Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını möhkəmləndirəcək
Tarix: 19.10.2017 | Saat: 12:31:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Azərbaycan Dəmi Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb.

“AzRusTrans”dan Hafta.az-a verilən məlumata görə, bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verıb, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü olub və meşə məhsulları tədarükü bazarındada öz yerini tutub.

Məlumatda deyilir ki, 1 illik fəaliyyəti ərzində şirkət 415 min ton taxıl və taxıl məhsulları, 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.

“AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması olub. Daşımalar yalnız Azərbaycanla Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 milyon ton taxl və taxıl məhsulları, əlavə 2 milyon ton taxıl istehsalı üçün xam mal tədarük olunur. “AzRusTrans” artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.

Məlumatda deyilir ki, hazirda Astara ərazinidə taxıl terminalının tikinti lahıyəsi üzrə işlər aparılır. Lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya və İrana birbaşa daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yol Xəzər dənizi – Həştərxan və Maxaçqala limanlarıdır. Bu limanlarda hazırda ildə 1,6 milyon ton yük yüklənir və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını daha da möhkəmləndirəcək. Baxmayaraq ki, “AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gəlləəcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.

Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün “AzRusTrans” Amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkək, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.

“AzRusTrans”ın fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisndə tərəfdaşın olması hesabına isə “AzRusTrans” Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib. Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq. “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları”nın operatoru qismində 10 faiz yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind