Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tacik aktyorlara "saqqal icazəsi"
Tarix: 12.10.2017 | Saat: 10:45:00
Bölmə:Maraqlı | çapa göndər

Tacikistanda iki teatr aktyoruna müvəqqəti olaraq ictimai yerlərdə saqqalda gəzmək icazəsi verilib.
Saqqal saxlamaq Tacikistanda qeyri-rəsmi səviyyədə qadağan olunub.
Bu siyasət dini ekstremizmə qarşı görülən ölçülərin tərkib hissəsi kimi qələmə verilir.
Bu həftənin əvvəlində Tacikastının şimalındakı Qənibadam şəhərində iki saqqalı aktyor polis tərəfindən saxlanmışdı.
Xuşnud Dədo və Fərrux Vahidov məşhur tacik yazıçısı Sədrəddin Ayninin "Sələmçinin ölümü" adlı povestinin əsasında qurulmuş tamaşada rol ifaçılarıdır.
Tacikistanın Sugdnews saytının yaydığı xəbərə əsasən, polis, aktyorların nəyə görə saqqal saxladıqları barədə onlaradan izahat aldıqdan sonra, həmin iki aktyoru ictimai yerlərdə saqqalda görünməyə icazə verən sənədlə təmin edib.
"İndi biz qorxu olmadan şəhərə saqqalda çıxa bilərik", - dövlət televiziyasının Akbor xəbərlər proqramına Fərrux Vahidov bildirib.
Kişilərin saqqalının qırxılması kampaniyasını hökümət, saqqal saxlamağın "tacik mədəniyyətinə yad və uyuşmayan" bir vərdiş olması şüarı altında aparır.
Dini ektrezmizmə qarşı görülən tədbirlərin bir tərkib hissəsi olan bu kampaniya gedişində yüz minlərlə kişi saxlanılıb, Tacikistan bölgələrindən birində isə 13 min kişi saqqalını qırxmağa məcbur olunub.
Rəsmilər, əvvəlcə saqqalqırxma kampaniyasını yerli polisin üzərinə atıb, lakin indi onlar etiraf edir ki, bu kampaniyanın məqsədi Tacikistana qonşu Əfqanıstandan keçib yayıla bilən dini ekstremizmin qarşısını almaqdan ibarətdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017