Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Helsinki Komissiyası münaqişəyə ikili standatlarla yanaşır – BAXIŞ BUCAĞI
Tarix: 18.10.2017 | Saat: 18:07:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirib. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında bildirib ki, Helsinki Komissiyasının belə bir tədbir keçirməsində təəccüblü heç nə yoxdur:

“İstər Avropa Şurası, istərsə də Helsinki Komissiyasının Azərbaycana qarşı mövqeləri aydındır: -ikili standart. Onlar mütəmadi olaraq bu cür addımlara yol verirlər. Fikir verin, Azərbaycan və Ermənistanın dövlət rəhbərləri Cenevrədə görüşdü. Görüşdən sonra Ermənistan prezidenti bəyanat verdi ki, heç bir barışıqdan söhbət gedə bilməz. Sərsəm-sərsəm danışmağa başladı. Bu danışıqların siyasi əhəmiyyəti ola bilər. Müəyyən qədər atəşkəs rejiminin pozulması baxımından önəmlidir amma torpaqlarımızın işğaldan azad edilməsi məsələsində komissiyaların, hər hansı bir şuranın heç bir rolu yoxdur. Çünki onlar məsələyə ikili standartlar prizmasından baxırlar. Ərazi bütövlüyü anlayışı var. İraqda Kürdüstan və İspaniyada Kataloniya proseslərinə baxın, separatçılığa imkan verilmədi. Hər bir dövlətin ərazi bütövlüyü BMT sənədlərində, xəritədə öz əksini tapıb. Kiməsə muxtariyyət, əlavə səlahiyyətlər verilməsi tamam başqa şeydir. Ərazi bütövlüyünə qəsd bütün beynəlxalq hüquq normalarının pozulmasıdır”.

Millət vəkili Helsinki komissiyasının “münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər” bəyanatını da şərh edib:

“Məsələnin sülh yolu ilə nizamlanmasına İran və Türkiyənin qoşulmasının heç vaxt əleyhidarı olmamışıq. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri indiyə qədər nə etdilər ki, Türkiyə və İran da nəsə etsin?! Mən bu tip məsələlərdə pessimismistəm. Qarabağ məsələsinin nizamlanması yönündə heç bir təşkilatdan heç nə gözləmirəm, eləcə də Helsinki Komissiyasından. Tarixdə heç bir torpaq sülh yolu ilə qaytarılmayıb. Biz özümüzdə güc tapıb torpaqlarımızı işğaldan azad etməliyik. Bunun ikinci çıxış yolu yoxdur. Danışıqlar ondan ötrüdür ki, sakitlik, atəşkəs olsun. İnsanların sakit yaşaması üçündür. Azərbaycan müstəqil siyasət aparan dövlətdir, stabillik var. Bu da çox dövlətlərin xoşuna gəlmir. Hamısı istəyir ki, biz onların qoltuğunun altında olaq. Bunlar da bizim üçün qəbulolunmazdır. Çalışacağıq ki, Azərbaycan daim müstəqil olsun. Ona görə də bizim əsas məqsədimiz münaqişəni ərazi bütövlüyü çərçivəsində həll etməkdir. Dağlıq Qarabağa muxtariyyətin verilməsi sonrakı məsələlərdir”.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV