Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan ilə Rusiya arasında avtomobil körpüsünün təməli qoyulub - FOTO
Tarix: 18.10.2017 | Saat: 12:45:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.

Hafta.az-ın məlumatına görə, oktyabrın 18-də körpünün təməlqoyma və hökumətlərarası protokolun imzalanma mərasimləri keçirilib.

Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində həyata keçirilib.

Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək.

Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From