Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hökumət emal sənayesinin inkişafını ön plana çəkir” – Fikrət Yusifov
Tarix: 10.10.2017 | Saat: 17:32:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Sentyabrın 9-da ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi. Ölkə başçısı iqtisadi sektorda irəliləyişlərə nail olunduğunu qeyd etdi. Eyni zamanda, qarşıda duran ayrı-ayrı sənaye sahələrinin ümumi inkişaf prinsiplərindən bəhs edərək, inkişafın davamlılığı üçün xeyli işlərin görülməli olduğunu vurğuladı.

Keçmiş maliyyə naziri Fikrət Yusifov hafta.az-a açıqlamasında bildirib ki,son iki ildə neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsi səbəbindən Ümumi Daxili Məhsulda müəyyən azalmalar qeydə alınsa da, qeyri-neft sektorunun bütün istiqamətləri üzrə əldə olunan uğurlu nəticələr hesabına ümumi iqtisadi geriləmənin aradan qaldırılması baş verir. Fikrət Yusifovun sözlərinə görə, cari ilin 9 ayı ərzində əldə olunmuş nəticələr bu islahatların nə qədər səmərəli olduğunu bir daha sübut edir:

“Göstərilən hesabat dövründə real sektorda ümumilikdə 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. İxrac idxalı 4,4 milyard dollar üstələyib. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq, 42 milyard dollara çatıb. Bunların hər biri olduqca yaxşı göstəricilərdir. Gözləntilər onu deməyə əsas verir ki, real sektorda qazanılan bu uğurlar bizə cari ili ümumi iqtisadi artımla başa vurmağa da imkan verəcək”.

Keçmiş maliyyə naziri onu da qeyd edib ki, indi Azərbaycan hökumətinin qeyri-neft sektorunun sürətli inkişafını təmin edən islahatlar strategiyasının ana xəttini ölkədə istehsal olunan neftin, qazın, pambığın, baramanın və digər xam məhsulların emalını yüksək səviyyədə təşkil etməklə, rəqabət qabiliyyətli son məhsul istehsalını əsaslı şəkildə artırmaq təşkil edir:

“Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəyərək, xaricə valyuta axınının qarşısını almaqla yanaşı, ölkəmizə  daxil olacaq möhkəm valyutanın həcmini də qat-qat artıracaq. Ona görə də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılıb və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir. Gələn il hökumətin real sektorla bağlı atacağı addımların sırasında aparıcı yer məhz emal sənayesinin inkişafına məxsus olacaq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18.12.2017 Neft bahalaşıb

Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev