Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rotşildlər Əlyazmalar İnstitutunda oldular - GÜNÜN TƏZADLARI
Tarix: 16.10.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda oldular. Hafta.az-ın Moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər- filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov və digərləri qarşılayıblar. Yaşadıqları ölkədə gəncləri bu sahəyə cəlb etməyin çətin olduğunu bildirən Barbara Rotşild Əlyazmalar İnstitutunda gördüyü mənzərədən, xüsusilə gənclərin həvəslə çalışmasından məmnunluğunu bildirib. Qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ivrit əlifbasındakı əlyazma nüsxəsi, farsca “İncil” və “Musa qoyun otarır” adlı nadir illüstrasiya ilə tanış olublar. Görüşün sonunda institutun direktoru, akademik T.Kərimli ivrit əlifbasında olan bir sıra əlyazmaların elektron variantlarını qonaqlara hədiyyə edib.


Türkiyədə tum çırtlayan eşşəyə heykəl qoyuldu


Şəhər bələdiyyəsi şəhərdən keçən çayın sahilində tum çırtlayan uzunqulaq heykəli qoydurdu. Hafta.az NTV kanalına istinadla yazır ki, söhbət Türkiyənin Əskişəhərindən gedir. Bələdiyyə sədri Yılmaz Böyükerşenin şəhərdə eşşək heykəli qoydurmasına səbəb isə ətraf mühiti çirkləndirənlərə qarşı yeni üsulla mübarizə cəhdi olub. Skamyada oturub günəbaxan tumu çırtlayan uzunqulaq heykəli bütün şəhər əhalisi ilə yanaşı, sosial şəbəkədə də maraqla qarşılanıb. Bu haqda mediaya açıqlama verən bələdiyyə sədri tum qabıqlarını və məişət tullantılarını yerə atan insanlarla başqa cür mübarizə aparmaq mümkün olmadığını və bu heykəlin onlara yardım edəcəyinə inandığını deyib.


AMEA-nın bir idarəsi o birini ittiham etdi


Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev “AMEA Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir”, - söylədi. Hafta.az bu haqda “Report”a istinadla xəbər verir. E.Babayevin sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: “Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır…”.


Britaniya şahzadəsinin dayısı arvadını döydüyü üçün tutuldu


Britaniyada Kembric hersoqinyası Ketrinin dayısı polis tərəfindən yaxalandı. Hafta.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, buna səbəb onun arvadını döyməsi olub. Gecə klubundan qayıdıb evlərinin yanında avtomobildən düşən kimi 52 yaşlı Harri Qoldsmit nədənsə həyat yoldaşına qəzəblənib. Və xanımının gözünün altından yumruqla necə vurubsa, o, səkinin üzərinə yıxılaraq huşunu itirib. Ərini 47 yaşlı Cuni Eniyə əlavə zərbələr endirməkdən isə onları gətirən taksi şoferi saxlayıb. Bundan sonra şahzədənin dayısı polisə, onun arvadı isə “təcili yardım”la xəstəxanaya aparılıb. Hələlik zaminə buraxılmış H.Qoldsmitin məhkəməsi oktyabrın 31-də olacaq. Qeyd edək ki, H. Qoldsmit Ketrinin anası Kerol Middltonun kiçik qardaşıdır. O, şahzadə Uilyamla hersoginyanın nikah mərasimində iştirak edib.


Nazir poliklinikanı işçiləriylə birgə satışa çıxardı


Bakıda stomatoloji poliklinika satışa çıxarıldı. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracında Bakıda fəaliyyət göstərən poliklinika özəlləşdirməyə təqdim ediləcək. Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı stomatoloji poliklinikanı hərraca Səhiyyə Nazirliyi təqdim edib. Maraqlısı isə odur ki, poliklinika 14 nəfər işçisi ilə birlikdə satışa çıxarılıb. Ümumi faydalı sahəsi 418.9 kvadrat metr olan poliklinikanın ilkin satış qiyməti 228.750 manatadır. Sözügedən 7 saylı Stomatoloji poliklinikanın özəlləşdirilməsi üçün komitə 14 noyabr tarixində hərrac keçirəcək.
Qeyd edək ki, bundan öncə satışa çıxarılan Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika 350 min 200 manata özəlləşdirilib.


Bakıda avtobus yavaş sürdü –dava düşdü


Bakıda avtobusda sərnişinlər arasında mübahisə baş verdi. Hafta.az baku.ws-yə istinadla xəbər verir ki, bu dəfə sərnişinlər arasında mübahisəyə səbəb sürücünün avtobusu yüksək sürətlə yox, aşağı sürətlə idarə etməsi olub. Belə ki, sərnişinlərdən biri sürücüdən sürətli sürməsini tələb edib. Bu söz digər sərnişinin narazılığına səbəb olub. Avtobusda baş verən mübahisə sərnişinlərdən biri tərəfindən kameraya çəkilib və internetdə yayılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind