Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xalçaçılıq sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur” – Azər Badamov
Tarix: 10.10.2017 | Saat: 17:19:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Sentyabrın 9-da ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi. İclasda bir sıra nüanslara toxunuldu. O cümlədən, xalçaçılıq sənayesinin inkişafı və qarşıda duran məsələlərə geniş yer ayrıldı.

Ölkə başçısı qeyd etdi ki, təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanılıb. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur:

“Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur. Ölkəmizə valyuta gətirən sahədir. İşsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir”.

Prezident onu da qeyd etdi ki, Azərbaycanda xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir.  Həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında deyib ki, bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq. Bu da xalçaçılıq sənayesi tarixinin ölkəmizdə yeni mərhələsinin başlanması deməkdir:

“Sentyabrın 9-da 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlətimizin rəhbəri ölkə iqtisadiyyatının inkişafından bəhs edən çox əhatəli bir nitq söylədi. Ölkə başçısı qeyd etdi ki, sənaye məhsulları son doqquz ayda 3,1 faiz artıb. Bu o deməkdir ki, ölkədə sənayeləşmə prosesi çox sürətlə gedir. Sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlərə aqroparkların yaradılmasını, yeni texnika və avadanlıqların ölkəyə gətirilməsini, bu sahədə dövlətin dəstəyini xüsusi qiymətləndirməliyik. Gələcəkdə indi yaradılan və xərc çəkilməkdə olan sənaye sahələrindən dövlət büdcəsinə külli miqdarda gəlir daxil olacaq”.

Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı bölgələrdə yeni sənaye müəssisələrinin açılması ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək:

“Cənab prezident müşavirədə xalçaçılığın inkişafı ilə bağlı məsələyə xüsusi ilə toxundu. Təbii ki, xalçaçılıq bizim ənənəvi sahəmiz olub. Vaxtilə Azərbaycan xalçaları dünya bazarlarında adla tanınırdı. Özünə imic qazanmışdı. Buna baxmayaraq, son dövrlərdə bu sahəyə diqqətsizlik sayəsində xalçaçılıq inkişafdan qalmışdı. Ölkə başçısı bir müddət əvvəl xalçaçılığın inkişafı ilə bağlı xüsusi tapşırıqlar vermişdi. “Azərxalça”nın ayrı-ayrı bölgələrdə filiallarının yaradılması ilə bağlı proses davam etdirilir. Hazırda Azərbaycanda istehsal olunan xalçaların maya dəyərinin aşağı salınması məsələsi gündəmdədir. Çünki hazırda xalçalar üçün lazım olan xüsusi iplər, iplərin boyanması üçün lazım olan avadanlıqlar xaricdən gətirilir”.

Azər Badamov hesab edir ki, xalçaçılıq sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində bir sıra işlər görülməlidir:

“Ölkə başçısının da qeyd etdiyi kimi, Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Hesab edirəm ki,  gələn il açılışı olacaq fabrik bu sahədəki boyadan, və iplikdən xarici asılılığa son qoyacaq. Ölkə başçısının da müşavirədə qeyd etdiyi kimi, bunun üçün yun tədarükü məntəqələri yaradılmalıdır. Sumqayıtda fabrik yaradılacaq. Müşavirədə bu məsələ də xüsusi vurğulandı. Bu il on xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunlar xalçaçılığın, xalçaçılıq sənayesinin inkişafına təkan verən amillərdəndir. Həm də yeni iş yerlərinin açılması deməkdir. Ümid edirəm ki, tezliklə ölkə prezidentinin rəhbərliyi altında xalçaçılığın əvvəlki şöhrəti özünə qayıdacaq və Azərbaycan xalçası dünya bazarındakı əvvəki imicinə sahib olacaq”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017