Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sahibkar Şamaxı RİH başçısından şikayətçidir - REPORTAJ
Tarix: 16.10.2017 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Məcburi köçkünlərə, şəhid ailələrinə, eləcə də kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dövlət qayğısı son illərdə daha da artıb. Hətta sahibkarlıq fəaliyyətinə süni maneələrin yaradılmaması ilə bağlı ölkə başçısının qəti göstərişləri də mövcuddur. Lakin bu məsələ ilə bağlı təəssüf hissi yaradan məmurlara da rast gəlinir. Xüsusilə də bölgələrdə. 

Ağdam rayonunun Əliağalı kəndindən köçkün düşmüş Allahverdi İsa oğlu Cabbarovun Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Millət vəkili Qənirə Paşayevaya ünvanladığı şikayət məktubunda da bəzi rayon rəhbərlərinin öz vəzifələrindən sui-istifadə edib, yerlərdə sahibkarlara güc tətbiq etməsindən söhbət açılır.

Müraciətdə Allahverdi Cabbarov yazır ki, 1957-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulub. Onun sözlərinə görə, hələ uşaqlıq illərindən çobanlıqla məşğul olub: “15 yaşımdan çobanlıq edirəm. SSRİ dövründə Ağdam rayon Axundov adına Üzümçülük Sovxozunun fermasında çoban işləyirdim. Yayda qoyun sürülərini Kəlbəcərin yaylaqlarına aparardıq. Hələ ulu öndər Azərbaycan KP MK-nın 1-ci katibi işlədiyi dövrlərdə əməyimə dövlət tərəfindən yüksək qiymət verilib. “Qəhrəman çoban”, “Əməkdar çoban” kimi fəxri adlara layiq görüldüm, eləcə də Ağdam Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşam. 1990-cı ilin sentyabr ayında Kəlbəcər yaylağından qayıdan zaman, erməni silahlıları bizi Vəng kəndinin içindən keçən yolda mühasirəyə aldılar. Bizi sovet hərbçiləri müşahidə etsə də, üç gün mühasirədə ac-susuz qaldıq. Həmin vaxt rəhmətlik anam Qumru Musa qızı Cabbarova bizə yemək gətirdiyi yerdə vertolyotda şəhid olub...
1991-ci ildə Ağdərədə gedən qanlı döyüşlərdə atam İsa Xəlil oğlu Cabbarov və qardaşım Cəmil İsa oğlu Cabbarov qəhrəmanlıqla şəhid olublar. Bir sözlə, Qarabağın müdafiəsi uğrunda bir evdən üç şəhid vermişik”.

Şəhd ailəsi, Ağdam qaçqını Coban Allahverdi Cabbarov deyir ki, hazırda sahibkarlıqla məşğul olur, dədə-baba sənətini bu gün də davam etdirir: “1993-cü il Ağdamın işğalından sonra, əvvəlcə Kürdəmir rayonunda Qax rayonunun Dövlət Fondunda olan qışlaq torpağında Ulu Öndər Heydər Əliyev digər bölgələrdən olan tərəkəmə camaatını, eləcə də bir çoban kimi məni yerləşdirdilər. 1994-cü ilə kimi Şamaxı-İsmayıllı rayonunun ərazisində olan Mıxtökən yaylağı deyilən dövlət torpağı fondunda Kürdəmir rayonunun qoyunçuluq yaylağı yerləşirdi. 1994-cü ildən sonra bir neçə köçkün rayonlarının qoyunçuluq təsərrüfatı, eləcə də bizim qoyunçuluq təsərrüfatımız, bir sözlə, 22 ailə həmin ərazidə yerləşdirildi. Diqqətə çatdırım ki, həmin yaylaqdan ulu öndər Heydər Əliyevin göstərişi ilə 546 hektar İsmayıllı rayon ərazisinə düşən 90 nömrəli torpaq sahəsi Ağdam rayon qoyunçuluqla məşğul olan sahibkarlara verildi. Biz fermerlər bu illər ərzində həmin ərazidə çobanlıq edib, iri və xırdabuynuzlu heyvandarlıqla məşğul oluruq. Həm də məcburi köçkün kimi, öz ailəmizin və çobanlarımızın müvəqqəti yaşaması üçün alaçıqlar və kiçik evlər tikmişik. Həmişə Şamaxı rayonunda yerləşən imkansız ailələrə etdiyimiz yardıma görə, rayon rəhbərlərinin təşəkkürnamələrini almışam”.
Məktubda göstərilir ki, 2017-ci il 3 sentyabr tarixində “müqəddəs qurban” bayramı ilə əlaqədar olaraq, Bakı şəhərinə qurbanlıq heyvan gətiriblər və qurbanlıq heyvanlarını kəsib onun ətini şəhid ailələrinə, Qarabaq əlillərinə, imkansız ailələrə paylayıblar: “Həmin ərəfədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Dəmirçi kənd Bələdiyyəsinin sədri Kərəm Şükürov və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ekskavator gətirilib, heç bir məlumatım olmadan “Dövlətqaçkınkom”un balansında olan və xarici ölkədən gətirilib tikilmiş evimi, eləcə də digər çoban ailələrinə məxsus alaçıqları uçurublar. Hətta orada qoyulmuş şəhid abidəsini və onun başı üzərində dalğalanan Dövlət Bayrağını təhqir edib, yerlə-yeksan ediblər. Şəhid pilot-leytenant Bəhruz Zeynalovun babası çoban olub, uşaqlığı həmin yaylaqda keçib. Qarabağ hadisələri zamanı qəhrəmanlıqla şəhid olub. Valideynləri rahatlıq tapsın deyə, şəhidin abidəsi həmin ərazidə qoyulub və abidəyə gələn yol çəkilib. Həmin əraziyə gəlib-gedən səlahiyyətli nümayəndələr, dövlət xadimləri, millət vəkilləri, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Millət vəkili Qənirə Paşayeva, Elman Məmmədov hər dəfə şəhid abidəsinə baş çəkirlər...

15 gün əşyalarımız uçurulan evin altında qaldı. Heç kəs bizimlə maraqlanmadı. Bununla bağlı yuxarı təşkilatlara şikayət etdiyimi bilən Şamaxı RİH başçısı Asif Ağayevin göstərişi ilə evimə od vurularaq yandırıldı. Hətta ev yandırılan zaman gələn səlahiyyətli nümayəndələrə çobanlardan Samir Əliyev çox yalvar-yapış etsə də, onu eşidən olmadı. Deyiblər ki, sizin burada torpağınız yoxdur, bu bizlik deyil, başçının göstərişidir. Halbuki həmin yaylaq İsmayıllı ərazisidir. Şamaxı rayonu ilə heç bir əlaqəsi yoxdur. Onu da diqqətə çatdırım ki, bizim evimizi uçuran Şamaxı rayon rəhbəri bizə verilən torpaq sahəsində özünə malikanə tikdirib.Tapdalanan hüququmuzu, haqqımızı tələb etmək üçün bütün təşkilat və orqanlara müraciət etdim. Dövlət rəhbərliyinə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev cənablarına, Ağdamdan seçilmiş millət vəkilləri Bəxtiyar Əliyevə, Bəxtiyar Sadıqova, Şamaxı rayonundan seçilmiş, millət vəkili Elxan Süleymanova, millət vəkilləri Cavid Qurbanov, Elman Məmmədov və başqalarına 150 teleqram və müraciət ünvanlasam da, bu günə kimi heç bir nəticəsi olmayıb. Cavabları bu olub ki, məktubunuzu və teleqramınızı aldıq... 

Cənab Prezident, ümidimiz ancaq Sizədir. 1993-cü ildə ermənilər evlərimizə od vurub bizi öz doğma torpağımızdan, yurd yerlərimizdən qovdular, özümüzünkülər isə məskunlaşdığımız, ulu öndərin bizə hədiyyə etdiyi evi uçurub və sonra da od vurub-yandıraraq bizi evsiz qoydular. Əşyaqarışıq nəyimiz var, hamısı yanıb kül oldu. Sizdən xahiş edirik, bizim haqq səsimizi eşidəsiniz və biz köçkün-şəhid ailəsinin, sahibkarlıqla məşğul olan çobanların tapdalanmış hüquqlarının bərpa edilməsi üçün köməklik göstərəsiniz...
Yeri gəlmişkən qeyd edim ki, biz dağ adamları, tərəkəmə olmuşuq. Gözümüzü yaylaqlarda açmışıq. Günümüzü dağlarda keçirmişik, halal zəhmətimizlə dolanmışıq. İnanırıq ki, cənab Prezident, ədalət öz yerini tapacaq və Sizin göstərişinizlə, bizə etdiyiniz atalıq qayğısı nəticəsində, bu özbaşınalıqlara, bir sözlə, Şamaxıda baş verən qolçomaq davranışlarına son qoyulacaq. Biz məcburi köçkünlər, sadə iş adamları da əkin-biçinlə məşğul olacaq, ölkəmizin kənd təsərrüfatının inkişafı üçün əlimizdən gələni edəcəyik.
Cənab Prezident, bizə göstərdiyiniz qayğıya və diqqətə görə köçkün-şəhid ailələri, çobanlar və sahibkarlar adından Sizə öz minnətdarlığımızı bildiririk”.
Bir daha xatırladaq ki, Azərbaycan Respublikası torpaqdan müvəqqəti istifadə hüququna dair 5 yanvar 2005-ci il tarixli İN-0801, kod 90600001 nömrəli Şəhadətnamədə göstərilir ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2000-ci il tarixli101 saylı Sərəncamı ilə İsmayıllı rayon ərazisində yerləşən Kürdəmir rayonuna məxsus olmuş 90 saylı yaylaq sahəsindən 546 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi heyvandarlığın inkişafı üçün 5 il müddətinə müvəqqəti istifadə üçün Cabbarov Allahverdi İsa oğluna verilir. Sonra həmin torpaq sahəsindən istifadə edilməsinin vaxtı Ağdam RİH Başçısı Nizami Sadıqovun 23 XI 2009-cü il tarixli sərəncamı ilə 15 il müddətinə uzadılmışdır.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsnin rəis müavini Səbuhi Pənahovun imzası ilə yazılmış 28 09 2017 ci il tarixli 013-12 343 -3217 nömrəli məktubda cavab verilir ki, Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətə baxılıb, müvafiq tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From