Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda alimlərin fəaliyyəti stimullaşdırılır
Tarix: 16.10.2017 | Saat: 19:30:00
Bölmə:KİVDF | çapa göndər

Elmin İnkişafı Fondu tərəfindən ötən ilin ən fəal elmi tədqiqatçıları qiymətləndirilib

Ölkəmizdə “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq müsabiqə təşkil olunub. Qeyd edək ki, Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi "2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində sözügedən qurumun icraçı-direktoru Elçin Babayev bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.
Fond rəsmisi qeyd edib ki, “2016-cı ilin alimi” mükafatı müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri dərc olunmuş, digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.
E.Babayev vurğulayıb ki, müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi" , “2016-cı ilin gənc alimi" nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində fizika, riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 4, tibb, biologiya və aqrar elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.
Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3000 manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2000 manat təşkil edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, son illər ölkədə sosial və humanitar proqramlar uğurla icra olunur. Onun sözlərinə görə, elmin maliyyələşməsi hər zaman problem olaraq qalır: "Büdcədən maliyyələşmə təbii ki, azdır. Hər zaman demişəm ki, elm özü-özünü maliyyələşdirməlidir. Bunun üçün bir sıra əlavə imkanlar var. 8 il ərzində fəaliyyət göstərən Elmin İnkişafı Fondunun həyata keçirdiyi layihələr çərçivəsində alimlərin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün mükafatlandırılması keçirilən müsabiqə də alimlərin fəaliyyətinin stimullaşdırılması üçün əlavə tədbirlərdən biridir".
Xatırladaq ki, ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu sahənin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qeyd edək ki, Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Belə ki, sözügedən qurum fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək kimi missiyanı uğurla yerinə yetirib. Məsələn, yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. Eyni zamanda, Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin fəaliyyətinin dəstəklənməsi nəticəsində gənclərin elm sahəsinə marağı artıb. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib. Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçib, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edib, elmi məqalələri beynəlxalq səviyyəli jurnallarda dərc olunub.
Yeri gəlmişkən, bir müddət öncə ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında da gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi məsələsi öz əksini tapıb. Sənəddə göstərilib ki, gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən mütəmadi Olaraq həyata keçirilməlidir. Bundan başqa gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində reallaşdırılmalıdır.
Eyni zamanda, gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində diqqət mərkəzində saxlanılmalıdır.
Yaxın gələcəkdə həm də Azərbaycan alimlərinin elmi əsərlərinin beynəlxalq jurnallarda nəşrinə daha tez-tez rast gəlmək mümkün olacaq. Bu məsələ isə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb. Sənəddə göstərilib ki, bununla bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirməlidir. Tədbirlər Planında vurğulanıb ki, “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin “Thomson Reuters Web of Science” platforması, “Thomson Reuters İn Cites” məlumat bazası və çap məhsullarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan alimlərinin elmi əsərlərinin “Thomson Reuters” bazasına daxil olan impakt faktorlu jurnallarda nəşr aktivliyinin yüksəldilməsini təmin etmək məqsədilə müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməlidir.
Eyni zamanda, Azərbaycan alimlərinin və ölkədə fəaliyyət göstərən elmi təşkilatların və şirkətlərin “Derwent Patents Citation Index”, “Derwent World Patents Index” bazalarına çıxışlarının təmin edilməsi istiqamətində mütəmadi işlər aparılmalıdır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From