Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan təhsili beynəlxalq reytinqdə
Tarix: 13.10.2017 | Saat: 19:30:00
Bölmə:KİVDF | çapa göndər

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, bu istiqamətdə ölkəmizin mövqeyi xeyli yaxşılaşıb

Son illər Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar ölkəmizin bu istiqamətdə mövqeyini müsbətə doğru dəyişib. Qeyd edək ki, bir neçə gün öncə Dünya İqtisadi Forumunun yaydığı hesabatda da Azərbaycanda təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb. Həmin sənədin “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.
Təhsil Nazirliyindən “Həftə içi”nə verilən məlumata görə, bu sahədə aparılan siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.
Bir sıra alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Məsələn, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib. Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq”.
Məlumat üçün bildirək ki, Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra təhsil sahəsində islahatlar daha da sürətlənib. Nəticədə ölkəmiz Avropa ali təhsil məkanının bir sıra vəzifələrinin yerinə yetirilməsində ciddi nailiyyətlər əldə edib. Bu nailiyyətlərin davamı olaraq Təhsil Nazirliyinin və Avropa İttifaqının (Aİ) “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsi hazırlanıb. Təhsil Nazirliyinin, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin icrasına 2015-ci ilin sentyabrında başlanıb. İkiillik layihə çərçivəsində Azərbaycanda Avropa ali təhsil məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində əlaqələndirmənin və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri reallaşdırılıb və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də təhsil sahəsində islahatların davam etdirilməsi vurğulanıb. Sənəddə göstərilib ki, yaxın illər ərzində ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.
Yol Xəritəsində həmçinin qeyd olunub ki, davamlı olaraq yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək: “Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
Sənəddə o da vurğulanıb ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
“Yol Xəritəsi”ndə həmçinin göstərilib ki, universitet klasterlərinin yaradılması “təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan, ölkədə, ilk növbədə, bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq: “Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcək. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir. Bundan başqa özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək”.
Sözsüz ki, bu gün ali təhsildə keyfiyyətin yüksəlməsində SABAH qruplarının da xüsusi rolu var. Bu layihə ölkə prezidentinin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Çünki SABAH-ın əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.
Onu da deyək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər təşkil edib.
Hazırda təhsil sahəsində aparılan islahatların nəticəsi həm də onu göstərir ki, ali məktəblərə qəbul olan məzunlar arasında yüksək bal toplayanların sayı ilbəil artır. Təhsil naziri Mikayıl Cabbarov da öz açıqlamasında bu məsələyə toxunaraq deyib ki, Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”. O bildirib ki, 2017/2018-ci tədris ilində rekord sayda, yəni 37500-ə yaxın abituriyent tələbə adını qazanıb: “Xüsusi olaraq vurğulamaq istərdim ki, bu, orta qəbul balının artması ilə bərabər olub. Yəni, tələbə sayının artmasına səbəb ali məktəblərə qəbul meyarların aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanmasıdır. Bu, o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind