Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qadın, ərinin ikinci arvadı ilə toyuna gəldi - GÜNÜN TƏZADLARI
Tarix: 12.10.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Qadın ikinci dəfə evlənən ərinin toyunda mehribancasına gəlinin yanında oturdu. Hafta.az yazır ki, təzadlı olay Misirdə baş verib. Hazırda ölkə sakinləri tərəfindən sosial şəbəkələrdə kişinin birinci arvadının da iştirak etdiyi ikinci xanımıyla toyu məsələsi geniş müzakirə olunmaqdadır. Bəziləri bundan hiddətlənir, heyrətə gəlir ki, bəyin belə gözəl xanımı ola-ola ikincini niyə alıb. Digərləri isə buna haqq qazandırırlar. Deyirlər ki, yəqin birinci xanım hansısa səbəblərdən özü ərinin ikinci evliliyinə xeyir-dua verib.


Azərbaycan döyüşçüsü “BMP” ilə gəlin gətirdi


Sosial şəbəkələrdə 1993-cü ildə - birinci Qarabağ savaşı zamanı çəkilmiş və “BMP” (PDM - piyadaların döyüş maşını) ilə gəlin gətirilməsini təsvir edən maraqlı videokadrlar yayıldı. Hafta.az bu haqda Musavat.com-a istinadla yazır. Videoda görünür ki, bir döyüşçünün toy günüdür (onun kimliyi haqda hələlik məlumat yoxdur-red.), o, gəlini “BMP”-də gətirir. “BMP”-nin kabinəsindən endikdən sonra bəylə gəlin Azərbaycan bayrağının altında addımlayırlar.


Müdafiə nazirinin müavini rüşvətxorluğa görə tutuldu


Ukrayna Milli Antikorrupsiya Bürosu dövlətə məxsus külli miqdarda vəsaiti mənimsəməkdə təqsirli bilinən 2 yüksək çinli dövlət məmurunu həbs etdi. Hafta.az “Dəyərlər” nəşrinə istinadla xəbər verir ki, onlardan birinin ölkənin müdafiə nazirinin müavini, digərinin isə nazirliyin departament müdiri olduğunu bildirib. Həbs olunan şəxslərə qarşı Ukrayna Cinayət Məcəlləsinin 191-ci maddəsi ilə cinayət işi açılıb.


Bakıda “Nissan” eyni anda 3 qızı vurdu


Bakıda eyni anda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az Lent.az-a istinadla xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində “Nissan” markalı, 99 CF 186 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub. Müxtəlif dərəcli xəsarət alan 22-23 yaşlı qızlar xəstəxanaya aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Antarktidada Azərbaycan boyda dəlik yarandı


Antarktidada sirli nəhəng dəlik aşkar edildi. Hafta.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, dəliyin ölçüləri Şimali Amerikadakı Yuxarı gölü sahəsi boydadır. Bu da təxminən Azərbaycan Respublikası və ya Egey dənizi böyüklüyündə əraziyə bərabərdir. Dəlik haqda danışan Toronto Universitetinin professoru Kent Mur eyni bölgədə 1970-ci illərdə də oxşar dəliyin yarandığını bildirib. Alimin sözlərinə görə, o dövrkü texnoloji imkansızlıq səbəbindən elm adamları araşdırma apara bilməyib.


Qadın yalın əllə akulanı xilas etdi


Buxtada köpəkbalığının (akula) ilişərək daşlara çırpındığını görən qadın onu xilas etdi. Hafta.az Rusiya mediasına istinadla yazır ki, gözlənilməz olay Avstraliyanın Melburn şəhərində baş verib. Şəhər sakini Melissa Xeteyer balığın buxtada ilişdiyini görüb və yazığı gələrək onu xilas etməyə çalışıb. Öncə balığı dayazlığa qovan qadın dişləməməsi üçün arxadan yaxınlaşaraq akulanın boğazından tutub və dənizə buraxıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017