Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Avropa Şurasından çıxa bilərmi?
Tarix: 12.10.2017 | Saat: 14:48:00
Bölmə:Siyasət | çapa göndər

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 11-də Azərbaycanda insan haqlarıyla bağlı iki qətnamə qəbul olundu. Rəsmi Bakının da AŞPA-ya cavabı çox sərt oldu. Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyib. 

Azərbaycanın digər arqumenti isə bundan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə başqa qərarı var və yerinə yetirilmir, belə olan halda niyə məhz Azərbaycan cəzalandırılmalıdır?

Beləliklə, Rəsmi Bakı ilə Strasburq arasındakı münasibətlərdə gərginlik pik həddə çatıb.  Bu gərginliyi göstərmək üçün Azərbaycan rəsmilərinin açıqlamalarına diqqət yetirmək kifayətdir. Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycan əleyhinə qətnamə qəbul edənlər Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər. Millət vəkilinin sözlərinə görə, Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Əsas məqsəd isə Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaqdır.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun açıqlaması da bu baxımdan diqqət çəkdi:

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur. Bu qurum kimə və nəyə lazımdır?”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.

Göründüyü kimi, rəsmi Bakı Avropa Şurasından çıxmaq haqqında düşünür. Qərar hələ qəbul olunmayıb. Ancaq hər iki tərəfin sərt ritorikası Azərbaycanın təşkilatdan çıxma ehtimalını yüksəldir.

Bəs Azərbaycan Avropa Şurasından çıxarsa, nələr baş verə bilər?

Hafta.az bildirir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Bakı Avropa Şurasından çıxarsa, birincisi, bu Azərbaycanla Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bunun ardınca, Azərbaycanın digər Avropa qurumlarıyla münasibətləri soyuyacaq:

“Məsələn, Azərbaycanın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı “Avronest”lə də münasibətlərində suallar yarana bilər. Onsuz da Azərbaycan bir müddət “Avronest”dəki fəaliyyətini dayandırmışdı. İkincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq. Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturlarıyla əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Moskvanın əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil Rusiya ilə yaxınlığına nail olmasıdır. Halbuki, iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da köhnə qitədir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq”.

Politoloqun sözlərinə görə, bu faktor isə Azərbaycanın milli və təhlüksəzlik maraqlarına ziddir. İşğalçı Errmənistanın strateji müttəfiqi olan Rusiya Azərbaycana da strateji müttəfiq ola bilməz:

“Əks halda Rusiya Ermənistanın işğalçı siyasətinə dəstək verməz və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirərdi. Moskva silah almaq üçün Ermənistana 200 milyon dollardan əlavə daha 100 milyon dollar kredit ayırdı. Üçüncüsü, Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verəcək. Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən  qətnamələr qəbul edilib. Sonuncu belə qətnamə 2016-cı ilin oktyabr ayında qəbul olunub. Həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa torpaqlarımızın işğalıyla bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞPA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə Azərbaycanın iştirak etmədiyi AŞPA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul etməyə çalışacaq”.

Bu səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmayacaq. Belə olan halda vəziyyətdən necə çıxmaq olar?

Politoloq  hesab edir ki, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır:

“AŞPA rəsmiləri Azərbaycan hakimiyyəti əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Rəsmi Bakı isə mübahisəli sayılan məhbusların azad olunması imkanlarını nəzərdən keçirməlidir. Ancaq rəsmi Bakı bu qərarı o zaman qəbul edəcək ki, kənar təzyiq olmasın”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017