Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar ayırmağa hazırdır
Tarix: 12.10.2017 | Saat: 12:33:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İran dəmir yolu şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə deyib ki, Şimal-Cənub dəhlizinin fəallaşması, Astaranın İranın dəmir yolu şəbəkəsinə və Fars körfəzinə qovuşması İran dövləti üçün prioritet təşkil edir.

Hafta.az İSNA-ya istinadən yazır ki, S.Məhəmmədzadə bu barədə jurnalistlərə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun tikinti işlərinə baxış keçirərkən bu şəhərdə azərbaycanlı həmkarı Cavid Qurbanovla görüşdən sonra deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti iki ölkə dəmir yolu şəbəkəsinin birləşdirilməsi layihəsinə və İran ərazisində dəmir yolu stansiyasının inşasına 60 milyon avro həcmində investisiya qoyub. "Şimal-Cənub dəhlizi İranın cənubundakı dəmir yolu şəbəkəsini Astara sərhəddinə, oradan isə Azərbaycan, Gürcüstan, Ukrayna və Polşaya qovuşdurur. Bu yol, eləcə də, Cənub-Şərqi Asiya, MDB və Avropa ölkələri arasında yüklərin tranziti sahəsəndə də önəmli rola malikdir" deyib S.Məhəmmədzadə.

C.Qurbanov isə deyib ki, Astara-Astara dəmir yolunun tikintisinin başa çatdırılaraq istifadəyə verilməsi məsələsi hər iki ölkə rəhbərinin diqqətindədir. O, Azərbaycanın Rəşt-Astara dəmir yolu layihəsinə investisiya qoymaqda maraqlı olduğunu bildirib: "Bu layihə üçün 1 milyard dollar vəsayit lazımdır. Konkret olaraq Azərbaycan dövləti layihənin icrası üçün 500 milyon dollar ayırmaq məsələsini araşdırır".

C.Qurbanov Astara-Astara dəmir yolunun inşasında əsas məqsədin Fars körfəzini Qara dənizə qovuşdurmaqdan ibarət olduğunu deyib.

Xatırladaq ki, İran və Azərbaycan dəmir yolu şirkətlərinin rəhbərləri Astaraya səfər çərçivəsində Astara-Astara dəmir yolu körpüsünə də baxış keçiriblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017