Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ABŞ-la silah ticarətinə erməni lobbisi mane ola bilər” – Asim Mollazadə
Tarix: 19.10.2017 | Saat: 12:58:00
Bölmə:Siyasət | çapa göndər

Avropa Birliyi öz hüdud dairəsində olan dövlətlərə münaqişə ocaqlarına silah satışını həyata keçirməməyi məsləhət görüb. Doğrudur, ortada silah satışını qadağan edən sənəd yoxdur. Sadəcə tövsiyyə xarakterli bəyanat var. Buna baxmayaraq, Azərbaycan üçüncü ölkələr vasitəsi ilə özünə lazım olan silahları ala bilir. Buna sübut kimi Çexiya istehsalı olan “DANA” özüyeriyən artilleriya sistemlərinin və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin İsrailin “əli” ilə ölkəmizə gətirilməsini göstərmək olar.

Bəs Amerik Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında silah alış-satışına, sövdələşməsinə hər hansı qadağa varmı? 907-ci “düzəlişin” iki ölkə arasındakı silah ticarətinə də bu və ya digər dərəcədə təsir göstərməsi mühüm amillərdəndir.

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə hafta.az-a açıqlamasında deyib ki, Azərbaycanla bu istiqamətdəki əməkdaşlığın qarşısını ancaq güclü erməni lobbisi ala bilər:

“Bədnam 907-ci düzəliş əslində aradan qaldırılıb. Həmin “düzəliş” ona görə aradan qaldırılıb ki, rəsmi Bakı Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi üçün Vaşinqtonla çox önəmli əməkdaşlıq edir Söhbət ABŞ-ın Silahlı Qüvvələrinə verilən dəstəkdən gedir. Silah satışı ilə bir məqama da diqqət çəkmək lazımdır. Doğrudanmı Azərbaycanın Amerika Birləşmiş Ştatlarından bahalı silah almağa ehtiyacı var?! Azərbaycanla bu istiqamətdəki əməkdaşlığın qarşısını ancaq güclü erməni lobbisi ala bilər. Onlar hər zaman ölkəmizə qarşı haqsız qərarların qəbuluna nail olurlar. Bu istiqamətdə erməni lobbisinin istəkləri heç də ABŞ-ın dövlət maraqları ilə üst-üstə düşmür”.

Millət vəkili deyib ki, onda Azərbaycanın Amerika Birləşmiş Ştatlarından silah alış-satışı, bu istiqamətdə danışıqlar haqda məlumat yoxdur:

“Hesab edirəm ki, bu yöndəki məsələlər Azərbaycanın Müdafiə Nazirliyinin maraq dairəsindədir. Bu istiqamətdəki məsələlərin kütləvi müzakirəsinə ehtiyac görmürəm. Azərbaycanın özünü müdafiə etmək üçün zəruri silahları var. Ölkəmizi bu istiqamətdə ən müasir və lazimi olan silahlarla təmin edən ölkələr də var. Düşünürəm ki, Azərbaycan Amerika münasibətlərində bu məsələ böyük önəm daşımır”.  


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV