Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi layihələrə qrant hansı şərtlərlə ayrılacaq?
Tarix: 12.10.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hökumət bununla bağlı keçirilməsi nəzərdə tutulan müsabiqəyə dair tələbləri müəyyənləşdirib

Nazirlər Kabineti “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nı təsdiq edib. Qeyd edək ki, bu qayda Azərbaycanda fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların elmi və elmi-texniki fəaliyyətinin dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir. Müsabiqəyə təqdim olunan layihələrə dair əsas tələblərə gəlincə, layihəni müsabiqədə rəhbəri (birgə müsabiqələrə təqdim olunmuş müştərək layihələr üçün isə əlavə olaraq - həmrəhbər) təmsil etməli, layihənin rəhbəri və iştirakçıları Azərbaycan vətəndaşı olmalı, son beş ildə və layihənin icrası dövründə Azərbaycan ərazisində daimi yaşamalı və elmi yaradıcılıqla məşğul olmalı, layihə rəhbəri (həmrəhbəri) elmi dərəcəyə, elmi nailiyyətlərə, layihəyə rəhbərlik etmək və ya onu yerinə yetirmək təcrübəsinə, beynəlxalq elmi əlaqələrə malik olmalıdırlar. Eyni zamanda, layihə rəhbərinin və iştirakçılarının respublikada və xaricdə çap olunmuş məqalələri olmalı, layihə ölkə və dünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləçdirilməli, layihənin icrası üçün tələb olunan məbləğ xərclərin istiqamətləri üzrə müvafiq meyarlarla (o cümlədən, elmi-texniki və iqtisadi-hüquqi meyarlarla) əsaslandırılmalıdır. Bundan başqa, layihədə nəzərdə tutulmuş elmi tədqiqatların həcmindən və mürəkkəbliyindən asılı olaraq layihə iştirakçıları zəruri maddi-texniki bazaya malik olmalı, layihənin icra müddəti üç ildən çox nəzərdə tutulmamalıdır. Digər müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş layihələr eyni mövzu üzrə təkrar olaraq müsabiqəyə təqdim edilə bilməz.
Qaydalara görə, layihələr müsabiqəyə iddiaçı tərəfindən elektron formatda “online” rejimində təqdim olunur. Layihənin “online" qəbulu təsdiq edildikdən sonra onun kağız üzərində imzalanmış bir nüsxəsi və müşayiətedici sənədlər Donorun ünvanına göndərilir. Layihə müsabiqəyə Donorun hər bir müsabiqə üçün konkret olaraq müəyyənləşdirdiyi müddət çərçivəsində təqdim olunur. Donora iddiaçı olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, iddiaçı olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti təqdim olunur. Müsabiqəyə təqdim edilən bütün layihələr iki dildə - Azərbaycan dilində və Donorun müəyyənləşdirdiyi xarici dildə tərtib edilməlidir. Müsabiqəyə təqdim olunmuş layihənin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilir. Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin və onların yerinə yetirilməsi imkanlarının qiymət­lən­diril­mə­sindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir. Zəruri hallarda layihələr təkrar ekspertizaya göndərilir. Qrant verilməsi barədə qərarda Resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və müsabiqənin adı göstərilir. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir. Layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ mərhələlər nəzərə alınmaqla, müvafiq bank hesabına köçürülür. Layihənin icra müddətindən asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.
Donor maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (rüblük, yarımillik, illik, aralıq və yekun) tələb etmək və maliyyə monitorinqini keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.
Yeri gəlmişkən, bir neçə ay əvvəl Nazirlər Kabineti elmi tədqiqat institutlarının məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında da qərar qəbul edib. Qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri kimi təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi, elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı, kitabxana, nəşriyyat və kitab satışı xidmətləri, məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri, layihə və müsabiqə sənədlərinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri, informasiya xidmətləri, sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi, elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi müəyyənləşdirilib.
Xatırladaq ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması ölkəmizin əsas strateji inkişaf xətti olaraq bəyan edilib. Konsepsiya bütün sahələrlə yanaşı, Azərbaycan elminin qarşısında da mühüm vəzifələr qoyur.
Təbii ki, hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynayır. Bu baxımdan da dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi dünya innovasiya inkişafının əsas fundamentini təşkil edir. Yüksək ixtisaslı personalın çevikliyinin artması, biliyin paylaşması prosesi hazırda genişmiqyaslı bir dünya planı kimi sürətli temp alıb. Qloballaşma şirkətlərə daha yüksək səviyyəli texnologiya uğrunda rəqabət aparmağa və innovasiyaların ixtisaslaşdırılması və lokallaşdırılması prosesini stimullaşdırmağa məcbur edir.
Sözsüz ki, möhkəm elmi bazaya əsaslanan sosial-iqtisadi nailiyyətlər hər bir ölkənin davamlı inkişafını təmin edən əsas amillərdən hesab olunduğundan, Azərbaycan hökuməti də elm və təhsil sahəsinə böyük diqqət ayırır. Burada əsas məqsəd isə respublikamızın elmi potensialını daha da genişləndirməkdir. Məhz bu potensialın üzə çıxarılması, keçmiş təcrübənin yeni nəslə ötürülməsi, qabaqcıl texnoloji, tibbi və digər nailiyyətlərin elmi əsaslarının ölkəmizdə tətbiqi və bu kimi başqa tədbirlər elmin inkişaf tempinin artmasına müsbət təsir göstərir. Yüksək elm isə peşəkar kadrlar deməkdir. Xüsusilə regionların inkişaf etdirilməsində bu peşəkar kadrlara böyük ehtiyac var. Buna nail olmaq üçün isə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Təhsil sahəsinə diqqətin artırılması ölkədə insan resurslarının inkişafı və iqtisadiyyatın, o cümlədən regionların yüksək ixtisaslı kadrlarla təmin olunması baxımından dayanıqlı iqtisadi inkişafa xidmət edə biləcək çox təqdirəlayiq haldır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması və kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə mühim şərait yaradır.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Əjdər Ağayev də hesab edir ki, alimlərin innovativ layihələrə qatılması və qrant müsabiqələrində iştirak imkanı qazanması müsbət haldır: “Təbii ki, iddiaçıların ayrı-ayrı layihələr irəli sürərək bundan gəlir əldə etməsi təqdirəlayiqdir. Tutaq ki, ekologiya, texnologiya ilə bağlı layihələr ola bilər. Dünyada bu cür layihələri ABŞ-ın hansısa böyük maliyyə qurumları və ya Dünya Bankı maliyyələşdirir. Seçilən layihəyə əvvəlcədən pul ödənilir. Gətirdiyi səmərəliliyə görə də bu cür layihələrin müəlliflərinə pul verilir. Bu gün bizim tədqiqatçıların qarşısında duran vəzifələrdən biri odur ki, keyfiyyətli, yararlı iş ortaya qoyulsun. Təbii ki, alim adını daşıyan şəxsin texniki sahədə ixtirası, humanitar sahələrdə əsərləri, ümumiləşdirmələri, cəmiyyətin inkişafına təsir edə biləcək səviyyədə olmalıdır. Yəni, ağıllı, yaradıcı fikirlər həmişə uğur gətirir və bundan həm cəmiyyət qazanır, həm də ideya müəllifləri gəlir götürürlər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017