Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın müstəqillik Günü BƏƏ-də qeyd olunub - FOTO
Tarix: 19.10.2017 | Saat: 15:05:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü, həmçinin Azərbaycan Respublikasının Müstəqillik Günü BƏƏ-nin paytaxtı Abu Dabidə təntənəli mərasimlə qeyd olunub.

Hafta.az səfriliyin facebook səhifəsinə istinadən yazır ki, ölkəmizin BƏƏ-dəki səfirliyi və Dubay şəhərindəki Baş Konsulluğu tərəfindən Əmirliklərin ən nüfuzlu Emirates Palace mehmanxanasında təşil olunmuş tədbirdə BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Əhməd Sari əl-Məzrui, hökumət təşkilatlarının yüksək vəzifəli rəsmiləri, şeyxa Fatimə bint Mübarəkin başçılıq etdiyi Ali Qadınlar İttifaqının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, ictimai və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov iki ölkə arasında diplomatik münasibətlərin tarixi barədə məlumat verib, bu münasibətlərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən tədbiri çərçivəsində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev və BƏƏ-nin qurucusu şeyx Zayed əl-Nəhyanın görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində ölkələrimizin liderlərinin xüsusi rolunu vurğulaylıb. Səfir 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra sürətlə inkişaf edən dostluq əlaqələrinin hər iki ölkənin tarixində yeni mühüm səhifə açdığını, hər iki ölkənin uğurlu inkişaf yolu keçərək regionun mühüm dövlətlərinə çevrildiyini, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Səfir xüsusilə prezident İlham Əliyevin 2016-cı ildə BƏƏ-yə, eləcə də BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla əl-Nəhyanın 2017-ci ilin mayında Bakıya rəsmi səfərinin ikitərəfli əlaqələr üçün yeni perspektivlər yaratdığını vurğulayıb.

D.Şikarov Azərbaycanla BƏƏ arasında ticarət, sərmayə, turizm və aviasiya sahəsində uğurlu əməkdaşlığın olduğunu deyib. O, hazırda ölkələrimiz arasında “Azərbaycan hava Yolları”, “Silk Way”, “Flydubai” və “AirArabia” aviaşirkətlərinin sərnişin və yük daşınması ilə məşğul olduğunu, 2018-ci ilin mart ayının 2-dən etibarən BƏƏ-nin dövlət şirkəti olan “Etihad” hava yollarının da Abu Dabi və Bakı arasında birbaşa uçuşlara başlayacağını diqqətə çatdırıb.

Tədbirdə qonaqlar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə BƏƏ-yə səfər etmiş Gülay Zeynalova, Sahib Paşazadə və Toğrul Əsədullayevin iştirakı ilə muğam triosunun konsert proqramını dinləyib, həmçinin ərəb folklor-rəqs qrupunun ifasında milli rəqsləri seyr ediblər.
Tədbir çərçivəsində salonda və “Emirates Palace” mehmanxanasının foyesində “İslam həmrəyliyi ili – istiqamət Azərbaycan” şüarı altında ölkəmizdə istehsal olunan məhsulların və turizm xidmətlərinin, həmçinin, rəssamlarımızın əsərlərinin, milli incəsənət nümunələrinin sərgisi təşkil edilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From