Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu festival tolerantlığı və müxtəlifliyi dəstəkləyir" - Kestutis Yankauskas
Tarix: 13.10.2017 | Saat: 18:23:00
Bölmə:Gündəm | çapa göndər

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi (Aİ) üzv ölkələrin, eləcə də İsveçrə, Norveç, İsrail, Argentina, Peru, Braziliya, Meksika, Kuba və Moldovanın Azərbaycandakı səfirlikləri ilə birgə təşkil olunmuş "İmagine"Avropa Tolerantlıq Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirib.

Aİ-nin ölkəmizdəki səfirliyinin sözçüsü Denis Danillidis çıxış edərək açılışı dünən baş tutmuş festivalın məqsədi və proqramı barədə məlumat verdi.

Aİ-nin ölkəmizdəki səfiri Kestutis Yankauskas bildirdi ki, bu festival Roma razılaşmasının 60 iliyinə həsr olunur. "Bakıda keçirilən bu festival tolerantlıq və müxtəlifliyi dəstəkləyir. Bütün Aİ ölkələrinə, eləcə də digər dövlətlərə təşəkkür edirəm ki, filmlərini festivala təqdim edib. Xahiş edirəm bütün tədbirlərə qatılın və fikirlərinizi bildirin", - səfir bildirdi.

Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan və AŞPA arasında yaranmış gərginliyə münasibət bildirib. K. Yankauskas tərəfləri dialoqa çağırıb. O bildirib ki, AŞPA olduqca əhəmiyyətli təşkilatdır: "Bu təşkilata üzv olan hər bir ölkə dialoq və intensiv iş köməkliyi ilə irəli getməlidir. Düşünürəm ki, AŞPA kimi önəmli təşkilatda qalmaq üçün hamımız səylər göstərməliyik. Ümid edirəm ki, bu məsələnin həlli üçün Bakı və Strasburq arasında aparılan dialoq davam edəcək".
"Düşünürəm ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin müzakirəsinin növbəti mərhələsi noyabrın 24-də keçiriləcək "Şərq Tərəfdaşlıq" sammitinədək baş tutacaq". Kestutis Yankauskas deyib. Səfir bildirib ki, sazişin hazırlanması istiqamətində işlər yaxşı gedir: "Bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir. Buna görə də sazişin tez bir zamanda deyil, yaxşı hazırlanması vacibdir. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq, çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək".

Bundan sonra festivala qatılan müxtəlif ölkələrin təmsilçiləri qısa təqdimatla çıxış etdilər.
Belçikadan gəlmiş rejissor Bakının gözəlliyinə heyran olduğunu bildirdi və onu yaşadığı Antverpen şəhəri ilə müгayisə etdi. O bildirdi ki, Bakıya məhz Antverpendə çəkilmiş "Həyat üçün ölmək" filmi ilə gəlib. "Bu filmdə Suriya və İraqda davam edən müharibənin dəhşətindən qaçıb Avropaya sığınan insanların həyatından bəhs edir. Antverpen kцçələrində dolaşan uzunsaqqallı və qapalı insanlar yerli sakinlərdə təşviş yaradır. Hansı ki, əslində bu belə deyil" deyən rejissor digər filmdən də bəhs elədi. Özü və əslən Çilidən olan atasından bəhs etdiyini dedi. "Kamyonun rəngi" adlanan bu filmdə atasının diktator Pinoçetin zülmündən qaçmasıından və bu vəziyyətlə mübarizəsindən söz açılır.
Başqa bir rejisor Xavyer dedi ki, o 17 ildir Rusiyada yaşayır və əslində özü də miqrantdır. Ona görə də çəkdiyi filmlərdə bu məsələyə geniş yer verilir.
İkinci dəfə Bakıda olduğunu deyən rejissor Karl da festivala qatılmasından məmnunluq duyduğunu diqqətə çatdırdı. Bildirdi ki, festivalda And dağlarının musiqisini iştirakçılara tanıdacaq. O, ölkəsində məşhur olan qaranqu musiqi alətindən söz açdı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From