Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ən yaxşı məktəb saytı” müsabiqəsi başlayır
Tarix: 12.10.2017 | Saat: 15:30:00
Bölmə:Sosial | çapa göndər

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək. Hafta.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçiriləcək “Ən yaxşı məktəb saytı” müsabiqəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edəcək.

Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçiriləcək.

Müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izləniləcək.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məz­mun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fə­a­liyyə­tinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyən olunacaq. Həmçinin, saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılması və mütəmadi yenilənməsi əsas meyarlardandır.

Qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla Münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər tədris ili ərzində 2 dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək.

Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev