Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “hədiyyəsi” - HƏFTƏ REYTINQ
Tarix: 13.10.2017 | Saat: 18:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuxammedov rusiyalı həmkarı Vladimir Putinə keçmiş ad günü münasibətilə alabay itinin küçüyünü bağışladı. “İndi bizim bir ümumi dostumuz var. Bu, dünyada yeganə alabay itidir və mən bu gün bu balaca alabayı özümlə gətirmişəm”, - deyib türkmən lideri və əlavə edib ki, itə “Vernı” – “Vəfalı” adını qoyub. Xatırladaq ki, Rusiya lideri V.Putin it həvəskarıdır və bu səbəbdən də çox sayda müxtəlif cinsdən olan itləri var.


Həftənin “yatağanı”


Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında yuxuladı. Prezidentlərin görüşündə diqqətçəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub. Tacikistan Prezidenti İmaməli Rahmon çıxış edən zaman Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib. Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.


Həftənin “milli şuraçıları”


Aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlinin Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə iştirak etdikləri bəlli oldu. Aktyor İlqar Cahangir bu səbəbdən rol aldığı serialdan uzaqlaşdırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Musavat.com saytına açıqlama verən aktyor deyib ki, ekran işində fəaliyyətini davam etdirir: “Mitinqdə iştirak etmişəm. Amma rol aldığım “Ögey ana” serialından uzaqlaşdırılmamışam. Bu gün çəkilişlərdə olmuşam. Sabah da çəkilişə yollanacağam. Serialdan uzaqlaşdırılmağım barədə xəbərlər yalandır”. Qeyd edək ki, AzNews.az saytının yaydığı məlumata görə, hazırda sözügedən aktyorlar barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə, səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.


Həftənin “qız atası”


Keçmiş argentinalı futbolçu Dieqo Maradona qızları Dalma və Caninni məhkəməyə verdi. Buna səbəb qızların atalarının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt-sterlinq vəsait köçürməsi olub. Maradona qızlarını onun bank hesabından 1,45 milyon funtsterlinq oğurlamaqda ittiham edir. Argentinalı ulduz artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb. 56 yaşlı futbolçu bu işdə qızlarına onların anası, Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanın da kömək edə biləciyini istisna etməyib. Maradona keçmiş həyat yoldaşını 2015-ci ildə 9 milyon dollar oğurluqda da günahlandırmışdı.


Həftənin “hücum obyekti”


Naməlum şəxslər Səudiyyə Ərəbistanı Kralı Salman bin-Abdeləziz əl-Səudun Ciddədəki sarayına hücum etdi. Sarayın mühafizəçiləri hücumu dəf edib. Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb. Məlumata görə, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı hücum vaxtı Rusiyaya səfərdə olub.


Həftənin “Çin müşaviri”


Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olundu. Bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib. Vaqif Mustafayev eyni zamanda Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.


Həftənin “futbolçusu”


Çeçenistanın Prezidenti Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin 65 yaşının tamam olması münasibətilə futbol matçı təşkil etdi. “Axmat Arena”da keçirilən dostluq matçında Rusiya və İtaliyanın veteran futbolçuları üz-üzə gəlib. Maraqlıdır ki, Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo da Putinin şərəfinə təşkil edilmiş qarşılaşmada Kadırovun komandasından çıxış edib. Bundan başqa “Lider65” adlanan komandanın heyətində Çeçenistan parlamentinin sədri Maqomed Daudov da meydana çıxıb. Kadırovun bir qol vurub, bir də məhsuldar ötürmə etdiyi qarşılaşma “Lider65”in 6:3 hesablı qələbəsi ilə başa çatıb.


Həftənin “Bakısevəri”


Robert Prosineçkinin millimizin baş məşqçisi vəzifəsindən ayrıldığı halda belə ailəsinin Bakıda qalacağı bəlli oldu. Bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: “Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq”. Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind