Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çaylarda sululuğun azalması müşahidə olunub
Tarix: 16.10.2017 | Saat: 14:18:00
Bölmə:Sosial | çapa göndər

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-70 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 180 faizini təşkil edir.

Departamentdən hafta.az-a bildirilib ki, oktyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 142 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 153 kubmetr olmaqla ongünlük normanın 91 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 101 kubmetr olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 110 kubmetr təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Oktyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma, Bankədə 2 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 (2016-cı il oktyabrın 16-da 446 sm), Şirvanda 263, Salyanda 210 (2016-cı il oktyabrın 16-da 278 sm), Bankədə 199 (2016-cı il oktyabrın 16-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 santimetr (2016-cı il oktyabrın 16-da 155 sm) təşkil edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind