Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur
Tarix: 18.10.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

“Otellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi”. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb, nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir: “Dünya praktikasında belə qayda yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər”.
N. Səmədov əlavə edib ki, otelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: “Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Bu, konkret işçinin özbaşınalığı da ola bilər".

“Bu, əxlaqsızlığın qarşısının alınmasına yönəlib”

Ekspertlər qanunvericilkdə sözügedən məsələ ilə bağlı hər hansı müddəa olmasa da, bunun hələ sovet dönəmindən tətbiq olunduğunu deyirlər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, otel və mehmanxanalarda cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunması qanuna zidd deyil və təhlükəsizlik məsələləri üçün vacibdir: “Bu məzmunda qayda sovet dönəmində də olub, amma nikah haqqında şəhadətnamə tələb olunmayıb. Ona görə ki, köhnə sovet pasportlarında vətəndaşın kiminlə ailəli olduğu orada qeyd edilirdi. Ona görə də ər və arvadın pasportunu təqdim etməsi kifayət idi.
Hazırda isə otellərdə, istirahət mərkəzlərində əxlaqsızlıqla məşğul olanların sayı çox olduğuna görə nikah haqqında şəhadətnamənin tələb olunması normaldır. Bu qayda-qanun yaratmaqla bərabər insan alverinə qarşı mübarizə, əxlaqsızlığın qarşısının alınmasına yönəlib".
Müsahibimiz deyir ki, belə qaydalar tətbiq olunmasa, mehmanxanalar pritona çevrilər: “Qonaq evləri, otellərdə anket sisteminin olması, müvafiq sənədlərin tələbi məhz xoşagəlməz halların qarşısını almaq üçündür. Bura qonağın hər hansı əşyanı ititrmə ehtimalından tutmuş, hər hansı şübhələrinə son qoymağadək bir çox məsələlər daxildir. Bütün otellərdə anket tələb olunması qaydası sovet dönəmindən var və bütün qonaqlar mehmanxanaya gəldiyi günün sonunadək qeydiyyata düşməlidir”.

“Sovetlər dönəmində də belə bir qayda var idi”

Məsələnin hüquqi baxımdan hansı qaydalarla tənzimlənməsinə aydınlıq gətirən hüqüqşünas Müzəffər Baxışov deyir ki, mehmanxana xidmətləri ilə bağlı konkret olaraq hər hansı qanuni müddəa yoxdur: “Otellərdə nikah haqqında şəhadətnamə tələbi ilə bağlı xüsusi normativ hüquqi akt da yoxdur, amma bu cür məsələlər İnzibati Xətalar Məcəlləsi və ya mehmanaxanaın daxili qaydaları ilə tənzimlənə bilər. Qeyd edim ki, sovetlər dönəmində də belə bir qayda var idi, əks-cinslərin eyni otaqda qalması üçün müvafiq sənədi olmalı idi. Hazırda isə belə bir norma qüvvədə deyil”.
Hüquqşünas deyir ki, Mülki Məcəllədə mehmanaxanalarda əşyaların saxlanması ilə bağlı maddə var: “Bu isə Mülki Məcəllənin 450-ci maddəsi ilə tənzimlənir. Amma məcəllədə mehmanxana və istirahət mərkəzlərində əks-cinslərə otaq verilib-verilməməsi təsbit olunmayıb. Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi bu barədə məsələ qaldırsa da, mövzu açıq qalır. Bu isə otel və mehmanxanalarda sui-istifadə hallarına yol açır. Hamıya bəllidir ki, bu obyektlərdə müəyyən şəxslərin əxlaqsız hərəkətlərə məşğul olması faktı var. Amma bunu aşkara çıxarmaq qanun çərçivəsində, digərlərinin də istirahət hüququnu pozmadan olmalıdır”.
Müzəffər Baxışov deyir ki, hüquq-mühafizə orqanları əxlaqsızlıq yuvasını aşkara çıxarmaqda maraqlı olmalıdır, amma digərlərinin də istirahət hüququ nəzərə alınmalıdır.

Nikah kağızı tələb edən və...

Bakıda və regionlarda nikah kağızı tələb edən və etməyən otellərə gəlincə, onların bəzilərini təqdim edirik. Bunu bilməklə adıçəkilən otellərə hazırlıqlı getmək olar. Beləliklə, nikah şəhadətnaməsini tələb edən otellər:
“Askar” oteli (Bakı)
“Ramada Hotel” (Bakı)
“Alp İnn” otel (Bakı)
“Arena” otel (Bakı)
“Bosfor” otel (Bakı)
“Ariva” otel (Bakı)
“Excelsior Hotel” (Bakı)
“Atropat” otel (Bakı)
“Araz Hotel” (Bakı)
“Şafran” otel (Bakı)
“Qafqaz Park” otel (Bakı)
“Admiral” otel (Bakı)
“Qız Qalası” oteli (Bakı)
“Passage Hotel” (Bakı)
“Küngüt” (Şəki)
“Qubek Hotel”(Balakən)
“Deluxe Hotel” ( Gəncə)
“Sakit Göl” (Şamaxı)
“Naftalan Hotel by Rixos” (Naftalan)

... tələb etməyən otellər

Nikah şəhadətnaməsi tələb etməyən otellər isə bunlardır:
“Modern Hotel” (Bakı)
“Çıraq Plaza” (Bakı)
“Fairmont Hotel” (Bakı)
“Four Seasons Hotel Baku” (Bakı)
“Caspian Business Hotel” (Bakı)
“Park Hyatt” oteli (Bakı)
“Panorama Villa Lux” oteli (Bakı)
“Azcot” oteli (Bakı)
“Kempinski Hotel” (Bakı)
“Austin Butik” otel (Bakı)
“Emerald Hotel” (Bakı)
“ Rigs” otel
“The Landmark Hotel” oteli (Bakı)
“Central Park” oteli (Bakı)
“Egoist” oteli (Bakı)
“Atlant İstirahət Mərkəzi (Nabran)
“Şəki Saray” oteli (Şəki)
“Şəki Palace” oteli (Şəki)
“Rixos Quba Azerbaijan” oteli (Quba)
“Excelsior Hotel Şəmkir” (Şəmkir)
“Duyma Hotel” (Qəbələ)
“Relax” Lerik İstirahət Mərkəzi (Lerik)
“Palıdlı Sahil” İstirahət Mərkəzi (Lənkəran)
“Vego” hoteli ( Gəncə)
“Narınqala” oteli (Şəki)
“İSSAM Hotel” (Şəki)
“Şəki Park Hotel” (Şəki)
“Şəki Palace Hotel” (Şəki)
“Gəncə” hoteli (Gəncə)
“Masallı” hoteli (Masallı)
“Cənnət bağı” (Quba)
“River Side Hotel “ (Mingəçevir)
Yeri gəlmişkən, otellerdə qalmaq üçün nikah şəhadətnaməsi tələbi ancaq ölkə vətəndaşları üçündür. Əcnəbilər üçün bu qayda keçərli deyil. Görünür, otel rəhbərlərinin namus keşikçisi “tamaşası” ancaq yerli əhali üçün nəzərdə tutulub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind