Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Çuy – canavar adam” filmi nümayiş olunacaq
Tarix: 19.10.2017 | Saat: 12:40:00
Bölmə:Mədəniyyət | çapa göndər

Roma Sazişlərinin 60-ci ildönümün qeyd olunması çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqının üzv dövlətlərinin səfirlikləri ilə əməkdaşlıq əsasında mədəniyyətlərarası dialoq və tolerantlığın təşviqinə yönlənən Imagine Euro Tolerance Festivalının ilk buraxılışını qeyd edir.

Meksikanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində tolerantlıq və müxtəliflik mövzusunda 20 sənədli film təqdim olunur. Kinoya həsr olunan bu bölümdə iştirak etmək üçün Meksikanın Azərbaycandakı səfirliyi də dəvət alıb.

Bu birinci buraxılışın əsas mövzusu “Reallığın sınağı” adlanır və orada ictimai-mədəni mövzulara fərqli yanaşmalar kəşf olunur. Bu xüsusda, Meksika səfirliyi sözügedən tədbirdə “Çuy – canavar adam” sənədli film ilə iştirak edir. Filmin nümayişi bu gün - oktyabrın 19-da, saat 18:00-da, Landmark otelinin kinozalında baş tutacaq.

Sənədli film bizə Xesus Çuy Aseves və on iki qohumunun həyatından bəhs edir. Belə ki, onlar anadangəlmə hipertrikoz və ya canavar adam sindromu adlanan çox nadir fiziki xüsusiyyətdən əziyyət çəkirlər. Bu o deməkdir ki, onlar dünyaya həddən artıq tüklü üz nahiyəsi ilə gəldilər. Bu səbəbdən onlar həyatın bütün sahələrində ayrıseçkiliklə üzləşirlər. Bu təsirli sənədli film sevgi, qəbulolunma və iş naminə mübarizəni təqdim edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV