Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ordu çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi” – Riyaz Sarıkahya
Tarix: 18.10.2017 | Saat: 11:56:00
Bölmə:Müsahibə | çapa göndər

Uzun illərdir tarixin canlı muzeyi adlandırdığımız İraq müharibənin od-alovunda qıvrılır, torpaqlarını İŞİD adlı oyuncaq ssenari qəhrəmanının əli ilə parçalamağa çalışan ABŞ və Avropa “Böyük Kürdüstan” proqramının reallaşdırılması istiqamətində addım-addım irəliləyərkən, qəfil maneə ortaya çıxdı.

Nəhayət, özündə təpər tapan İraq ordusu həmin ssenarinin qurbanına çevriləcək ölkənin şimal torpaqlarını xain qüvvənin tör-töküntülərindən təmizləməyə başladı. Kərkük, Hurmatu, Təlafər, Mosul, Altun Körpü və bir çox yerlər Qərbin oyuncağına çevrilmiş peşmərgədən bir güllə atmadan belə təmizləndi. Bölgənin tarixi sahibləri, bu gün isə haqları əlindən alınmış türkmənlərin aqibəti nə olacaq, yaşanan proseslər bəlkə onlara verilən fürsətdir ki, öz haqlarına qovuşsunlar – hər şey ola bilər. 

İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ilə elə bu yöndə söhbətləşib, nələrisə öyrənməyə çalışdım. Budur, öyrəndiklərimi sizlərə təqdim edirəm, buyurun, oxuyun:

- 2014-cü ilin iyununda Şimali İraqın yerli kürd hakimiyyəti, xüsusilə də Məsud Bərzani ilə Cəlal Təlabaninin başçılıq etdiyi partiyalara bağlı olan peşmərgə adlanan silahlı birləşmələr birmənalı şəkildə qanunsuz hərəkətlərə yer verdi. O dövrün şərtlərindən və hərbi-siyasi vəziyyətindən yararlanan peşmərgə çox geniş ərazini guya İŞİD terrorçularından azad edirlərmiş kimi, ələ keçirdilər. Mosul, Kərkük, Səlahəddin, Diyalə və sair kimi İraqın ən böyük şəhərlərində hərbi nəzarəti ələ keçirən peşmərgə bu yerləri defakto işğal etdi. Əvvəl onlar bu yerləri guya İŞİD-in mümkün hücumundan mühafizə etmək məqsədilə nəzarətdə saxladıqlarını bildirsələr də, sonradan məlum oldu ki, adıçəkilən şəhərləri və geniş ölçüdə torpaqları silah gücünə Kürdüstan muxtariyyətinə birləşdirməyə çalışırlar.

- Yeri gəlmişkən, özüm şahidi olmuşdum ki, peşmərgə girdiyi kəndi, qəsəbəni tamamilə boşaldır, evləri uçururdu ki, kimsə geri dönməsin. Yəni sonradan buralarda kürdlərin yerləşdirilməsi məqsədi vardı…

- Biz türkmənlərin ana yurdu olan Türkməneli və neft yataqları yerləşən rayonlar bütövlükdə peşmərgənin işğalı altındaydı. Təlafər və Mosuldakı bir sıra türkmən bölgələri xaric, həmin ərazilərə də peşmərgə nəzarət edirdi. Ən pisi o idi ki, peşmərgə işğal etdiyi bölgələrin türkmən mənşəlki sakinlərini assimilyasiya məruz qoyur, açıq-aşkar türkmən kimliyini yox etmə siyasəti yürüdürdü. Onların siyasəti, dediyiniz kimi, bu bölgələrin əhalisini kürdləşdirməyi hədəf seçmişdi. Görün nə etdilər: Səlahəddin vilayətinə bağlı Tuzhurmatu ilə Kərkük vilayətində yerləşən Təzə Hurmatunun türkmən sakinlərini kürdləşdirmək istədilər, amma onlar var gücünü toplayıb müqavimət göstərdi. Türkmənlər burada bir yandan İŞİD-ə, bir yandan da peşmərgəyə qarşı çıxaraq torpaqlarının bir hissəsini qoruya bildi. Nəticədə peşmərgə bu şəhərlərə girə bilmədi, amma onları mühasirədə saxlamağa müvəffəq oldu.

- Eşitdiyim qədər, İraq ordusu ilə yanaşı siz türkmənlərin də rolu olub Kərkükü peşmərgədən təmizləməkdə…

- İraq ordusu və Haşdi Şabi qüvvələri bölgəyə gələr-gəlməz türkmənlər hərəkətə keçdilər. Hətta ordu bura çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi. Türkmənlər bu zaman şəhid verdilər, yaralıları oldu. Hər halda peşmərgəni təşvişə salıb, geri çəkilməyə vadar edə bildilər. Elə bu vaxt da Bağdad hökumətinin 50 minlik orusu, federal polis və Haşdi Şabi gücləri özlərini yetirdi.

- Peşmərgə və digər kürd silahlı qüvvələrini birlikdə götürsək, sayları çox idimi bölgədə?

- Heç kim düşünməsin ki, onlar zəif idi. İraqın şimal bölgələrində onların sayı 50 mindən çoxdur. Amma gördüyünüz kimi, öhdəsindən gəlindi.

-İŞİD-lə döyüşlərdə xeyli zəifləmiş və ya ən yaxşı halda yorulmuş İraq ordusu necə oldu ki, bir həmlə ilə peşmərgəni bölgədən çıxara bildi?

- Bu məsələdə İranın çox böyük təsiri olub. Hətta deyə bilərəm ki, hərbi əməliyyatları İran idarə edib. Məhz İran öncə Təlabaninin partiyasını və peşmərgəni heç bir toqquşma baş vermədən Kərkük bölgəsindən çəkilməyə inandıra bilib. Bərzani və tərəfdarları iddia edir ki, onlara xəyanət olunub. Hər halda fakt budur ki, İraq ordusu bircə güllə atmadan öz torpaqlarını geri qaytardı…

- Bəs siz türkmənlərin bu qurtuluş prosesində rolu nədir?

- Bu gün Kərkükdə qurtuluş şənlikləri keçirilir və biz də türkmən partiyaları olaraq xalqa sakit və səbrli davranmaq, addımlarını düşünərək atmalarını tövsiyyə etməkdəyik.

- Yeri gəlmişkən, hərbçi, yaxud mülki, fərqi yoxdur, şəhəri tərk edən kürdlərin əmlakına zərər vurulmayıb?

- Kürd partiyalarının ofisləri və kürd təhlükəsizlik bürolarında talan hadisələri yaşanıb. Ancaq sadə kürd vətəndaşlara zərər gəlməməsi üçün xeyli işlər görmüşük. Çünki biz Kərkükdə və bütün bölgəmizdə qardaş olaraq yaşamaqdayıq.

- Kürdüstanda müstəqillik barədə referendum keçiriləndə Bərzani və digərləri arxayın idi ki, xarici ölkələr tərəfindən dəstəklənəcək. Amma bu belə olmadı, əksinə, Türkiyə və İran top-tüfəngini Ərbilə tuşladı…

- İraq biz türkmənlərin ata yurdu, Türkiyə və İranı isə əmilərimiz bilirik. Tarixən İraq, Türkiyə və İran xalqları arasında, məhz indiki kimi, çox güclü bağlar olub.

- Hər üç ölkədə də kürdlər yaşayır…

- Doğrudur. Ona görə də demək istəyirəm ki, kürdlərə İsrail, Amerika deyil, türk, ərəb və farslar daha yaxındır. Kürd siyasi hərəkatları bölgə ölkə və xalqları ilə qardaşlıq, ortaqlıq və iş birliyi içində olarsa, bu kürd xalqının da maralarını qoruyar.

- Maraqlıdır, İraq ordusu Kərkük üzərinə yeriyərkən peşmərgənin geri çəkilməsi başadüşüləndir, amma sadə kürd vətəndaşların ev-eşiyini qoyub Kürdüstana qaçmasının bir səbəbi olmalıdır…

- Ordu bölgəyə yerləşərkən heç bir kürd sakinə pis davranmayıb. Ancaq gördüyünüz kimi, onlar ani olaraq parçalandı. Bu da bölgənin peşmərgənin işğalından qurtulmasını asanlaşdırdı. Heç kim kürdləri ev-eşiyini atıb getməyə məcbur eləməyib. Gedən bir qrup kürd sadəcə təxribat olacağından və pis münasibətlə üzləşəcəyindən qorxaraq bu addımı atıb.

- İndi Kərkükdə vəziyyət sabitləşibmi? Xəbərlər alıram ki, gedən kürd ailələrin bir çoxu geri qayıdır…

- Bu gün Kərkükdəki iş yerlərində demək olar ki, kürdlər görünmür. Əslində şəhərin əhalisi heç vaxt sabit olmayıb, insanlar daima burdan ora, ordan bura yerdəyişmə edib. Xüsusilə də kürdlərlə ərəblər. Kərkükdə hər zaman olduğu kimi sabit əhali türkmənlərdir.

- Ümumilikdə Kərkükdə nə qədər əhali yaşayır?

- Şəhərin əhalisi müxtəlif mənbələrə əsaslansaq 1-1,5 milyon nəfərdir. Səddam Hüseynin zamanında bu rəqəm 1 milyondan aşağı idi. Amma o zaman dövlət Kürdüstan muxtariyyəti ərazisinə sığınan kürdləri Kərkükdə yerləşdirdi və beləliklə, şəhərdə milli-etnik tərkibin faiz nisbəti dəyişdirildi.

- Belə deyək, olan oldu, keçən keçdi, bundan sonra Kərkükün idarəetməsində nə kimi planlar icra olunacaq? Yeri gəlmişkən, kürd mənşəli keçmiş vali indi hardadır?

- Hazırda axtarılır. Ona konstitusiyaya və qanunlara zidd hərəkətlər etməsinə dair ittihamlar irəli sürülüb və haqqında həbs qərarı çıxarılıb. Amma inanırıq ki, o, bir daha bura qayıtmayacaq. Bu gün Kərkükdə vali vəzifəsini ərəb mənşəli Rakan Sait icra edir. Yəqin ki, ən qısa zamanda yerli idarəetmədə hər şey qaydasına salınacaq.

- Ordunun rolu olacaqmı bu məsələlərdə?

- Ordu idarəetmə işlərinə qarışmır. Sadəcə, vali kürsüsünü qoyub gedib və onu da, bayaq dediyim kimi, əvəz edən var.

- Siz də bilirsiniz ki, türkmənlər öz torpaqlarında həmişə idarəetmədən kənarda saxlanılıb. İndi necə olacaq, bəlkə daha çox haqq əldə etmək üçün fürsətdir…

- Əminəm ki, yaxın vaxtlarda türkmən, kürd və ərəblər arasında siyasi razılaşma əldə olunacaq. Bu halda isə Kərkük federal subyektə çevriləcək və sözügedən üç xalqın nümayəndələri buranı ortaq şəkildə idarə edəcək. Bu isə bölgəyə qalıcı sülh gətirəcək.

- Axı bu yerlər tarixən siz türkmənlərin olub…

- Kərkük federativ subyektə çevrilərsə, Tuzhurmatu da vilayət şəklində ona tabe olacaq və beləliklə, Kərkükdə türkmənlərin nüfuzu digər iki xalqdan önə çıxacaq. Eyni zamanda, Təlafərin də müstəqil vilayət olmasını düşünürük. Bu halda Türkməneli siyasi subyektini yaratmaq daha asan olacaq. Axı Türkmənelinin sərhədləri Təlafərdən başlayıb Mendeləyə qədər uzanır. Ancaq bu faktdır ki, hazırda türkmənelinin idarəetməsi yalnız Təlafərdə mövcuddur.

- Tarixi türkmən şəhəri olan Kərkükdə də sizlərin söz sahibi olması nə zaman mümkün olacaq? Bu müstəvidə nə kimi proqramlarınız var?

- Mütəmadi olaraq Kərkükdən köçən və ya köçürülən türkmənlərin əksəriyyəti xaricə üz tutub. Çox təəssüf ki, onların geri qaytarılması mümkün görünmür. Çünki məskunlaşdıqları ölkələrdə ev-eşik qurublar, iş-gücləri var. Bu gün Kərkük və bütünlüklə bölgəmiz yenidən qurulur və əlbəttə, türkmən partiyalarının bu yöndə layihələri mövcuddur. Gözləyək görək nələr olacaq…

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From