Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ankara həmin şəxslərə qarşı tədbir görməlidir - MÖVQE
Tarix: 16.10.2017 | Saat: 15:14:00
Bölmə:Siyasət | çapa göndər

Bir müddət öncə Türkiyədə tanınmış sima hesab edilən Ufuk Urazın başçılıq etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağa getdilər. Özü də erməni konqresinin dəvəti ilə. Bu azmış kimi, kürd əsilli Uraz Xankəndidə Azərbaycanın və Türkiyənin əleyhinə fikirlər səsləndirdi.  

Bundan sonra Azərbaycan qardaş Türkiyədəki dairələrdən ikinci “zərbə”ni aldı. Belə ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri, Türkiyənin AŞPA-dakı təmsilçisi Dəniz Baykal Azərbaycan əleyhinə olan qərarlara “lehinə” səs verdi. Özü də Atatürkün qurduğu partiyanın – CHP-nin keçmiş sədri Baykal. Eyni zamanda, CHP fraksiyasından digər üç nəfər də “lehinə” düyməsinə basaraq Azərbaycanı çətin durumda qoydu.

Prezidentin keçmiş müşaviri, politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında deyib ki, son iki olayın içərisində ən ciddi xəta başda keçmiş kürd deputat Ufuk Uraz olmaqla dörd millət vəkilinin Dağlıq Qarabağa getməsidir. Onların Dağlıq Qarabağda həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə fikirlər səsləndirməsidir:

“Məni ən çox təəccübləndirən odur ki, Türkiyənin səlahiyyətli orqanları hələ də rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağa səfər edən həmin şəxslər haqqında cinayət işinin qaldırılmasına, “qırmızı bülleten”lə axtarışa verilmələrinə baxmayaraq, lazım olan tədbiri görmürlər. Bu hakimiyyətin səlahiyyətinə daxil olan bir məsələdir. AŞPA-da Türkiyədən Cümhuriyyət Xalq Partiyasından üç deputat iştirak edib. Azərbaycanın əleyhinə səs veriblər. Dəniz Baykaldan fərqli olaraq, digər iki nəfər həm gəncdirlər və bir o qədər də tanınan simalar deyil. Hətta bir nəfəri kürd əsillidir. Türkiyə kimi ölkədə partiya nümayəndəsinin partiyanın işinə qarışması, nə cür səs verməsi bir az çətin məsələdir. Hətta deyərdim ki, mümkünsüzdür. Çünki onlar AŞPA-da bəlli bir bloka- sosial demokrat qruplaşmasına daxildir. Yəni, Avropa Şurasının qərarlarını yerinə yetirirlər”.

Politoloqun sözlərinə görə, Dəniz Baykal kimi bir adamın, hətta Azərbaycan kökənli olduğu deyilən bir siyasətçinin belə bir hərəkət etməsi anlaşılan deyil:

“Dəniz Baykal CHP-nin sədri, eyni zamanda vaxtilə xarici işlər naziri olub. Bu təəccüb doğuran məsələdir və o, belə bir addım atmamalı idi. Ən azından, səsvermədə iştirak etməməli, yayınmağa çalışmalıydı. Digərləri haqqında hər hansı fikir söyləməyə də lüzum duymuram. Hələ ki, onlar yetişmiş siyasətçi deyil. Amma Dəniz Baykal və digərlərinin hərəkətləri doğrudan da Azərbaycan ictimaiyyətini “xəyal qırıqlığına” uğradıb. Çünki CHP həmişə beynəlxalq arenada Azərbaycanın yanında olduğunu, dəfələrlə bizim hüquqlarımızı müdafiə edəcəklərini bəyan ediblər. Birdən-birə avropalı deputatlara qoşularaq Azərbaycana qarşı səs vermələri qəbul olunan deyil. Atatürkün partiyasına yaraşmayan bir hərəkətdir. Atatürk deyib ki, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir. Türkiyə dövlətinin qurucusu da deyib ki, Azərbaycanı qorumağa çalışmalıyıq. Dəniz Baykalın timsalında edilən bu hərəkət böyük səhvdir. Bununla yanaşı, Azərbaycan ərazisinə icazəsiz gəlmiş şəxslərin həbs edilərək ölkəmizə ekstradilsiyası tezləşdirilməlidir”.

Politoloq Fikrət Sadıqov isə deyib ki, Dağlıq Qarabağa Azərbaycandan icazəsiz gedən Türkiyə vətəndaşları ilə Dəniz Baykalın AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinin bir-biri ilə əlaqəli olmasına əmin deyil. Buna baxmayaraq, hər iki fakt bizim üçün xoşagəlməz olaylardır:

“Eyni zamanda hər iki addım Azərbaycanın maraqlarına cavab vermir. Dəniz Baykalla bağlı bir neçə ehtimal var. Guya deyilir ki, səsvermə zamanı texniki səhvlər baş verib. İnanmıram ki, o cür siyasətçilər bu cür texniki səhv buraxsınlar. Bu onların mövqeyidir. Özləri bilər. Biz bunlardan nəticə çıxarmalıyıq. O ki, qaldı dörd nəfərin Dağlıq Qarabağa gedərək bizə qarşı ifadələr işlətməsinə, təbii haldır ki, Türkiyədə üç-dörd nəfər Azərbaycan əleyhidarı da tapıla bilər. Başqa bir məsələ ondan ibarət olmalıdır ki, Ankara həmin şəxslərə qarşı tədbir görməlidir. Onlara Azərbaycan məhkəmələri cinayət işi açıblar, çünki bizim dövlət sərhədlərimizi pozublar. Ufuk Uraz başda olmaqla həmin deputatlar gülünc bəhanələr gətirsələr də, bunların hamısı məntiqsiz və əsassızdır. Türkiyə hakimiyyəti ən azından həmin şəxsləri bizə ekstradisiya etməlidir. Biz Türkiyə ilə qardaş ölkəyik. 15 iyul hadisələrindən sonra biz Azərbaycanda bir sıra tədbirlər gördük. Başa düşürdük ki, Ankaranın maraqları bizim maraqlarımızdır. İlk növbədə bu hər iki dövlətin maraqlarına cavab verən addım idi. Ona görə də Türkiyədən qarşılıqlı şəkildə adekvat addımı gözləməyə əsasımız var”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From