Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb
Tarix: 18.10.2017 | Saat: 17:29:00
Bölmə:Sosial | çapa göndər

İspaniyanın ölkəmizdəki müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. 

Hafta.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib. Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib.
Azərbaycanla İspaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edən ASK prezidenti M.Musayev bildirib ki, İspaniya səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanın həyata keçirilməsində xüsusi töhfə verə bilər. Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib. Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm, aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq, çay və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli əməkdaşlıq, investisiya imkanları ilə bağlı daha əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib.
Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.
İspaniyalı diplomat İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr son illər daha da fəallaşmağa başlayıb. O bildirib ki, bügünədək Azərbaycan ilə İspaniya arasında iqtisadi yönümlü dövlət və özəl qurumlarının, yerli şirkətlərinin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə bir sıra təmaslar qurulub, iki ölkə arasında işgüzar səfərlər keçirilib. Odur ki, ölkəmizdə fəaliyyət göstərəcəyi müddətdə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da genişlənməsi üçün səylə çalışacaq. İspaniyalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin həyata keçirilməsində, bu sahədə ixtisaslaşmış İspaniya şirkətlətinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduqlarını da dilə gətirib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə, gələcəkdə daha fəal əməkdaşlıq edəcəklərinə dair vəd verib.
Daha sonra İspaniya şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılığa gəlinib.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From