Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Çəki iki faiz azalarsa, oynaqlarda ağrılar 20 faiz azalır” - MÜSAHİBƏ
Tarix: 12.10.2017 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Xüsusən, payız aylarında havanın rütubətliliyi çoxaldığından, revmatik ağrılardan şikayətlənənlərin sayı çoxalır. Diz, qurşaq, çanaq, ayaq oynaqlarında ağrıların kəskinləşməsi xəstələri narahat etməklə yanaşı, həkimlərin də işini artırır.

Qeyd edək ki, 1996-cı ildən aprelin 12-si Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd edilir. Günün qeyd edilməsinin əsas məqsədi, geniş ictimaiyyətin diqqətini revmatoloji xəstəliklər, artritin formalarına haqqında məlumatlandırmağa, xəstəliyin erkən diaqnostikasına, tibbi və sosial bərpasına, profilaktika məsələlərinə yönəltməkdir.
Bununla bağlı hafta.az-ın suallarını Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin ortoped-travmatoloqu Natiq Əliyev cavablandırıb:

- Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa, artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri heç də tam öyrənilməyib.
- Xəstəliyin artma-azalma tempi necədir?
- Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artma tendensiyası müşahidə edilir. Sümük-əzələ xəstəlikləri geniş yayılmağına görə, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdə durur. Artritin ömrü 3-7 il qısaltdığı sübut olunub. Oynaqda yaranan iltihabi proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Dünyada 10 milyonlarla insanlar artritlərin bu və ya digər növləri ilə əziyyət çəkir. Son 20 ildə xəstəliklərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Ancaq əksər hallarda yaşlı adamlarda daha çox rast gəlinir. Təəssüf ki, son illər gəncləşib.
- Gənc yaşlarda bu xəstəliklər daha çox travmatik xarakterli olur, yoxsa sonradan inkişaf edir?
- Əhalinin təxminən 7-10 faizi artrit və artroz xəstəliklərindən əziyyət çəkir. 40 yaşa kimi əhalinin 2 faizində, 45-50 yaş arasında 30 faizində , 50­65 yaşdan yuxarı isə 85-90 faizində artroz xəstəliyi müşahidə olunur. Bu xəstəlik uşaqlarda da qeydə alınır ki, bunun da səbəbi ən çox anadangəlmə patologiyalarla bağlı olur. Məsələn, hemofiliya, revmatizm, iltihab xəstəlikləri nəticəsində bu xəstəliklər müəyyən zamandan sonra inkişaf edir.
- Bu ilin ötən dövrü ərzində Respublika Klinik Xəstəxanasında neçə nəfər artritli xəstə müalicə olunub?
- Ötən il 221 xəstə, 2017-ci ilin 9 ayı ərzində isə 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən stasionar müalicə alıb.
- Xəstəlikdən yaxa qurtarmaq üçün nəyə diqqət etmək lazımdır?
- Sağlam həyat tərzinə əməl etmək, fiziki hərəkətlər etmək, düzgün qidalanma lazımdır. Həmçinin xəstənin öz psixoemosional vəziyyətini dəqiq qiymətləndirməyi məsləhətdir. Müntəzəm fiziki hərəkətlər əzələləri möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Xəstəlikdən sığortalanmaq üçün ilk olaraq insanın əzəli sistemi möhkəm olmalıdır, mütəmadi idmanla məşğul olmaq lazımdır .Təbii ki, uzunmüddətli idman oynaqlara mənfi təsir göstərir, bu səbəbdən də mütəmadi aktiv fəaliyyətdə olmaq olmaz. Bundan başqa, artıq çəki xəstəliyin yaranmasına və artmasına səbəb olur. Əgər bədən çəkisi iki faiz azalarsa, oynaqlarda ağrılar 20 faiz azalır. Oynaq xəstəliklərindən əziyyət çəkən insanlar soyuqdəymədən özünü qorumalı, fiziki təzyiqli işdən, yəni daim ayaq üstə qalmaqdan, uzun məsafəni bir dəfəyə dəf etməkdən və digər fəaliyyətlərdən uzaq durmalıdırlar.
- Qidalanmaları necə olmalıdır?
- Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalıdır. Menyuya meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə meyvələri, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngim qidalar rasionda çoxluq təşkil etməlidir.
- Xəstəlik hansı halda əlilliyə səbəb olur?
- Soyuq, nəmişlik, fiziki təzyiq artrozlardan əziyyət çəkənlərin xəstəlyinin şiddətlənməsinə səbəb ola bilər. Əlillik dərəcəsinə gəldikdə birinci yerdə bud-çanaq oynağı, diz oynağında olan artrozlar üstünlük təşkil edir.
- Xəstəlik əhalinin neçə faizini təşkil edir və son vaxtlar oynaq ağrılarından şikayətlərin çoxalmasını tendensiya hesab etmək olarmı?
- Xəstəlik əhalinin 7-10 faizini təşkil edir. Bu isə əhali sayına görə təhlükəli hal sayılmır. Uşaqlarda da rast gəlinir. Ən çox anadagəlmə patalogiya formasında. İltihabi proseslərdən sonra yaranır. Son nəticədə oynaq hüceyrələrinin mübadiləsinin pozulması ilə nəticələnir. Ümumi bədənin mübadilə prosesi normal gedərsə, artroz əmələ gəlmə ehtimalı azalır.
- Əvvəllər revmatizmdən əziyyət çəkən uşaqlar adətən bitsillin preparatı ilə müalicə olunurdu. İndi necədir? Müalicə metodu dəyişibmi?
- Revmatik xəstəliklər indi nadir hallarda antibiotiklərlə, o cümlədən bitsillinlə müalicə olunur. İndi daha müasir digər orqanlara da ziyansız olan müalicə üsulları, vasitələri var. Dünyada necədirsə, bizdə də elədir. Xəstələr fizioterapiya və medikamentoz üsulla müalicə olunur.
- Revmatik xəstəliklərlə bağlı hansı peşə sahibləri daha çox müraciət edir?
- Hazırda bütün sahələr üzrə müraciətlər çoxalıb. Profilaktik tədbirlər görülməlidir. Əsas ağır çəkidən xilas olmaq lazımdır. Aşağı ətraflara birdəfəyə uzunmüddətli təzyiq etmək oynaqların pozulmasına səbəb ola bilər. Səhərdən axşama qədər ayaqüstə çalışanlarda daha çox rast gəlinir. Gənc xanımlar daha çox müraciət edir. Əksəriyyətində aşağı ətraf oynaqlarında funksional pozğunluqlar müşahid edirik. Bunlar müalicə olunmazsa, artroza çevrilmə riski böyükdür.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev