Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AŞPA niyə yüz minlərlə azərbaycanlının haqqının tapdandığını yada salmır?” – Sahib Alıyev
Tarix: 12.10.2017 | Saat: 15:04:00
Bölmə:Siyasət | çapa göndər

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib. Bundan başqa, AŞPA-da Azərbaycanla bağlı ikinci qətnamə də qəbul olunub.  Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

 Bu arada qeyd edək ki, Azərbaycan 2001-ci ilin əvvəlində Avropa Şurasına üzv qəbul olunarkən rəsmi Bakının qurumdan gözləntiləri böyük idi. İnsan hüquqları və demokratiya sahəsində inkişaf etmiş Qərbdən Azərbaycanın ərazi bütövlüyünün bərpasında, işğalçı Ermənistana qarşı təzyiqlərin artmasında şuranın ədalətli mövqe tutacağını gözləyirdik.

Keçən dövr hər şeyin əksini göstərdi. Rəsmi Bakıya qarşı ikili standartlar, diqtəedici nəzərlərlə baxmaq adıçəkilən qurumun nüfuzunu getdikcə ölkəmizdə daha da zəiflətdi. Nə gözlədiyimiz bir milyon qaçqın və məcburi köçkünün taleyi ilə bağlı ədalətli qərarlar qəbul edildi, nə də Ermənistanın işğalçılıq siyasətinə qarşı sərt mövqe sərgiləndi.

Millət vəkili, politoloq Sahib Alıyev hafta.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan haqda qəbul edilən (AŞPA) qərarlarına münasibət bildirib. Millət vəkilinin sözlərinə görə, normal məntiq diqtə edirdi ki, AŞPA-da Dağlıq Qarabağ danışıqları öncəsi işğalçı Ermənistanın məsələsinə baxılsın. Ona qarşı sanksiya tələbləri səslənsin:

“Axı bu qurumun özü 2005-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərdə etnik təmizlənmə aparıldığını təsdiqləmişdi. Bəs indi nədən bu fakta göz yumulur? Nədən etnik təmizləmə qurbanı olan Çıraqov və digərləriylə bağlı Avropa Məhkəməsinin hökmünün icra  edilməməsiylə bağlı Ermənistana irad bildirilmir? Nə üçün işğal və  etnik təmizləmə siyasəti nəticəsində  yüz minlərlərlə azərbaycanlının haqqlarının tapdandığı yada salınmır?! Ancaq bir nəfərlə bağlı həmin məhkəmənin qərarı yerinə yetirilmir deyə bizə irad tutulur. İndiyə qədər Avropa Məhkəməsinin 10 mindən artıq hökmü yerinə yetirilməmiş qalır. Özü də bunu yerinə yetirməyənlərin bir çoxu gəlişmiş, inkişaf etmiş, demokratiyası olan ölkələr kimi təqdim edilən qərb dövlətləridir - Böyük Britaniyadır, Fransadır, İspaniyadır və sair, niyə onlara heç nə deyilmir? Niyə Dilqəm Əsgərovla Şahbaz Quliyevin öz torpaqlarında girov götürülüb həbsə atıldıqları xatırlamır? Bir sözlə, suallar çoxdur, ancaq onun bir cavabı var. Cavab da odur ki, Qərbdəki islamafob çevrələr,  pulla satın alındıqlarına  və yaxud da din faktoruna görə haysevərlik (ermənipərəstlik-red.) edənlər Azərbaycanın  öz torpaqlarını geri qaytarmaq üçün atdığı addımların önünü kəsmək istəyirlər”.

Sahib Alıyev bildirib ki, 90-cı illərdə torpağı işğal edilən biz olduğumuz halda  necə Azərbaycanı təcavüzkar kimi qələmə verirdilərsə, indi də bizi irticaçı, terrorçu, separatçı, əli minlərlə günahsız adamların qanına batmış rejimi- Ermənistanın hərbi xuntasını isə demokratik yol tutanlar kimi göstərməyə çalışırlar:

“AŞPA-dakı məlum və mənfur qətnamə də bu siyasətdən qaynaqlanır”.

Belə yerdə o vaxt Azərbaycanın prezidenti olan ümummilli lider Heydər Əliyevin ölkəmizin adıçəkilən quruma daxil olarkən söylədiyi nitqdən bir parça yada düşür:

“Avropanın Azərbaycandan öyrənəcəyi çox şey var. Biz öz təcrübələrimizlə Qərbə böyük töhvələr verə bilərik”.

Burada artıq söz demək əbəsdir. AŞPA öz ali dəyərlərini ikili standartlar müstəvisinə keçirdiyi vaxtdan itirib. Görünür, Qərb nə yolundan dönmək istəyir, nə də bilmədiklərini öyrənməyə can atır. Həqiqətin bir üzü var – bir milyon qaçqın və məcburi köçkünün tapdalanmış ali hüquqlarının bərpası. Rəsmi Bakı da dolayı yolla bunu ifadə etməyə çalışır. Hətta bir insanın fiziki çəkisi qədər haqqının tapdanması belə, bir milyon insanın ilk baxışda mücərrəd görünən haqq və ədalət payının pozulmasından çox yüngüldür.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017