Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMT uşaqlar arasında cins nisbətinin pozulmasından narahatdır
Tarix: 11.10.2017 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib. Qurumun 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü ilə əlaqədar hazırladığı məlumatda qeyd edilir ki, cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur: “Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamikayla Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyini ehtimalı çox böyükdür”.

Məlumatda bildilir ki, bu problem BMT-nin Əhali Fondunu çox narahat edir. Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir: “Belə ki, bu layihələr çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunur. Bu layihələr Avropa İttifaqı və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək, layihələrə əhəmiyyətli dəstək verirlər".
Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə hər il oktyabrın 11-də Beynəlxalq Qızlar Günü qeyd edilir. Onun təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.
11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. Bu günlə bağlı Berlində “Save the Children” Uşaq təşkilatının dəstək verdiyi araşdırmanın nəticələri açıqlanıb. Araşdırma üşaq yaşda ərə verilən qızlar barədə olub. Məlum olub ki, hər il dünyada 7 milyon 500 min qız uşağı qanundankənar şəkildə ərə verilir. Nəticələrə əsasən bu daha çox Orta və Cənubi Afrika ölkələrində baş verir. Bu ölkələrdə hər il 1 milyon 700 min qız uşaq yaşlarında ailə qurmağa məcbur edilir. Araşdırmanın nəticəsini ictimaiyyətə açıqlayan “Save the Children” təşkilatının Almaniya üzrə rəhbəri Başkanı Susanne Krüger bu haqda açıqlamasında bildirib ki, bu uşaqlar evlilik zamanı şiddət və istismara məruz qalır. O, qeyd edib ki, bu cür qızlar təhsil almaq və özünüinkişaf etdirə bilmək imkanını itirir: "Uşaq yaşında evliliklər qurulduğu müddətcə heç bir qız öğlan uşaqları ilə bərabər hüquqlara malik olmayacaq".
Araşdırmadan o da bəlli olub ki, azyaşlıların nikahının qarşısını almaq üçün 9 ölkədə nikah yaşı artırılıb.
Beynəlxalq Qızlar Gününün müdafiəsi ilə bağlı 2012-ci ildə Kanada kimi ölkələrdən belə bir təşəbbüs irəli sürülüb. Daha sonra BMT-yə üzv olan ölkələr bu günü qeyd etməyə başlayıblar. Bu günün hər il ayrı-ayrı mövzusu olur. Bir il bir problemə, növbəti il başqa bir problemə həsr olunur. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiya var. Konvensiyada gender bərabərliyi o cümlədən, oğlan və qız uşaqları üçün də xüsusi maddə əlavə olunub ki, uşaqların hüquqları qorunmalıdır. Beynəlxalq qızlar gününün cəmiyyət üçün əhəmiyyətinə gəlincə, ekspertlər buun gərəkli olduğunun deyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bu günün özəlliklərindən danışıb.

“Dünyada lokal şəraitdə müharibələr gedir. Ölkələr arasında hərbi münaqişələr aparılır. Bunların təsiri daha çox qız uşaqlarına dəyir. Məsələn, Suriyada, Əfqanıstanda baş verənləri misal çəkmək olar. Qızlar məktəbdən yayınırlar, erkən yaşda ərə verilirlər, insan alverinə məruz qalırlar. Bunlar dünyada gedən proseslərdir. Azərbaycan şükürlər olsun ki, bu cür hallardan uzaqdır. Eyni zamanda, Azərbaycanda da erkən nikahlar, təhsildən yayınma hallarına rast gəlmək olur”.
Aynur Veysəlova belə günlərin təşkil olunmasının kişilərə qarşı ədalətsiz olmadığını düşünür: “Beynəlxalq qadınlar günü və qızlar gününün olması əslində, kişilərə qarşı ədalətsizlik demək deyil. Məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, bütün işlərin ağırlığı qadınların üzərinə düşür. Qadın həm də anadır. Sağlam ana həm dünyagörüşlü ailə, həm də təhsilli cəmiyyət deməkdi. Bunların kökündə ana dayanır. Dünyada da daha çox qorunmağa ehtiyacı olan qadınlardır”.
Deputat Elmira Axundova belə bir günün keçirilməsini alqışladığını deyib: “Belə bir günün keçirilməsi çox yaxşı haldır. Dünyada qadınlar çətinliklərlə tez-tez üzləşir. Qadınların hüquqları pozulur. Düzdür, beynəlxalq qadınlar günümüz var ki, hər il qeyd edirik. Xoş sözlər, təbriklər eşidirik. Üstəlik, qızlar günü qeyd olunursa, buna ancaq sevinmək olar. Nə xoş ki, qadınlarımız, qızlarımız sevgi ilə xatırlanır. Dünyada belə bir günün təşkil olunmasına səy göstərilirsə, deməli, qızlar hər zaman qorunur. Belə bir gündə ancaq təbriklərə qoşulub “Bayramınız mübarək, qızlar” demək olar”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017