Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məqsədimiz iki ölkə arasında əlaqələri daha da genişləndirməkdir” - Əhməd Sami Elaydi
Tarix: 11.10.2017 | Saat: 18:21:00
Bölmə:Sosial | çapa göndər

Xəzər Universitetinin Tarix və Arxeologiya departamenti ilə Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yeni birgə təşəbbüsü reallaşıb.

Mərkəzdən hafta.az-a verilən məlumata görə, həmin universitetin Təhsil fakültəsinin tarix müəllimi olacaq tələbələrinə Qədim Şərq tarixi dərsinin tərkib hissəsi sayılan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs məhz Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib.

Mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misirlə Azərbaycan arasında mədəni əlaqələr, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verib. Bildirib ki, iki ölkə arasında dostluq əlaqələri uzun illərərzində mövcud olub: “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən biri də iki ölkə arasında mövcud olan əlaqələri daha da inkişaf etdirmək, təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbə və müəllim mübadiləsini, beynəlxalq elmi konfransların, treninqlərin təşkilinin həyata keçirilməsindən ibarətdir. Tələbələrin Qədim Misir sivilizasiyasına marağını nəzərə alaraq universitet rəhbərliyinin təşəbbüsü ilə tədbirin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilməsini yüksək qiymətləndirəm”.

Daha sonra Mərkəzin rəhbəri tərəfindən tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxunaraq, Misirin tarixi və mədəniyyətini əks olunduğu slayd və film nümayiş olunub.

Xəzər Universitetinin Arxeologiya və tarix departamentinin rəhbəri Roza Axundova və “Azərbaycan arxeologiyası” jurnalının redaktoru Qüdrət İsmayılzadə Qədim Misir tarixi və tədqiqatlar haqqında tələbələrə məlumat veriblər.

Tədbirin keçirilməsi tarix ixtisası üzrə təhsil alan tələbələrin əyani olaraq Qədim Şərq biliklərinə yiyələnməsinə və dünyagörüşlərinin artmasına dəstək məqsədi daşıyıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev