Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentlərin Cenevrə görüşü – İLKİN VƏ SONUN BAŞLANĞICI
Tarix: 17.10.2017 | Saat: 14:13:00
Bölmə:Siyasət | çapa göndər

Oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə təşkilatçılar – ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak edib. Bəs nəticə nə oldu? Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir ki, görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər isə çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər.  Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.  Vəssaalam, bəyanatda xüsusi çəkiyə malik daha heç bir fikir ifadə olunmur.

Politoloq Elçin Mirzəbəyli hafta.az-a açıqlamasında deyib ki, prezidentlərin budəfəki görüşündən hər hansı bir irəliləyiş baş verəcəyini gözləməyib:

“Bundan əvvəl də birldirmişdim ki, budəfəki görüş danışıqlar prosesin bərpasına xidmət edir. Görüşdən sonra xarici işlər hazirliklərinin, həmsədrlərin yaydığı bəyanatda da bu məqamlar öz əksini tapdı. Bəyanatdakı əsas faktorlar ondan ibarətdir ki, danışıqlar prosesinin intensivləşdirilməsi üçün tədbirlər görülsün və xarici işlər nazirlərinin işçi görüşü keçirilsin. Digər məqam isə təmas xətti boyunca gərginliyin azaldılması üçün müvafiq addımların atılması ilə bağlıdır. Cenevrə görüşündə əsas bu iki məqam razılaşdırılıb. Xarici işlər nazirlərinin işçi görüşünün keçirilməsi o anlama gəlir ki, prezidentlərin budəfəki görüşü sadəcə olaraq danışıqların bərpa edilməsi xarakteri daşıyır. Bundan sonrakı proses isə xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Detallar müəyyənləşdiriləcək”.

Politoloqun sözlərinə görə, əgər hər iki tərəf həmin detallar əsasında danışıqların aparılmasına razılaşacaqsa, o zaman növbəti dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. İndiki şəraitdə prezidentlərin növbəti görüşü ilə bağlı ortalıqda konkret fikir yoxdur:

“Təmas xəttində gərginliklərin azaldılması istiqamətində addımların atılması üçün yəqin ki, ATƏT tərfindən monitorinqlər keçiriləcək. Ola bilər ki, müşahidəçilərin sayı artırılsın. Bunlar münaqişənin həlli istiqamətində hər hansı razılığın əldə olunması anlamına gəlmir. Yalnız danışıqların bərpasından söhbət gedə bilər. Xarici işlər nazirlərinin görüşündə hər hansı razılıq əldə olunmazsa, yaxud razılığın əldə olunacağı təqdirdə Ermənistan yenidən öz ritorikasını davam etdirərsə, o zaman hansısa addımlar atılacaq. Keçirilən hər görüş növbəti dəfə prosesin uzadılmasına imkan yaradır. Əgər bu dəfə də danışıqlar prosesi dalana dirənərsə, şübhəsiz ki, son hədd olacaq. Mən belə düşünürəm. Hesab edirəm ki, bu artıq münaqişənin danışıqlar prosesində həll edilməsi üçün son mərhələdir. Nəticə olmadığı təqdirdə danışıqların bundan sonrakı mərhələlərinə heç bir ehtiyac qalmayacaq”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Ermənistanın danışıqlar masasına qaytarılmasının özü müsbət hal kimi dəyərləndirilməlidir. Arzu Nağıyevin sözlərinə görə, istər beynəlxalq təzyiqlər, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində bu görüşlərin təşkil olunması təqdirəlayiqdir:

“Ümumiyyətlə, Ermənistan danışıqlar masasına əyləşməkdən imtina edirdi. İrəvanda düşünürlər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırki status-kvo nə qədər uzansa, bu Sarkisyan hakimiyyətinin uzadılması deməkdir. Ölkə başçısı İlham Əliyev də BMT-nin müvafiq sessiyasında bildirdi ki, danışıqlar masasına gəlmək müsbət haldır. Çünki Ermənistan tərəfi danışıqlar masasında problemin əsas cavabdeh tərəfi olaraq cavab verməlidir. Aydındır ki, ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı ikinci bir suala cavab verməyimiz qeyri-mümkündür. İstər Madrid prinsipləri, istərsə də Kazan protokolları olsun, bütün bu görüşlərdə Azərbaycanın suverenliyi ilkin şərt kimi qəbul olunub. Danışıqlar mərhələli şəkildə davam etdirilir. İlk olaraq işğal edilmiş rayonlarla bağlı problemlər həll olunmalıdır. Qoşunlar təmas xəttindən geri çəkilməli, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsi məsələsinə baxıla bilər. Bütün görüşlərdə bizim mövqeyimiz açıq şəkildə ifadə olunub”.  

“Atlas” Araşdırmalar Mərkəzinin (AAM) sədir, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili həmsədrlərin son bir ildəki ən böyük arzusu idi. Arzularını nəhayət ki, Cenevrədə reallaşdırdılar və görüşün nəticəsi ilə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: “Görüş konstruktiv mühitdə keçdi”. Böyük ehtimalla həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda heç bir belə görüş keçirməyə cəhd etməzdilər.

“Görüş konstruktiv keçdi – nə deməkdir? Yəni prezidentlər görüşlərini davam etdirməyə razılaşdılar. Bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Bəs nəticə nə oldu? Heç nə! Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən sonra da heç nə dəyişmədi. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə bu bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı. Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlir”.

Politoloqun sözlərinə görə, bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq:

“Cenevrə görüşü heç olmazsa Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasına şərait yaradardı və ra Ermənistan üzərinə öhdəlik götürərdi ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Bunlar olacaqsa Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq. Yaşayarıq, görərik”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV