Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan AŞPA-da üzvlüyünü dayandıra bilər” – Zahid Oruc
Tarix: 12.10.2017 | Saat: 17:13:00
Bölmə:Müsahibə | çapa göndər

Sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verdi.Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edildi.

Bundan başqa, AŞPA-da Azərbaycanla bağlı ikinci qətnamə də qəbul olundu.  Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edildi.

Baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bəs əslində nə baş verir. AŞPA-nın Azərbaycana qarşı bu cür davranışının kökündə nə dayanır?

Millət vəkili Zahid Oruc hafta.az-a müsahibəsində deyib ki, bu gedişlə Azərbaycan bu quruma üzvlüyünü dayandıra bilər. Faktiki olaraq, AŞPA-da alt qatda görülən siyasət – Azərbaycan hökümətinin içərisində yer almaq, Ukraynadakı hadisələrə bənzər olayları burada təkrar etməyə çalışmaq cəhdidir. Yəni, ölkəmizi öz siyasətləri ilə cilovlayaraq intihara götürməyə çalışırlar.

-Zahid bəy, sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında ard-arda iki qətnamə qəbul edildi. Nə baş verir? AŞPA-nın rəsmi Bakıya qarşı bu qədər sərt mövqe tutmasının kökündə nə dayanır?

-Göründüyü kimi Avropa Şurası ətrafında parçalanma hökm sürür. İspaniya ətrafında yaranan gərginlik, mərkəzdən qaçan qüvvələrin fəallaşması, millətçi qüvvələrin Almaniyada və digər paytaxtlarda önə çıxması, Yaxın Şərqdən gələn məlum humanitar yük – köçkün dalğası məsələləri əsas gündəmi tutmalı olduğu halda, yenə də müxtəlif qüvvələrin əli ilə Azərbaycan məsələsini önə çıxardılar. Bunun da nəticəsində bir günün içərisində iki qətnamə qəbul edildi. Təkcə bu faktın, statsitikanın özü bizə qarşı olan qərəzin aydın göstəricisidir. Siyasi komitə tərəfindən hazırlanmış hesabat başqa “gizli dəhlizlərdə” yeni əlavələrə məruz qalırsa, oraya başqa-başqa müddəalar daxil edirlərsə, bu öz-özlüyündə sübut edir ki, həmin qurum parlament üzvlərinin deyil, kəşfiyyat idarələrini, müxtəlif lobbi strukturlarını və siyasi dairələri təmsil edir.

-Məlum qətnamələrin qəbulunda erməni lobbisinin təsirini və AŞPA-dan olan deputatlara təhrikini də düşünmək olarmı?

Açığını desək, AŞPA-nın qəbut etdiyi qətnamələri yalnız erməni amili ilə izah etmək məsələyə dar prizmadan baxmaq olardı. Avropada oturuşmuş bəlli qurumlar, müxtəlif paytaxtlardan açıq tapşırıqlar alıb. Onların masası üzərində konkret “hərəkət marşrutu” var. Məhz ona görə də Azərbaycan qarşı bu cür qərar qəbul edildi. Burada mühüm bir məqamı xüsusi qeyd etmək istərdim; Bu da ondan ibarətdir ki, Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində bölgə dövlətləri də maraqlıdır. Bunu da açıqca söyləmək lazımdır. Həmin bölgə dövlətlərinin də niyyəti ondan ibarətdir ki, Qərblə münasibətləri pisləşən Azərbaycan bölgədəki formatlara, siyasi konfiqurasiyalara, iqtisadi birliklərə daha meylli olsun. Çünki Avropa Şurası ilə münasibətlər qopma mərhələsinə gəldikdə dərhal alternativlər meydana çıxacaq və Azərbaycanın xarici siyasət hədəflərindən  Avro-Atlantik məkanın çıxacağı təqdirdə rəsmi Bakını digər bölgə birliklərinə cəlb etməyə, öz təsiri altına almağa imkan yaranacaq.

-Bu məqamda rəsmi Bakı hansı yolu tutmalıdır?

-Belə olan təqdirdə Azərbaycan tərəfi qətiyyən ölkəmizin əleyinə seçilən mübarizədə qeyd etdiyimiz gizli şəbəkələrlə bu prosesə təsir göstərən ölkənin maraqlarını görür. Onu aydın şəkildə təhilil etməyi bacarır. Yəni, burada hər hansı bir emosional ovqat yoxdur. Hansı dövlətin bizə qarşı nə kimi işlər gördüyünü də konkretləşdirməyə bir o qədər ehtiyac yoxdur. Önəmli olan məsələ budur ki, Yaqland və onun çevrəsi bu müzakirələrə ciddi şəkildə hazırlaşdıqlarını ortaya qoydular. Bu qətnamənin hər hansı bir məcburedici funksiyası olmasa da, tövsiyyə xarakteri daşısa da, AŞPA-nın ümumən məhkəmə strukturu səlahiyyətlərinə malik olmasa da, reallıq ondan ibarətdir ki, Azərbaycana qarşı hansı mövqedə olduqlarını göstərdilər. Rəsmi Bakı da buna sərt mövqe ortaya qoydu.

-Rəsmi Bakı bu quruma üzvlüyünü dayandıra bilərmi?

-Doğrudan da Azərbaycan bu quruma üzvlüyünü dayandıra bilər. Faktiki olaraq, AŞPA-da alt qatda görülən siyasət – Azərbaycan hökümətinin içərisində yer almaq, Ukraynadakı hadisələrə bənzər olayları burada təkrar etməyə çalışmaq cəhdidir. Yəni, ölkəmizi öz siyasətləri ilə cilovlayaraq intihara götürməyə çalışırlar.

-Bu qətnamələrə 2018-ci ildəki prezident seçkilərinin təsiri olduğunu düşünürsünüzmü?

 

-Bunu qətiyyət inkar etmək olmaz. Ancaq burada onu da nəzərə almalıyıq ki, əgər qeyd etdiyimiz yöndə Azərbaycan bu qurumdan uzaqlaşmaqla bağlı addımlar atarsa, o zaman biz daxili və xarici qüvvələrin meydanına çevrilərik. Bu da göz önünə gətirilməlidir. Azərbaycanın AŞPA-da üzvlüyünün dayandırılacağı təqdirdə maksimum altı ay ərzində bizim əleyhimizə olan mərkəzlərin aktiv şəkildə meydanda olduğunu görəcəyik. Bildiyiniz kimi Avropa məkanında Azərbaycan əleyhidarları təşkilatlanıblar. Həmin qüvvələri siyasi təlimatlar və maliyyə resursları ilə ayağa qaldırıblar. Belə demək mümkünsə müxalifətin mərkəzi həmin Avropa paytaxtlarına keçib. Brüsseldə və Berlində anti-Azərbaycan kamppaniyaları vüsət alıb. Bunlar üçün üç televiziya və media orqanı da yaradılıb: “Azərbaycan saatı”, “Meydan Tv” və “Turan Tv”. Bir qədər irəli gedib Qərb ölkələrinin birində Qarabağ həqiqətləri ilə bərabər hər hansı bir televiziya qurmaq istəsəniz heç bir mərkəz ona maliyyə yardımı ayırmayacaq. Azərbaycan əleyhinə investisiya qoymaq isə sərfəlidir.

-Niyə?

-Çünki hakimiyyətə təzyiq edəndə müxtəlif siyasi və iqtisadi məsələlərdə öz çıxarlarını götürmək mümkün olur. Hətta bütün dünyada intiriqaların müəllifi olan “Corc Soros” fondu da Azərbaycanın xaricdə saxlanan valyuta ehtiyatlarının “bir hissəsini bizə verin, idarə edək” istəyini dilə gətirib “yox” cavabı aldığı halda öz təsir dairəsində olan mediaları üstümüzə qaldırırsa, deməli məsələ heç də insan haqlarının aliliyində deyil. Dava Azərbaycan üçün, ölkəni ələ keçirmək uğrunda gedir.Avropa Şurası da bəzi dairələrin əlində olan siyasi klubdur. Ona görə də, insan haqları bütün millətlərin mənafeyindən üst mərtəbədə dayanır. Yəni, ərazi işğal etmək böyük fəlakət deyil. Bu Avropada adi hal sayılır. Kütləvi qırğın törətmək də eyib sayılmır. Amma bir insanın həbsdə olması böyük bəşəri cinayət hesab olunur.

- Zahid bəy, bəs bundan sonrakı proseslər hansı istiqamətdə inkişaf edəcək?

Hesab edirəm ki, aralıq dövrdə rəsmi Bakı bu qurumdan çıxacaq. Buna paralel olaraq Azərbaycan qətiyyən öz xarici siyasət kursunu dəyişməyəcək.Biz Şərq Tərafdaşlığı sammitinə qatılacağımızı ortaya qoyuruqsa, bu o deməkdir ki, Avropa Şurasındakı qüvvələrin istəkləri alınmayacaq. Yəni, bizi Qərbdən qoparıb bu bölgədə əzərək, hansısa hakimiyyət dəyişikliklərinə gedərək təzədən kirləndirmək ideyası baş tutmayacaq. Bu da dəqiqdir, mütləq qeyd etməliyik ki, bütün bunlara qəzəbli və emosional mövqe tutmaqdan söhbət gedə bilməz. Daxildəki qüvvələrin də gücü-qüvvəsi artası deyil. Bu da dəqiqdir. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From