Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rəşad Sadıqov “CİP”ini dirəyə çırpdı – GÜNÜN TƏZADLARI
Tarix: 11.10.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törətdi. Hafta.az yazır ki, Yeniçağ.az-ın xəbərinə görə, hadisə çərşənbə günü baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Rəşad Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək yolun kənarındakı maneə dirəyinə çırpılıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Ranca Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özünə bir şey olmayıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir. Məlumatı Ağdam klubundan da təsdiqləyiblər.


Serbiyanın XİN rəhbəri türkcə oxudu


Serbiyanın xarici işlər naziri İvitsa Daçiç türk dilində mahnı oxudu. Hafta.az “Haberturk”ə istinadla xəbər verir ki, gözlənilməz olay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri ilə bağlı paytaxt Belqradda verilmiş ziyafətdə baş verib. Xəbərə görə, serb nazir gözlənilmədən R.T.Ərdoğanın oturduğu masaya yaxınlaşaraq “Osman Aga”şarkısını oxuyub. Xatırladaq ki, bir müddət əvvəl İ.Daçiç İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini üçün də “O Sole Mio” mahnısını oxumuşdu.


Bakıda körpünün ulduzları yoxa çıxdı


Bakının 3-cü mikrorayon dairəsində körpünün üstündəki ulduzlar yoxa çıxdı. Hafta.az-ın Musavat.com-a istinadla xəbər verir ki, körpüyə bəzək üçün vurulmuş ulduzların oğurlandığı güman edilir. Bölgədəki sakinlər ulduzların kimlər tərəfindən götürüldüyünü bilmədiklərini deyiblər.


Universitet müəllimi bıçaqlandı


Gəncə şəhərində müəllim bıçaqlandı. Hafta.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimi olduğu bildirilən Sənan adlı şəxs kabinetində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Alişan 11 iranlı qadından evlilik təklifi aldı


Türkiyənin məşhur müğənnisi Alişan İranda 5 saat ərzində 11 evlilik təklifi aldı. Hafta.az Türkiyənin “Haberler.com” nəşrinə istinadla yazır ki, bu, tanınmış müğənninin restoranlardan birinin açılışında iştirakı zamanı baş verib. İranlı xanım pərəstişkarları dəstə ilə müğənninin başına yığışıblar. Sənətçi beş saatda 11 iranlı qadından evlilik təklifi aldıqda təəccübləndiyini gizlətməyib. Evlənmək üzrə olduğu Eda Eroldan ayrılmış Alişan “Bəxtim burada açıldı” deyib. Müğənnini özəl təhlükəsizlik xidmətinin əməkdaşları və Tehran polisi mühafizə edib.
Qeyd edək ki, Alişan illər sonra İrana gedən ilk türk ifaçısı olaraq tarixə düşüb. Müğənni bir neçə ay sonra orada konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb.


Tərtərdə sərxoş gənc özünü bıçaqladı


Tərtər rayonunun Səhlabad kəndində bıçaqlanma hadisəsi baş verdi. “Report”un Qarabağ bürosu xəbər verir ki, 36 yaşlı kənd sakini Ramin İsmayılov sərxoş vəziyyətdə özünə bıçaq xəsarəti yetirib. Döş qəfəsindən iki bıçaq yarası alan R.İsmayılov əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində yatan xəstənin vəziyyəti orta-ağırdır. Yaralının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev