Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Orta məktəblərdə qiymətləndirmə meyarları təkmilləşdiriləcək
Tarix: 11.10.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək

“Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür”. Bunu “Report”a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur: “Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda valideyn arasında əsas informasiya mənbəyidir”.
Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə sadəcə qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur: “Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılması ehtiyac var. Eyni zamanda düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”.
Şöbə müdiri qeyd edib ki, digər təklif qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir: “Məsələn, inşa yazanda neçə səhvə görə 4 və ya 5 qiymətinin verilməsinin meyarları olmalıdır. Müəllim məhz qəbul olunmuş meyarlar çərçivəsində qiymətləndirməni aparmalıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləndən sonra məzunların yazı bacarıqları təkmilləşəcək”.
Qeyd edək ki, hazırda dünya təcrübəsində müxtəlif qiymətləndirmə üsullarından istifadə edilir. Bəzi ölkələrdə qiymətləndirmə bal sistemi ilə, digərlərində isə rəqəmlər və ya hərflər ilə aparılır. Məsələn, ABŞ-da kurikulum Common Core Standards üzərində qurulsa da, hər bir ştata bu standartlara əsaslanan özünməxsus kurikulum yaratmaq hüququ verilir. Ümumiyyətlə, bu ölkələrdə istifadə olunan qiymətləndirmə metodu məktəblərin və müəllimlərin rolunu artırıb və qiymətləndirmə zamanı özlərinə uyğun olan bir metodu seçməyə icazə verib. ABŞ təhsil ekspertleri qiymətləndirmə meyarlarını yaradarkən şagirdlərin öyrənmək yollarını, maraq dairəsini və xüsusi ehtiyaclarını nəzərə alıblar. Beynəlxalq təcrübədə ən geniş yayılmış qiymətləndirmə metodlarına gəlincə, bunlar formativ qiymətləndirmədən, summativ, standartlara əsaslanan qiymətləndirmədən, diaqnostik qiymətləndirmədən, monitorinqdən, bacarığa əsaslanan qiymətləndirmədən ibarətdir.Azərbaycanın təhsil sistemində bunlardan 3-ü artıq istifadə olunmaqdadır. Bunlar formativ, summativ və diaqnostik qiymətləndirmə metodlarıdır və bəzi məktəblərdə monitorinq aparan xüsusi bölmələr də fəaliyyət göstərir. Bu metodlar Azərbaycanda kifayət qədər araşdırılıb və tətbiq edilməkdədir.
Xatırladaq ki, ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimat mövcuddur. Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları" və 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir. Həmin sənəddə göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə həm də dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları
əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları
birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur.
Digər tərəfdən formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur. Bununla yanaşı, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Bundan başqa ötən il “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da edilən dəyişikliyə əsasən, şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alıbsa, illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırsa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırsa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırsa, illik qiymət “4” çıxarılır. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4”, Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “3”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “3”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “3”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alır. Eyni zamanda, sənəddə bildirilir ki, “Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev