Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xəstələr ağır durumda və son anda əməliyyata müraciət edirlər” - baş anestezioloq
Tarix: 17.10.2017 | Saat: 16:03:00
Bölmə:Sosial | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib.
Hafta.az-ın məlumatına görə, tədbirdə Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov bildirib ki, əgər ölkədə cərrahiyyə sahəsi inkişaf edirsə, bunun əsasında anesteziologiya-reanimatologiya durur. O deyib ki, Azərbaycanda xəstələrin vəziyyətinin ağırlığı ilə bağlı problemlər var: “Avropada və digər ölkələrdə belə deyil. Hər kəs xəstəliklərin ilk dövründən həkimlərə müraciət edərək lazımi müayinə və müalicə almalıdır. Amma bizdə fəsadlarla əməliyyat masasına gəlmiş xəstələr var ki, sonradan vəziyyətləri ağırlaşır. Dünya ölkələrində hər hansı bir patologiya üzrə əməliyyatda ağırlıq dərəcəsi 1-2 olduğu halda, bizim ölkədə bu göstərici 4-5 olur. Çünki xəstələr ağır və son anda əməliyyata müraciət edirlər. Tövsiyə edərdim ki, xəstəliklərin aşkarlandığı ilkin dövrlərdən müraciət etmək lazımdır”.
A. Qədirov qeyd edib ki, xüsusilə uşaqların əməliyyatı zamanı diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, əməliyyatdan əvvəl uşağa mütləq pediatr baxmalıdır: “Xəstəxanaya ağır vəziyyətdə gələn xəstələr bəzi xəstəliklərini gizlədirlər. Bu hallara uşaqlarla bağlı da rast gəlinir. Valideynlər bəzən uşağın kəllədaxili təzyiqinin olduğunu, yaxudda ürəyində narahatçılığının olduğunu həkimdən gizlədirlər. Buna da səbəb əsas odur ki, əlavə müayinələrə getməsinlər. Ürəyində qüsuru olan xəstə müayinə olunmalıdır. Amma exokardioqramma olunmamaq üçün ürək qüsurlarını gizlədirlər. Uşaqlarda kəllədaxili təzyiq varsa, ona elə dərman preparatı var ki, vurmaq olmaz. Bu zaman təzyiq kəskin yüksələ və sudurqa tuta bilər. Ona görə də, xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Bunlara etinasız yanaşdıqda da cərrahiyyə əməliyyatı uğursuz olur və ölüm halı baş verir".
Baş anestezioloq deyib ki, gecikmiş mərhələdə həkimə müraciət də ağır nəticələrlə yadda qalır: "Bir də görürsən ki, hamilə qadınlar çox yüksək təzyiqlə, qanaxmayla həkimə çatdırılırlar. Xəstənin yaxınından səbəbini soruşduqda digər xəstəliyinin olduğunu gizlədir. Hamı istəyir ki, xəstəsini gətirən kimi həkimə əməliyyat etdirib aparsın. Amma əməliyyata hazırlıq anında ölüm baş verisə günahı anestezioloqda görürlər”.
A.Qədirov çox az hallarda anestezioloqların səhvi üzündən cərrahiyyə əməliyyatları zamanı ölüm halının baş verdiyini söyləyir: “Belə hallar iki-üç faiz ola bilər”.
Tədbirin davamında BSM-in anestezioloji şöbəsinin əməkdaşları çıxış edərək bu sahədəki vəziyyətlə bağlı məlumat veriblər.
Bildirilib ki, 2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966-sı və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb.
Bakı Sağlamlıq Mərkəzinin doğum şöbəsinin reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradanquliyev deyib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb.
R.Yaradanquliyev qeyd edib ki, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: “Ana ölümünün əsas səbəbləri qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyalarıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. Inkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur”.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV