Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Muzeyin əməkdaşları Misir Mədəniyyət Mərkəzində olublar
Tarix: 12.10.2017 | Saat: 14:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.

Mərkəzdən Hafta.az-a verilən məlumata görə, qarşılıqlı əməkdaşlıq və tanışlıq məqsədi daşıyan görüşdə Mərkəzin müdiri Əhməd Sami Elaydi Misir-Azərbaycan dostluq əlaqələrindən, rəhbərlik etdiyi mədəniyyət ocağının yaranma tarixi, fəaliyyəti, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi üçün görülən işlər barədə məlumat verib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, muzeyin məqsəd və vəzifəsi Azərbaycan musiqi tarixi ilə bağlı məlumatların toplanması, saxlanılması və araşdırılmasıdır. Bundan əlavə, o, 2017-ci ilin İslam Həmrəylik ili çərçivəsində muzeydə İslam ölkələrinin musiqi alətlərindən ibarət sərginin keçiriməsində göstərdiyi köməyə görə Ə.S.Elaydiyə təşəkkürünü bildirib.

Söhbət zamanı qurumlar arasında əməkdaşlıq məsələləri və bir sıra təkliflər müzakirə olunub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017