Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Almurad bəyin xəstəliyini biz ondan, o da bizdən gizlədirdi" - ANIM
Tarix: 13.10.2017 | Saat: 18:03:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə Almurad ağanın ocağına- evinə gedirik. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin böyük qardaşından danışıram sizə. Doğrusu evin ünvanını dəqiq bilmirəm. Şərifzadə küçəsində “yataqxanalar tərəfdə” qaldığını deyiblər. Çoxlarının ocağa, ziyarətgaha çevirdiyi həmin məkana belə bir gündə getmək o qədər də asan deyil...

Adıçəkilən ünvana çatanda, tut ağacının altında nərd oynayan bir neçə yaşlı ağsaqqala yaxınlaşıram:

-Almurad ağanın evi burada hansı tərəfdədir? – deyə soruşuram. Zər atanlar əl saxlayıb ayağa durub salam verirlər. Ağsaqqalların ayağa qalxmasından utansam da, sonradan bunun mənə yox, Almurad ağaya bir ehtiram əlaməti olduğunu düşünürəm:

- Bax o iki “podyezli” binadan ikinci giriş, dördüncü mərtəbə, sağ qapı.

Gedirəm. Üzü yola baxan pəncərədə adamların dayandığını görüncə bir anlıq duruxdum. Yuxarı qalxdım. Qapının əlfəcininə qara ip bağlanmışdı.

Əbülfəz bəyin ölümündən sonra ocağa, ziyarətgaha çevrilmiş evin qapısı ağzında idim. İlk dəfə buraya ayaq basacaqdım. Evin içərisindən xəbərim yox idi. Tək bildiyim bir şey yardı – məni Almurad ağa qarşılamayacaqdı. İki gün öncə - 85 yaşında dünyasını dəyişən ağanın Sulutəpə qəbristanlığında dəfn edildiyini bilirəm, vəssalam.

Onun xəstəliyindən, son günlərindən, vəsiyyət edib-etməməsindən danışmaq üçün qapını döydüm. Otağın birində xanımların səsi gəlirdi. Məni qapıda Almurad Əliyevin oğlu Hürü Əliyev qarşıladı.

Stolun üstə halva, limon və çay... Mənim də önümə çay qoydular. Söhbətləşdik. Bəri başdan deyim ki, Əbülfəz bəyin oğlu Ərturqut bəylə çəpəki oturmuşuq. Əmisinin son günləri haqqında danışmaq üçün ilk ona müraciət edirəm, nə şəkil çəkdirmək istədiyini, nə də danışmaq halında olduğunu deyir... Hürü bəylə söhbətləşirik:

-Son günlərini necə keçirdi Almurad ağa? Nələrdən danışdınız? Ümumiyyətlə danışa bilirdimi? Xəstəliyi nə idi?

-Uzun müddət idi ki, xəstəliyindən xəbərdardıq. Amma özü xərçəng xəstəsi olduğunu bilmirdi. Ümumi məlumatı var idi. Son iki ayda xəstəliyi daha da şiddətləndi, metastat durumuna gəldi. Xəstəlik daxili orqanlara və sümüyə də öz təsirini göstərməyə başlamışdı. Son iki ay ərzində vəziyyəti çiddiləşmişdi. Ailəmiz hamımız yanında idik. Son günlərini nəvələri, qohumları yanından ayrılmadılar. Bu müddətdə vəziyyəti o qədər yaxşı idi ki, hətta mən Türkiyəyə də gedib gəldim. Son bir həftədə səsində dəyişikliklər hiss olunurdu. Ağciyər və bronxları “sözünə baxmırdı”. Son üç gündə isə Almurad ağanın durumu daha da kritikləşdi. Heç maye də qəbul edə bilmirdi. Ömrünün son günündə danışa da bilmirdi.

-Nə vəsiyyət etmişdi doğmalarına? Son bir həftədə nələr danışdı Almurad ağa?

-Almurad bəy son günə qədər öləcəyini bilmirdi. Daha doğrusu buna inanmırdı. Ürəyi çox sağlam idi. Həmin ürək onda olmasaydı və ya Almurad bəyin yerinə bir başqası olsaydı on beş gün bundan əvvəl də rəhmətə gedə bilərdi. Xərçəng xəstəliyinin son həddi acımasız ağrılardır. Şükürlər olsun, ağa bunların heç birini yaşamadı, hiss etdirmədi. Çox bərk ağrılar olmadı. Ağciyərindən, tənəffüs orqanlarından başladı ağrıları. Demək olar ki, son üç gündə əziyyət çəkdi. Danışmağa çətinlik çəkirdi. Ümumi danışıqlar olurdu amma vəsiyyətlə bağlı heç nə olmadı.

-Son günlərində nədən danışırdınız? Ailə daxili söhbətlər, Əbülfəz bəylə bağlı...

-Əbülfəz bəylə bağlı hər gün bu evdə söz-söhbət, xatirələr danışılıb. O, hər gün bu evdə xatırlanıb. Almurad bəyin son günlərində  nəvələri, doğmaları yanında olub. Bir adam bilsə ki, bir aya, on günə dünyasını dəyişəcək, bəlkə nəsə düşünüb deyər, vəsiyyət edərdi. Almurad ağa özünə əmin, güclü adam idi ki, ölümünə inanmırdı. Xərçəng xəstəsi olduğunu bilməyib. Ondan saxlamışıq. Bəlkə özü də bilmirdi ki, biz bunu ondan saxlaya bilərik. Buna baxmayaraq, özü də dünya görmüş adam idi. Bəlkə də xəstəliyinin nə olduğunu hiss etmişdi. Bəlkə də o bizə bildirmək istəmyib. Nə bilim, bəlkə də biz ondan, o, da bizdən xərçəng xəstəsi olduğunu gizlətməyə çalışırdı.

-Söz –söhbət gəzirdi ki, xəstəxanalar Almurad bəyin müalicəsini müəyyən səbəblərə görə, öz üzərinə götürmək istəməyib. Hətta imtina etməyə çalışıblar...

-Qətiyyən belə şey olmayıb. Əksinə, ona qarşı çox diqqətçil olublar. Bu xəstəlik ağsaqqalın 79 yaşı olanda – 6 il bundan əvvəl başlayıb. 2011-ci ildə. Sudeyf həkim var, o vaxt “Kaspar”da idi, həm də paralel olaraq Resbulika xəstəxanasında işləyirdi. İndi də orada urologiya üzrə kafedra müdiridir. Onu ilk dəfə yaxın qohumumuz Baxşeyş müəllimin vasitəsi ilə tanımışıq. O vaxt əməliyyatın riskli olduğunu dedi. Riski ötürsək belə üç il əziyyət çəkəcək. Dedi siz rahat olun, mən Almurad ağanı azı 5-6 il saxlayacağam. Özü də bir “tabletka” ilə. Dediyi kimi  də oldu. Həmin həb də mütəmadi olaraq  gəlirdi. Yenə deyirəm, o qədər güclü adam idi ki, altı ili ayaqda keçirdi. Son ay yarımda xəstəliyi hiss etməyə başladı. Bəlkə də başqa adam olsaydı onu iki il də ötüşdürə bilməzdi. Ümumiyyətlə, Bakıdakı xəstəxanaların çoxunun böyükləri ağsaqqalın, Almurad bəyin dostları idi. Respublika xəstəxanasının böyüyü Telman həkimlə hələ sovet dövründən münasibətləri vardı. Yəni, bu Əbülfəz bəyə, onun bəyin qardaşına görə deyildi. Özünün hələ sovet dövründən dostu-tanışı çox idi. Hətta son dönəmdə vəziyyəti lap ciddiləşəndə Gömrük xəstəxanasında  vəsait ödəmədən müayinədən keçirdik. Çox yaxşı qarşıladılar, son ana qədər nəzarətdə saxladılar.

-Son dövrlərdə gündəlik məşğuliyyəti nə idi?

-Müəyyən tədbirlərdə iştirak edərdi. Adətən dost-tanışları, qohumları ilə görüşürdü. Nəyinsə üzərində birmənalı fəaliyyəti yox idi.

-Əbülfəz Elçibəylə bağlı xatirələrini yazıbmı? Yoxsa şifahi danışmaqla keçinirdi?

- Hər dəfə  mənə deyirdi ki, bir gün oturaq hamısını söyləyim, yaz. Əslində xatirələrinin yazılmamasının günahı məndə idi. Bəy rəhmətə gedəndə bir il bizdə hamı matəm içində idik. Həmin müddətdə elə xatirələr danışılırdı ki... Uşaqlıqdan Əbülfəz bəylə bir yerdə olmuşdular. Son bir həftəyə qədər bəydən sitatlar gətirərdi. Elə məsələlər danışırdı ki, onlar bəlkə heç mətbuatda da getməyib.

-Özünün qeyd dəftərləri varmı?

-Yox, yoxdur. Özü yazmırdı. Mənə deyirdi ki, danışım sən yaz. Mən də düşünürdüm ki, sonra yazarıq. Hələ zaman var...

-Əbülfəz bəylə, Almurad ağa ilə xatirələrinizi yazmağı düşünürsünüzmü?

-Bəli, inşallah.

-Əbülfəz Elçibəyin ölümündən sonra ocaq Almurad bəyin evi idi. Silahdaşlarından kimlər itirib-axtarırdı Almurad bəyi?

- Almurad bəy elə adam idi ki, bu gün hakimiyyətdə olanlar, hakimiyyətə yaxınlığı ilə seçilən şəxslər, eləcə də müxalif düşərgədə olanların hamısı onu itirib-axtarıblar. Elə ağa təxəllüsünü də ona həmin adamlar verib. Ayrıseçkilik etmirəm, zəng edənlər, ziyarətinə gələnlər çox olurdu. Elçibəy ismi Azərbaycanda iqtidar və müxalifətə bölünməməlidir. Biz səhv düşünürük bölməklə... Əbülfəz təkcə Azərbaycana aid deyildi, bütün türk dünyasının nəhəng adamı, şəxsiyyəti idi. Onun qardaşını, silahdaşını itirib-axtarmağı da bir borc bilirdilər. Mirmahmud bəy, İsa bəy, Fərəc bəy, Fazil bəy... eləcə də iqtidarda təmsil olunan, olunmayan hər kəs itirib-axtarıb. Almurad ağa Elçibəyin qardaşı olmaqdan ziyadə özünün də şəxsi nüfuzu olub.

-Kimlərdən başsağlığı gəldi?

-Rəhmətə gedən günün səhəri Türkiyədən zəng gəldi. Baxçalı ilə görüşəcəklər, ona da deyiləcək. Bilmirdilər. Gün ərzində telefonla başsağlığı göndəriblər. Həm iqtidardan, həm də müxalifətdən yanımızda olduqlarını bildiriblər. İndi konkret olaraq ad çəkməyə ehtiyac duymuram.

-Yas xərclərini kim çəkdi?

-Özümüz. Dəfn xərclərini ailəsi çəkib. Bəlkə də bizim bilmədiyimiz nəsə düşünürlər. Amma hələlik yas mərasimi ilə bağlı bütün xərcləri ailə çəkir.

Stol süfrəsində qohumları, bacısı uşaqları, doğmaları əyləşib. Almurad Əliyevin son günləri barədə onlardan soruşuram. Hərəsi bir cümlə ilə stolun müxtəlif nöqtələrindən dillənirlər:

-Son nəfəsləri idi. Ölüm ailəsində də yanında olduq. Bacısı da yanında idi. Danışa bilmirdi. Biz də nəsə danışa, soruşa bilmədik.

-Hərəkətindən hiss edirdik. Əli ilə işarə edirdi ki, su ver.

-Nəfəs sinəsində ola-ola da öləcəyini düşünmürdü.

 

Beləcə Azərbaycanın milli istiqlal tarixinin ilk günündən Əbülfəz Elçibəyin yanında olan silahdaşı, böyük qardaşı Almurad ağanın ailəsi ilə sağollaşırıq.

Allah rəhmət etsin!


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From