Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yağış və qara görə də pul yığılmağa başlandı - GÜNÜN TƏZADLARI
Tarix: 18.10.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Rəsmi idarəedici şirkət tərəfindən kommunal təsərrüfat xərcləri qəbzlərinə yağış, qar sularına görə ödəniş də əlavə edildi. Hafta.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərdə deyilir ki, belə bir gözlənilməz yenilik Yekaterinburq vilayətinin Berezovsk şəhərində baş verib. “JKX-Holdinq” şirkətinin rəhbərliyi izah edib ki, ödəniş damdan axan sulara görə yığılır. Qəbzdə ayrıca bənddə “Yağıntı sularının axıdılması” yazılıb. Bununla belə, şirkətin rəhbəri “yağış və qara” görə ödənişin hesablanması sxemini izah edə bilməyib.


Azərbaycanda qadın avtomobil nömrəsinə görə boşandı


Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb oldu. ”Xəzər TV” xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub. 25 yaşlı qadının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sonda məhkəməyə çağırılması onu əməlli-başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.
Hadisə haqqında eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır. Qeyd edək ki, bu qeyri-adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.


Diş həkiminə getdi – gözünü itirdi


Kiprdə diş müalicəsi üçün həkimə gedən 7 yaşlı bir uşaq sol gözünü itirdi. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, buna həkimin sol gözə səhv olaraq dərman tökməsi səbəb olub. Dövlət xəstəxanasında baş verən bu hadisə zamanı həkim dişləri dezinfeksiya edəcək dərmanı yanlışlıqla uşağın gözünə dağıdıb. Bütün cəhdlərə baxmayaraq, uşağın gözünü xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatının yazdığına görə, hadisə baş verən kimi, xəstəxananın göz şöbəsinə müraciət edən uşağın ailəsinə orada da lazımi yardım göstərilməyib. Daha sonra özəl bir xəstəxanaya aparılan xəstənin ailəsinə bildirilib ki, uşağa vaxtında və lazımi səviyyədə müdaxilə olunsaydı, gözünü xilas etmək olardı. Haberturk.com saytı yazır ki, ailə həm diş, həm də göz həkimindən məhkəməyə şikayət edib.


Yeni il tətilinin ləğvi təklif edildi


Rusiyada Yeni İl tətilinin ləğv olunması tələb edildi. Hafta.az “Moskovski komsomolets” nəşrinə istinadla yazır ki, bu cür tələblə Dövlət Dumasının sədr müavini, müxalif Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib. O, uzun tətilin əleyhinə çıxaraq əhaliyə Yeni İl tətili əvəzinə 15 gün əlavə məzuniyyət verməyin daha düzgün olacağını bildirib. Partiya lideri təklifini rusların Yeni İl tətilində çox spirtli içki qəbul etməsi ilə əsaslandırıb: “Uzun yeni il tətilini yenə qüvvədə saxladılar. Ancaq statistika göstərir ki, yanvarın 1-dən 10-dək Rusiyada spirtli içkidən 20 min insan ölür. Bu uzun yeni il tətilləri nəyə lazımdır? Onun əvəzinə əlavə məzuniyyət günləri müəyyən etmək gərəkdir. Qoy adamlar nə vaxt istirahət edəcəklərinə özləri qərar versin”. Jirinovski hesab edir ki, Rusiya əhalisi yeni il bayramında uzun müddət bekar qalıb içki içir: “Biz əhaliyə iki məzuniyyət verilməsinə nail olmalıyıq. 30 günlük məzuniyyətə 15 gün əlavə olunmalıdır. Ümumi bayram günləri isə yalnız yanvarın 1-i, mayın 9-u və iyunun 12-si qalmalıdır”.


Avropa İttifaqı Şurasının binası yenidən tüstüləndi


Avropa İttifaqı Şurasının Brüsseldəki yeni binasında ikinci dəfə tüstülənmə meydana gəldi. Hafta.az-ın Rusiya mediasına istinadla yaydığı xəbərdə deyilir ki, buna səbəb binanın yeməkxanasının havalandırma sistemindəki nasazlıq olub. Bu da növbəti dəfə əməkdaşların binadan təxliyə edilməsinə gətirib çıxarıb. Toksik zəhərlərin havaya yayılması nəticəsində bəzi şəxslər tüstüdən halsızlaşıb.
Xatırladaq ki, cəmi 5 gün öncə - oktyabrın 13-də də Aİ Şurasının iqamətgahında oxşar hadisə qeydə alınmışdı. O vaxt 17 nəfər tüstüdən zəhərləndiyi üçün xəstəxanya yerləşdirilmişdi. Onu da qeyd edək ki, 19-20 oktyabr tarixlərində sözügedən binada ölkə və hökumət başçılarının sammiti keçirilməlidir. Aİ Şurası əmin edir ki, insident sammitin keçirilməsinə mane olmayacaq.


Mədəniyyət və Turizm Nazirliyinin 49 maşını ixtisara düşdü


Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı azaldıldı. Hafta.az-ın “Deyerler.org-a istinadla verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda bildirilir. Qərara əsasən, nazirliyin avtomobillərinin sayı 71-dən 22-yə ixtisar edilib. Qərarın səbəbi açıqlanmasa da, qeyd olunur ki, təklif Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülüb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From