanaşı digər xalqların sayını da açıqlasanız sevinərdik...

- Konkret olaraq “Fərat qalxanı” sahəsində ümumilikdə 142 türkmən kəndi mövcuddur. Bu bölgələrdə təxminən 400 min türkmən yaşamaqdadır. Əslində müharibənin getdiyi bir ölkədə əhalinin saymaq və milli-etnik hesablarını aparmaq olduqca çətindir və ya mümkün deyil. İdlib bölgəsində isə müharibədən əvvəlki dövrdə konkret türkmən kəndlələri və təbii ki, türkmən əhalinin sayı çox az olub. Amma bu gün vəziyyət fərqlidir. Hələb və Humsda uzun müddət ağır müharibələrin getməsi nəticəsində əhali məhz İdlibə köç edib. Əlbətdə, onların arasında minlərlə türkmən də var. Buna baxmayaraq, hələ də davam edən demoqrafik hərəkətlilik və miqrasiyaya görə dəqiq heç nə demək olmur.

- Astana görüşndə son olaraq hansı qərara gəlindi: İdlibdə Türkiyə ilə yanaşı Rusiya və İranın rolü necə olacaq və bu üç ölkənin ordusu necə əlaqələndiriləcək?

- Astanada əldə edilmiş razılığa əsasən, adıçəkilən üç təminatçı ölkədən olan hərbi qüvvələr təhlükəsizlik bölgəsinin sərhədlərini təsdiqləyən nəzarət nöqtələrində yerləşdiriləcək. Həmin qüvvələrin əsl vəzifəsi Əsəd tərəfi ilə müxalifət arasında hər hansı toqquşmanın yaşanmasına imkan verməmək və ortaya çıxa biləcək atəşkəsin pozulması hallarını qeydə almaqdır. Bütün bunları etmək üçün üç ölkə tərəfindən Müştərək Koordinasiya Mərkəzi də yaradılacaq.

- Bu prosesi başa çatdırmaq üçün ABŞ və Qərbdən hər hansı dəstək almaq və ya əksinə, hər hansı təxribatyönümlü addımın atılmasını gözləmək mümkündürmü?

- Avropa Birliyi ölkələri və ABŞ ilk gündən bəyan ediblər ki, Suriyada yaradılması planlaşdırılan təhlükəsizlik bölgələri planlarına tam dəstək verəcəklər. Bundan artıq, sözügedən prosesə qarışacaqlarını və sair düşünmürəm.

- Türkiyədə məskunlaşmış 3,5 milyon nəfərlik suriyalı qaçqının “Fərat qalxanı” bölgəsinə və ya İdlibə geri qaytarılması gözləniləndirmi? Şəxsən mənə görə, bu həm adıçəkilən bölgələrdə Türkiyə tərəfdarlarının, həm də türk ordusunun dəstəklədiyi Azad Suriya Ordusu əsgərlərinin sayının çoxalması demək olardı...

- İndiyədək “Fərat qalxanı” bölgəsinə müəyyən sayda suriyalı qayıdaraq, yerləşib. Bölgədə sabitliyin davam etdiyi müddətdə insanların özlərinin geri dönəcəyini düşünürəm. Ancaq 3,5 milyon qaçqının hamısının geri göndərilməsi mümkün deyil. Biz Suriya Türkmən Məclisi olaraq türkmənlərin öz torpaqlarına qayıtmasını təşviq eləməkdəyik. İnşallah, mən də qısa vaxt içində bütün türkmənlərin doğma kəndlərinə, doğulub-böyüdükləri torpaqlarına qayıtmasını arzulayıram.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017