Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq” – Ayaz Mütəllibov
Tarix: 18.10.2017 | Saat: 16:04:00
Bölmə:Müsahibə | çapa göndər

Bu gün Azərbaycanın müstəqilliyinin yenidən bərpa etməsindən 26 il ötür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir. Həmin tarixi sənədin altında isə həmin vaxt Azərbaycan prezidenti olan Ayaz Mütəllibovun imzası var.

Keçmiş prezidentlə həmin günlərə yenidən qayıtdıq. Müstəqilliyə qədərki və ondan sonrakı proseslər barədə soruşduq. Ayaz Mütəllibov hafta.az-a müsahibəsində bildirdi ki, keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq.

Ayaz bəy, bu gün müstəqilliyimizin bərpasının 26-cı ili tamam olur. Müstəqillik aktı Ali Sovetdə oxunduqdan təxminən nə qədər sonra bəyannamənin altına imza atdınız?

- Elə həmin gün. Milli Məclisdə iclas zamanı imzaladım.

1991-ci ilin 18 oktyabrı günü müstəqillik aktı oxunduqdan sonra Ali Sovetə üçrəngli Azərbaycan bayrağı gətirildi. Bayrağı kim və hardan gətirmişdi? Xatirinizdə qalıbmı?

- Yox. Yadımda deyil. Mən Mərkəzi Komitənin sədri olanda – bu bayraq hələ 1990-cı ilin may ayında dalğalandırıldı. Biz bunu elan da etdik. Mitinqlərdə, küçələrdə hər kəs Azərbaycan SSR-nin bayrağı ilə yanaşı üçrəngli ADR bayrağını da dalğalandırırdılar. Bu hamımızı qane edirdi. Onda hələ ölkə müstəqillik aktını qəbul etməmişdi. Müstəqillik aktından sonra dövlət bayrağı haqqında qanun qəbul etdik və bu məsələni yekunlaşdırdıq. İndiki dövlət bayrağımız həmin bayraqdır. Yəni, 18 oktyabrdan il yarım əvvəl biz Xalq Cümhuriyyətinin bayrağını öz dövlət atributumuz kimi qəbul etmişdik.

30 avqustda Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edildi. Bəs müstəqilliyin elanının təxminən 1 ay 19 gün gecikməsinə səbəb nə idi?

- Gecikməyə səbəb ölkədə gedən proseslər idi. Moskvada baş verənlər də bu müddətin uzanmasına gətirib çıxaran əsas səbəblərdən idi. Bütün bunlara baxmayaraq 18 oktyabrda müstəqilliyin elan edilməsi qərarına gəldik. Avqust olaylarının gedişində məlum oldu ki, bu proseslərdən ancaq Yeltsinin timsalında Rusiya Federasiyası bəhrələndi. Şəxsən mən özüm o zaman dövlət işləri ilə əlaqədar Bakıda deyildim. Baş verənləri götür-qoy etdim. Gördüm ki, Moskvanın timsalında güc mərkəzi zəifləyib. Artıq Yeltsin federasiya prezidenti kimi qüvvəyə minib. Hər şeyi öz tərəfinə çəkməyə çalışır. Elə vəziyyət yaratmışdılar ki, ittifaqın paytaxtı olan Moskva indi federasiyanın mərkəzi idi və biz də federasiyanın tərkib hissəsi olmalıydıq. Düşündükləri bu idi. Biz də bununla heç razılaşmırdıq. Razı da olmadıq. Nəticədə bu yubanma baş verdi amma 18 oktyabrda müstəqilliyimizi elan etdik.  Keçmiş müttəfiq respublikalar içərisində ilk olaraq biz tam müstəqilliyimizi elan etdik.

- Həmin dövrə qədər - 31 avqust - 4 sentyabr aralığında Qırğızıstan, Özbəkistan öz müstəqilliklərini elan etməyə imkan tapmışdılar axı? Yoxsa onlarınki tam müstəqillik sayılmırdı?

- Onlarınkı yarımçıq müstəqillik idi. Biz tam olaraq istiqlaliyyətimizi bəyan etdik. Əsl müstəqillik qərarı bizdə oldu. İttifaqdan tam olaraq ayrıldığımızı müstəqillik aktında bəyan etmişdik. Başqa heç bir dövlət bunu bacarmamışdı.

Müstəqillik bəyanatından sonra Moskvanın buna reaksiyası necə oldu?

- Açığını deyim ki, Moskva buna heç bir reaksiya vermədi. Çox anlaşılmaz bir hadisə idi. Əslində biz dağılmaqda olan imperiyanın xətasına düşmüşdük. 17 mart 1991-ci il referendumunda SSRİ əhalisinin 75 faizi ittifaqın saxlanmasına səs vermişdi. Ancaq Qorbaçov qətiyyət nümayiş etdirə bilmədi. Qorbaşov artıq SSRİ-nin saxlanması ilə bağlı səs qazanmışdı, lakin arxasınca heç bir tədbir görmədi. Halbuki, onun əlində hər səlahiyyət vardı və hər şey edə bilərdi. İstənilən vaxt qərar qəbul edib hər şeyi, baş verənlərin hamısını yatızdıra bilərdi. Biz də gördük ki, bunlar heç nə etmir. Qərar verdik ki, Moskvanı gözləməyək. Nəyə görə gözləməliyik?! Ondan sonra da müstəqillik məsələsini Ali Sovetdə müzakirəyə çıxardıq.

Müstəqillik aktını imzaladığınız dövrdə Dağlıq Qarabağda vəziyyət yenicə alovlanmağa başlayırdı. Bir ay sonra Dağlıq Qarabağ Muxtar Respublikasının statusu ləğv edildi. Daha sonra Qarakənddə dövlət rəhbərlərini Xocavəndə aparan təyyarə ermənilər tərəfindən vuruldu. Bütün bunlar olmaya bilərdimi? Prezident kimi bütün bunların qarşısını almaq iqtidarınız vardımı? Deyirsiniz ki, Moskvanın artıq Bakıya diqtəsi yox idi...

- Moskvanın diqtəsi, etirazı müstəqillik məsələsində olmadı. Elə Kremlin acizliyi sayəsində bu günə düşdük. Sözün doğrusu, hamımız elə bu acizliyin qurbanı olduq. İttifaq öz-özlüyündə nəzarəti itirmişdi. Ona görə də həmin məsələlərin qabağını almaq üçün hər hansı tədbirlərin görülməsindən danışmaq mümkün deyildi. Vəziyyət çox dolaşıq idi. İqtisadi böhran baş verirdi. Millətlərarası münaqişələr sanki labüdləşmişdi. Ölkə prezidenti heç nə edə bilmirdi. Bu hadisələrdən, başıpozuqluqdan biz də öz “payımızı” aldıq. Qarabağ münaqişəsi o vaxt SSRİ-də hakimiyyətdə  olan iqtidarı biabır etdi. Hara gedirdik, xalq deyirdi ki, hər şeyə dözərik, bircə bizim Qarabağı qaytarın. Xalq Qarabağ fikri ilə oturub-dururdu, küçələrə çıxırdı. Məni bunda günahlandırmaq olmaz ki, niyə heç nə etməmisiniz. Mən bir dəfə Qorbaçovun özünə də dedim ki, sizin hərəkətinizdən baş çıxarda bilmirik. Sonra da bildirdim ki, siz SSRİ-nin saxlanmasından söhbət salırsınız, eyni zamanda, bizim regionumuzda dava-şavaya rəvac verirsiniz. Buna son qoymağını tələb etdim. Üzünə dedim ki, barmağınız var, vurun stola, ermənilərə deyin ki, biz belə danışmamışdıq, bizə bir söz deyirsiniz, onlara – Ermənistana başqa fikir söyləyirsiniz. Bundan baş çıxara bilmədiyimizi diqqətinə çatdırdım.

Onda belə çıxır ki, artıq 1990-cı ildə Azərbaycan yarımmüstəqil dövlət idi?

- Yarım... elə də demək olar. Hətta müəyyən mənalarda tam müstəqil qərarlar qəbul edirdik. İttifaq miqyasında gedən prosesləri nəzərə alsaq, bütün bunlar yaranmış vəziyyətin ştrixləri idi. Əgər Qorbaçov öz hakimiyyətini qoruyub saxlasaydı hadisələr başqa cür inkişaf edəcəkdi. Hətta repressiyalar da ola bilərdi. O boyda ölkəni böyrü üstə qoyub gəzənlər vardı. Onlara qarşı tədbir görülmədi. 25 dekabr 1991-dən sonra bütün respublikalar öz müstəqilliyini elan etdilər.

Müstəqilliyi yenidən bərpa etməyimiz münasibəti ilə prezident kimi ilk təbriki kimdən aldınız?

- Türkiyə təbrik etdi. Şəxsən Turqut Özal zəng vurmuşdu. Qısaca olaraq təbrikini çatdırdı. Heç bir müzakirə olmadı. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV