Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Helsinki Komissiyasının dinləmələri Ermənistana dəstək xarakterlidir” – Fazil Mustafa
Tarix: 17.10.2017 | Saat: 15:09:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa hafta.az-a açıqlamasında deyib ki, Helsinki Komissiyasının dinləmələri Ermənistana dəstək xarakterli müəyyən yadasalma tədbirləridir:

“Bu da erməni lobbisinin təsiri ilə keçirilir. Əslində burada söhbət Helsinki yekun aktının prinsiplərinin Ermənistan tərəfindən pozulmasından getmir. Bu tədbirlər İrəvanı ümidləndirmək üçün keçirilir. Amma bunun heç bir effekti yoxdur. Çünki Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Rəsmi Bakı torpaqların işğalı ilə heç vaxt razılaşmayacaq. Helsinki komissiyasının yüz belə tədbiri olsa da, bütün bunlar mənasız addımlardır. İşğalçı sonda prinsiplərə əməl etməlidir. Hər dövlət başqa bir dövlətin ərazisini işğal etsə onda bu prinsiplərin heç bir mənası qalmaz. O baxımdan da bu mənasız bir tədbirdir. Bizim orada nümayəndələrimiz olmalıdır. Həmin tədbirdə də çalışıb öz ittihamlarımızı səsləndirməliyik”.

Millət vəkili Helsinki komissiyasının “münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər” bəyanatını da şərh edib:

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində kimin rolunun olması məsələsi  önəmli deyil. Əsas odur ki, münaqişənin əsas tərəfi olan Ermənistan beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan addımlar atır. Belə bir addıma görə, işğalçı ölkə uzun illərdir ki, “himayə” görür. Buna qarşı dünya dövlətləri birlik nümayiş etdirirərək Ermənistana ciddi sankisyalar tətbiq etməlidir. Ermənistan qoşunları buna müvafiq olaraq işğal etdiyi ərazilərdən qovulmalıdır. Məsələ budur. Kiminsə məsələnin həllində vasitəçi olması mənasızdır. Toy baş tutmayıbsa, yüz yengənin olması nəyə gərəkdir?!”.

Qeyd edək ki, Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi   və təbliği məqsədilə yaradıldığını bəyan edir.

Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış  yekun aktının  10 əsas prinsipinin 8-i  ( suveren bərabərlik ,zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From