Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda zibilxanadan “Kalaşnikov” tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 17.10.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərin birindən silah-sursat tapıldı. Hafta.az-ın xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərin birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası aşkar edilib.


Məktəb direktorunun əri psixoloqu döydü


İmişli rayonunda orta məktəbin psixoloqu döyüldü. Hafta.az yazır ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Belə ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telman İsmayılovun otelinin suyu da kəsildi


Vaxtilə keçmiş milyarder Telman İsmayılovun Madonnanın, Monika Belluçinin başına pullar səpdiyi, 1.4 milyard dollara başa gələn Antalyadakı “Mardan Palac” hotelinin borca görə suyu da kəsildi. Hafta.az bu haqda “Hürriyyət” nəşrinə istinadla yazır. Avqust ayının ilk həftəsində rezervasiya müraciətlərini dayandıran və hələ də satışa qapalı olan 5 ulduzlu otelin 2 milyon liraya yaxın yığılmış borcu ucbatından suyu da kəsilib. 2010-cu ildə “Dünyanın ən lüks oteli” seçilən “Mardan Palac” hoteli daha öncə də bəzi bank borclarına görə icralıq olmuş və satışa çıxarılmışdı. Bir müddət əvvəl hotelin borclara görə elektrikləri də kəsilib və sonradan problem hansısa formada həll olunmuşdu.
Xatırladaq ki, “Mardan Palac” hotelinin açılışı 2009-cu ild Şeron Stoun, Riçard Gir, Paris Hilton, Merauy Kerri və Monika Belluçi kimi ulduzların da iştirakı ilə baş tutmuşdu.


Deputat oğlunu özünə müavin təyin etdi


Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirildi. Hafta.az-ın yaydığı məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib. Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər. Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.


Yol polisləri nasaz avtomobili təmənnasız təmir etdirdi


Oktyabrın 16-da Xəzər Rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında nasazlıq səbəbindən yolda qalan 90-BL-176 qeydiyyat nişanlı “QAZ-3110” markalı avtomobilin sahibi həmin ərazidə xidmət aparan yol polislərinin xeyirxah əməlinin şahidi oldu. Bu barədə Avtosfer.az-a sürücü özü məlumat verib. O, bildirib ki, avtomobilin mühərrikində yaranmış nasazlığa görə yarım saat ərzində mühərriki işə sala bilməyib. Bir neçə nəfər köməyə gəlsə də problemi aradan qaldıra bilməyiblər. Bundan sonra həmin ərazidə xidmət göstərən Bakı şəhər DYP-nin Yol-Patrul Xidməti Alayının 1-ci tağımına məxsus 99-YP-319 dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar - polis baş serjantı Həmid Məmmədov və polis kiçik serjantı Mətin Abdullazadə sürücüyə yaxınlaşaraq yaranmış problemlə maraqlanıblar. Onlar vəziyyəti öyrənəndən sonra nasazlığı aradan qaldırmaq üçün patrul avtomobili ilə gedərək usta gətiriblər. Usta gəldikdən sonra avtomobildəki nasazlıgı təmənnasız aradan qaldıraraq sürücünün rahat hərəkətini təmin ediblər.


Quşlar tıxaca düşüb dalaşdı


Xakasiya rayonu ərazisində köçəri quşların davası baş verdi. Hafta.az-ın Musavat. com-a istinadla verdiyi xəbərə görə, qovğa gecə saatlarında baş verib və o qədər səs-küylü olub ki, bütün kənd ayağa qalxıb. Səhər saatlarında isə kənd sakinləri yerdə yaralanmış çöl qazı tapıblar. Bu səbəbdən də o, ümumi köçə qoşula bilməyib Amma çöl qazının köçəri quşlara necə qoşulduğu məlum deyil. Quşlar arasında dava isə yolda yaranmış “tıxac”a görə baş verib. Belə ki, köçəri quşların iki dəstəsi yolda toqquşub və amansız qovğaya başlayıblar. Müşahidəçilər deyir ki, dəstələrin davası 20 dəqiqəyə yaxın davam edib və sözügedən çol qazının “qanı axıdılandan” sonra hərə öz yoluna davam edib. Yaralı quşu isə vilayətin zooparkında müalicəyə aparıblar.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From