Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Metroda sıxlıq problemi həll olunacaqmı?
Tarix: 16.10.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

“Bakı Metropoliteni xətlərinin konseptual inkişaf planı"na görə, 2030-cu ilə qədər hazırda iki olan xətlərin sayı beşə, 25 stansiyanın sayı isə 76-ya çatdırılmalıdır. Həmin beş xətdən birincisinin - bənövşəyi xəttin açılışı olub. Bu xətt avtovağzaldan başlayır, şəhərin mərkəzindən keçməklə, Qaraçuxur qəsəbəsinə qədər ayrıca bir xətdir”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metrodakı sıxlıqdan danışarkən deyib. O bildirib ki, xətlərin sayının artırılması yaranan sıxlığı aradan qaldırmağa yardım edəcək: “Artıq həmin beş xətdən ilkinin, bənövşəyi xəttin açılışı oldu. Bu xətt avtovağzaldan başlayır, şəhərin mərkəzindən keçməklə, Qaraçuxur qəsəbəsinə qədər ayrıca bir xətdir. Sərnişinlər, artıq şəhərin bir istiqamətindən digər istiqamətinə getmək üçün bizim mövcud xəttimizdən istifadə etmək məcburiyyətində qalmayacaqlar. Onlar başqa bir yerüstü xətlə hərəkət edəcəklər. Metronun sarı xətti Binəqədidən başlayıb, Bibiheybət məscidi adlandırdığımız əraziyə qədər davam etməlidir. Mavi xətt Yeni Yasamal ərazisindən Bakıxanov qəsəbəsinə qədər olacaq. Amma bu xətlərin hər birinin bir-birinə keçid xətt stansiyaları olacaq. “Memar Əcəmi” stansiyasında digər yaşıl stansiyasına keçə biləcəklər. Gələcəkdə metro xətlərinin Bakı şəhərini tam əhatə etməsi nəzərdə tutulur”.
Müsahibimiz deyir ki, hazırda metronun mövcud iki xətti olsa da, o, faktiki bir xətti əvəz edir. Bu isə metroda sıxlıq yaradır: “İntervalı azaltmaq, sərnişin sıxlığını aradan qaldırmaq üçün başqa layihələr olmalıdır. Eyni zamanda, “28 May”da yaşıl və qırmızı xətlərin kəsişməsi aradan qalxmalıdır. Nə qədər ki, "28 May" stansiyasında yeni tunel tikilib xətlər bir-birindən ayrılmayıb, həm bu problem, həm də qatarlararası intervalın daha da azaldılması problemi qalacaq.
Bizim mövcud yaşıl xəttimiz gələcəkdə dairəvi olacaq. “Xətai” stansiyası ilə “Həzi Aslanov” stansiyası arasında 3 stansiyanın tikilməsi nəzərdə tutulub. “Koroğlu” stansiyasından “Dərnəgül” istiqamətində isə dairəvi sistem olmalıdır. Sarı xətt, bənövşəyi xətt olacaq ki, bundan sonra istədiyimizə nail ola biləcəyik.
Metrodakı sıxlıqdan danışan N.Paşayev deyir ki, maksimum intervalla işləyirik, sıxlıq pik saatlarda olur: “Yayda sərnişinlərin sayı ümumiyyətlə az olur. Sentyabrın 15-dən iyunun axırına qədər qış qrafiki davam edir. Əgər qış qrafikində sərnişinlərin günlük sayı, təxminən, 700 min nəfər olursa, yay qrafikində bu rəqəm 400-450 minə düşür. Ali məktəblər, orta məktəblər tətilə çıxır, rayonlara istirahətə gedirlər, ona görə də sərnişinlərin sayı azalır”.
Metro ilə bağlı sərnişinləri narahat edın digər bir məsələ isə axşam, pik saatda qatarların depoya getməs ilə bağlıdır.
N.Paşayev deyir ki, axşam və ya qeyri-vaxtda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var:
a) depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir;
b) texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra, mütləq baxış üçün depoya getməlidir;
c) pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir.
“Bu 3 səbəb birləşdirilərək gün ərzində (şəkildə də göründüyü kimi) depo istiqamətinə 63 qatar gedir. Bunun üçün saytımızda aidiyyəti bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir”, – deyə qurum sözçüsü bildirib.
O, əlavə edib ki, bu qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. N.Paşayev xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi hallarının da mövcud olduğunu istisan etməyib.
Digər bir məsələ isə dalbadal "İçərişəhər" qatarının getməsi ilə bağlıdır. Metropoliten sözçüsü bildirir ki, "Həzi Aslanov" stansiyasından üzü "28 May" stansiyası istiqamətinə dalbadal həm "İçərişəhər", həm də "Dərnəgül" qatarları hərəkətə başlaya bilər: “Çünki qrafik belə nəzərdə tutulub. Səbəbi isə belədir. Çalışacağıq, misallarla aydınlıq gətirək. Səhər 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlirlər. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir. Burada məqsəd isə sadədir. Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi, "28 May" stansiyasından hər zaman bir qatar "İçərişəhər"ə, biri isə "Dərnəgül"ə hərəkət edir. Sübh tezdən və gecə saatlarında istisnalar ola bilər”.
Yeri gəlmişkən, Tbilisi prospektində hər gün müşahidə olunan tıxacın yaranma səbəblərindən biri kimi də tikilməkdə olan metroya görə yolun bağlanması olduğu bildirlir. Buna səbəb kimi keçmiş "Papanin"də uzun müddətdir ki, metrostansiyasının qazıntı işlərinin getdiyi deyilir. Bu da yolun bağlı olmasına və tıxacın yaranmasına səbəb olur. Çünki mikrorayonlara gedənlər məcbur Tbilisi prospektindən istifadə edirlər. Bu da prospektin yüklənməsinə və bəzi saatlarda tıxacların yaranmasına səbəb olur.
N.Paşayev deyir ki, "Papanin" deyilən ərazidə metronun bənövşəyi xəttinin 3-cü stansiyası tikilir: “Şərti adı B3-dür. Yol da ona görə bağlıdır. Stansiya açılanda yol da açılacaq. İşlər qaydasında gedərsə, 2018-in sonuna kimi stansiyanı açmağı planlaşdırırıq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind